Ümumi Şöbənin müdiri Şirinova Könül Şahmərdan qızı – Azərbaycan Milli Konservatoriyasının doktorantı

 

 

 

 

Ümumi şöbə öz işində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatlarına”, Təhsil Nazirliyinin, ali məktəb rəhbərinin əmrlərini sərəncamlarını rəhbər tutur.

Ümumi şöbə – təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Azərbaycan Milli Konservatoriyasında kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Şöbənin əsas fuksiyaları

  • AMK-nın kargüzarlıq işlərini dəqiq və fasiləsiz təşkil etmək.
  • Dövlət hakimiyyət və idarəetmə orqanlarından, ali təhsil müəssisələrindən, ictimai təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sənədlər Ümumi şöbədə qəbul etmək və qeydə almaq.
  • AMK-ya poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, tanış olmaq, qeydə almaq, təsdiq üçün rəhbərliyə təqdim olunacaq bütün sənədləri tələblərə uyğun tərtib etmək, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
  • AMK-dan xaric olan sənədlərin qeydiyyata alıb, rəsmiləşdirmək, aidiyyəti üzrə göndərilməsini təmin etmək.
  • Rektor tərəfindən imzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və müvafiq şöbələrə göndərilməsini təmin etmək.
  • sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə
  • AMK-nın fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur-siyahısını tərtib etmək;
  • AMK-ya aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək;
  • AMK-ya aid olan ərizə, arayış və şikayətləri rəsmiləşdirmək. 
  • icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;
  • sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək;
  • Azərbaycan Milli Konservatoriyasının sənədlərinin məxfiliyinin qorunmasını təmin etmək.

 

Rektorun köməkçisi – Səfixanova Aysel Şahmirzə qızı

Arxiv müdiri- Mustafayeva Vüsalə Zəkəriyyə qızı

İnspektor- Talıbova Ulduz Rahim qızı

Tabelçi – Cabiyeva Şəfiqə Ramiz qızı

Kuryer- Adıgözəlov Məlik Yaqub oğlu

Katibə-makinaçı – Ələkbərova Xatirə Oruc qızı

Operator – Əliyev Saleh Əkbər oğlu