• Muğam (xanəndə)
  • Milli vokal
  • Etnomusiqişünaslıq
  • Fortepiano
  • Humanitar fənnlər kafedrası
  • Dirijorluq
  • Musiqinin tarixi və nəzəriyyəsi
  • Xalq çalğı alətləri
  • İnstrumental muğam
  • Populyar musiqi və caz ifaçılığı
  • “Muğam (xanəndə)” kafedrası

    Kafedra müdiri: Mənsum İbrahimov, Prezident mükafatçısı,  xalq artisti, Muğam (xanəndə) kafedrasının rəhbəri

     

     

     

    Kafedrada tədris olunan fənnlər;

    Bakalavr

    • Xanəndə ifaçılığı
    • Qaval ifaçılığı
    • İxtisas fənnin tədris metodikası
    • Rəqs
    • Xüsusi pedaqoji hazırlıq
    • İfaçılıq təcrübəsi
    • Pedaqoji təcrübə
    • Əsas musiqi aləti və onun tədrisi metodikası
    • Milli vokal tələbələrə “Muğam”
    • Opera sinfi
    • Səhnə hərəkətlərinin əsasları
    • Aktyor sənətinin əsasları və nitq mədəniyyəti

    Magistratura

    • İxtisas (muğam ifaçılığı)
    • Muğamın poetik əsasları (muğamda əruz)
    • Qaval ifaçılığının tədris metodikası
    • Rejissorla iş
    • Diplomqabağı yaradıcılıq təcrübəsi
    • Magistr yaradıcılıq işinin hazırlanması və müdafiəsi (təqdimat)
    • Pedaqoji təcrübə

    Hazırlıq

    • Muğam

    “Muğam (xanəndə)” kafedrasının professor və müəllim heyəti tanınmış xanəndələrdən ibarətdir. Kafedranın müəllimləri və tələbələri Azərbaycan muğam sənətini beynəlxalq aləmdə layiqincə təmsil edirlər. “Xanəndə” kafedrası üzrə təhsil alan tələbələr 2005-ci ildən başlayaraq müsabiqələrdə iştirak edirlər. Bu tələbələrin əksəriyyəti beynəlxalq və respublika müsabiqələrinin laureatlarıdır. Milli musiqimizi və muğamlarımızı çox yüksək səviyyədə bütün dünyada təqdim edərək nailiyyətlər əldə edirlər.

    Kafedra üzrə 25 professor-müəllim və 18 nəfər konsertmeyster heyəti yuxarıda adı çəkilən fənləri tədris edirlər.

    Muğam(xanəndə)” kafedrasının əsas professor-müəllim heyyəti

    2023-2024-cü il

    1. Babayev Arif İmran oğ –Xalq artisti, professor
    2. Qasımov Alim Həmzə oğ- Xalq artisti, professor
    3. İbrahimov Mənsum İsrafil oğ.- Kafedra müdürü ,Xalq artisti, professor
    4. Teymurova Nəzakət Xosrov q.- Xalq artisti, professor
    5. Bayramova Aygün Əliqulu q.- Xalq artisti,dosent
    6. Əliyeva Gülüstan Həmzə q. – Əməkdar artist, Sən.üz.fəl.doktoru, dosent
    7. Məlikov Aqil Qədeşbala oğ.- Əməkdar İncəsənət Xadimi, Baş müəllim
    8. Abbasov Qəzənfər Nəcəfqulu oğ. – Baş müəllim,Əməkdar Müəllim.
    9. Məmmədov Fehruz Əmirxan oğ.- Əməkdar artist, Baş müəllim
    10. Nəbizadə Zabit Gülxan oğ- Xalq artisti, Baş müəllim
    11. Abdullayev Cabir Əli oğ.- Əməkdar artist, müəllim
    12. Niftəliyev Babək Muğan oğlu – Əməkdar artist, müəllim
    13. Salah Mahmud Ağarəhim oğ – Baş müəllim
    14. Əliyev Vüqar Əsədxan oğ- Baş müəllim
    15. Bayramov Təyyar Allahverdi oğlu- Baş müəllim, dosent
    16. İbayev Səbuhi Tahir oğlu- Əməkdar artist, müəllim
    17. Vəliyeva Bəyimxanım Ənvər qızı – Əməkdar artist, Sən.üz.fəl.doktoru ,dosent
    18. Hüseynov Ehiram Bahadur oğlu- Əməkdar artist, müəllim
    19. Quliyev Hafiz Məhərrəm oğlu- Əməkdar İncəsənət Xadimi, dosent
    20. İsmayılova Zülfiyyə Ənvər qızı- Sən.üz.fəl.doktoru ,müəllim
    21. Verdiyeva Mətanət Saday qızı- müəllim
    22. Hüseynova Nuriyyə İsmayıl qızı- Əməkdar artist, müəllim
    23. Əhmədov İlkin Qənbər oğlu- Əməkdar artist, müəllim
    24. Zeynalov Elnur Əli oğlu- Əməkdar artist, müəlllim
    25. Məhərrəmova Aytən Əhliman qızı- müəllim

    Muğam(xanəndə)” kafedrasının konsertmeyster heyyəti

    2023-2024-cü il

    1. İsmayılov İlhamiz Yunis oğlu
    2. Müslumov Rüstəm Möhlət oğlu
    3. Fərhadov Pərviz Alastan oğlu
    4. İbrahimov Rəşad Qəşəm oğlu əvəzçi
    5. Əliyev Mərkəz Xudayar oğlu
    6. Rəhimov Valeh İslam oğlu əvəzçi
    7. Nağıyev Elçin Ağaşirin oğlu əvəzçi
    8. Bəhramlı Emin Tərxan oğlu
    9. Salahov Saleh Elçin oğlu
    10. Abbasov SəlimVaqif oğlu
    11. Hüseynov Anar Cəmil oğlu
    12. İsgəndərov Əfqan Teymr oğlu
    13. Mirzəli Sevinc Şahin qızı
    14. Qədirov Tural Əli oğlu
    15. Məmmədzadə İqbal Zakir oğlu
    16. Yusubov Təbriz İsabala oğlu
    17. Babayev Fərid Əbülfət oğlu
    18. Niftəliyev Altay Mirağa oğlu
  • “Milli vokal” kafedrası

    Kafedra müdiri: Xalq artisti, professor Zeynalov Azər Zeynalabdin oğlu

     

     

     

    Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə getmiş və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurmuşdur. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin “Cəngi” ansamblında da fəaliyyət göstərmiş və həmin il “Odlar Yurdu Bakı-90” mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək “Aqostino Steffani” adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə “Opera ifaçısı” ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. “Liriko-dramatik tenor” səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun “Şükriyyə”, “Gəncədən gəlirəm”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, “Azərbaycan” (“Bəxtiyar” filmindəki “Rusiya”. Bu əsərin Azərbaycana həsr edilməsi ideyası və onun ilk ifası Azər Zeynalova məxsusdur və mahnının ikinci bəndi müğənninin atası şair Zeynal Vəfa tərəfindən qələmə alınıb), Rauf Hacıyevin “Leyla” (sözləri öncədən rus dilində olan bu mahnıya ana dilində mətnin yazılması A.Zeynalovun təşəbbüsüdür), Ramiz Mirişlinin “Vətən harayı, Ruhəngiz Qasımovanın “Səninləyəm, Azərbaycan”, Ramiz Mustafayevin “Məhəmməd və Leyla”, Vasif Adıgözəlovun “Qəm karvanı”, “Təntənəli kantata”, “Çanaqqala”, “Qarabağ şikəstəsi”, Mobil Babayevin “Ölüm-qara qarışqa”, Azər Dadaşovun “Ana yurdu” odası, Siyavuş Kəriminin “Ömrümün istəyi”, “Sənsizləmişəm”, Sevil Əliyevanın “Əziz anam” və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. “Şükriyyə” adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü görmüşdür. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliyaAvstriyaİngiltərəFransaİsveçAlmaniyaÇexiyaHollandiyaÇinTürkiyəŞKTRRusiyaBelarusMoldovaQaqauzUkraynaDağıstanGürcüstanTacikistanBaşqırdıstanQırğızıstan,Qazaxıstan, Tatarstan, TürkmənistanÖzbəkistanMacarıstanHindistanAlbaniyaMərakeşMisirSəudiyyə ƏrəbistanıVyetnamABŞKanada və s. ölkələrdə dəfələrlə çıxış etmişdir. 2007-ci ildə Azərbaycan zəvvarları ilə Həcc ziyarətində olmuşdur. Azər Zeynalov bir çox mükafatlara layiq görülmüşdür. 1995-ci ildə “Avropa Türk-İslam Kültür Cəmiyyəti” tərəfindən qızıl medalla təltif olunmuşdur. Opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlar almışdır. 1998-ci ildə birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ildə O, “Türksoy” təşkilatının yaranmasının 20 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunmuşdur. “A Classic vokal qrupu“-nu da həmin ildə yaratmışdır. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Vokal” kafedrasının müdiri, 2015-ci ildən isə “Musiqili teatr aktyoru” kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olmuşdur. Həmçinin 2015-ci ildə O, Azərbaycan Milli Konsevatoriyasında yeni yaradılmış “Milli Vokal” kafedrasınin quruculuq işlərini aparmaq məqsədilə ictimai əsaslarla bu kafedraya müdir təyin olunmuş və beləliklə 2015-2016-cı tədris illərində o, hər iki ali məktəbdə kafedra müdiri kimi fəaliyyət göstərmişdir. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə Dosent, 2013-cü ildə isə Professor elmi adı verilmişdir. 2008-ci ildən vokal ifaçılığının tədrisi üçün maqistr və bakalavr təhsil pilləsi üzrə bir çox fənnlərdən proqramlar tərtib etmişdir. Onun 2012-ci ildə çapdan çıxardığı “Vokal ifaçılığı” kitabı Ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

    Milli vokal” kafedrasının müəllim heyəti

    Azər Zeynalov

    Kaf./müd. Prof, X\a.

    Əliəhməd İbrahimov

    Dosent, Ə/a.

    Zenfira İsmayılova

    Baş müəllim, Ə/a.

    Zümrüd Paşayeva

    Baş müəllim.

    Mahirə Həsənova

    Dosent.

    Anar Hüseynli

    Dosent, Ə/a.

    Gülnaz İsmayılova

    Dosent, X/a.

    Fidan Hacıyeva Naylor

    Müəllim, X/a.

    Fəridə Məmmədova

    Müəllim, Ə/a.

    Afaq Abbasova

    Müəllim, Ə/a.

    Yaqut Abdullayeva

    Dosent, Ə/a.

    Ramil Qasımov

    Müəllim, Ə/a.

    Taleh Yəhyayev

    Müəllim.

    “Milli vokal” kafedrasında keçilən fənnlər.

    1.

    Milli vokal ifaçılığı

    2.

    Kamera konsert oxuması

    3.

    İxtisasın tədrisi metodikası

    4.

    Xüsusi pedaqoji hazırlıq

    5.

    Pedaqoji təcrübə

    6.

    Vokal sənətinin müasir istiqamətləri

    7.

    Vokal və onun tədrisi metodikası

    8.

    Muğam

  • “Etnomusiqişünaslıq” kafedrası.

    Kafedra müdiri: Sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova

     

     

     

    Kafedrada aşağıda adları çəkilən fənlər tədris olunur:

    1. Bakalavr pilləsi üçün fənnlər:

    Musiqi müəllimliyi

    • Buraxılış işi
    • “Azərbaycan xalq musiqisinin əsasları”
    • “Azərbaycan musiqi tarixi”

    Musiqişünaslıq

    • “Buraxılış işi”,
    • “Folklor musiqisinin toplanması”
    • “Etnomusiqişünaslığa giriş”
    • “Türk xalqlarının musiqisi”
    • “Azərbaycan musiqi tarixi”
    • “Etnomusiqişünaslığın əsasları”
    • “Sahə araşdırmaları metodologyası”
    • “Pedaqoji təcrübə”
    • “Muğam”
    • “Azərbaycan xalq musiqisinin nota yazılması”
    • “Şərq xalqlarının şifahi ənənəli professionalmusiqisi”,
    • “İxtisas fənninin tədrisi metodikası”
    • “Muğam sənəti”
    • “Xüsusi pedaqoji hazırlıq”
    • Tətbiqi etnomusiqişünaslıq”

    dirijor+bəstəkarlıq

    • “Azərbaycan xalq musiqi yaradıcılığı”
    • “Xalq musiqisinin təhlili”
    • “Azərbaycan xalq musiqisinin əsasları”

    Bəstəkarlıq

    • “Azərbaycan xalq musiqisinin əsasları”,
    • “Muğam”
    • “Azərbaycan xalq musiqi yaradıcılığı”

    Dirijor

    22) “Azərbaycan xalq musiqisinin əsasları”

    23) “Azərbaycan musiqi tarixi”

    Xanəndəlik

    21)“Azərbaycan xalq musiqisinin əsasları və yaradıcılığı”

    Milli vokal+xanəndəlik

    • “Azərbaycan musiqi tarixi”

    Populyar musiqi və caz ifaçılığı

    23) “Azərbaycan xalq musiqisinin əsasları və yaradıcılığı”

    24) “Azərbaycan musiqi tarixi”

    İnstrumental ifaşılıq (saz)

    24)  “Aşıq sənətinin tarixi və nəzəriyyəsi”

    25) “Türkdilli xalqların epik yaradıcılığı”

    26) “Azərbaycan musiqi tarixi”

    İnstrumental ifaçılıq (Fortepiano)

    25) “Azərbaycan xalq musiqisinin əsasları”

    Xanəndə+Milli vokal+estrada

    • Azərbaycan xalq musiqisinin əsasları və yaradıcılığı”
    • “Etnoorqomologiya”

    Solo oxuma və milli vokal

    • “İfçılıq sənəti tarixi”

    XÇA (saz)

    • “Türkdilli xalqların epik yaradıcılığı”
    • “Regional aşıq sənəti”

    İnstrumental ifaçılıq-populyar musiqi+caz ifaçılıq

    30) “Azərbaycan musiqi tarixi”

      Magistr pilləsi üçün fənnlər:

    Etnomusiqişünaslıq ixtisası üçün

    • Xalq musiqisinin notlaşdırılması metodikası”,
    • “Türk xalqlrının mifologiyası”
    • Etnomusiqişünaslığın əsasları”
    • “Sahə araşdırmaları metodikası”
    • “Mənbəşünaslıq”,
    • “Dissertasiya işi”

    Etnomusiqişünaslıq+musiqi nəzəriyyəsi

    • “Xalq musiqi nümunələrinin təhlili”,

    5)“Musiqinin müasir problemləri”

    Etnomusiqişünaslıq+musiqi nəzəriyyəsi+musiqi tarixi

    • “Şərq xalqlarının şifahi ənənəli professionalmusiqisi”
    • “Milli musiqinin aktual problemlri”
    • “Musiqi folklor nəzəriyyəsi”
    • “Tədqiqat üsulları”
    • “Dissertasiya işi”.
    • “Elmi tədqiqat təcrübəsi”
    • “Elmi pedaqoji təcrübə”

    Musiqi nəzəriyyəsi+musiqi tarixi

    • “Muğamın notlaşdırılması metodikası”

    Etnomusiqişünaslıq+Musiqi tarixi

    • “Musiqi folklorunun nəzəriyyəsi”

    Xanəndəlik (solo oxuma)

    “Vokal sənətinin müasir istiqamətləri”

    XÇA+milli vokal+xanəndə

    “Etnoorqanologiya”

  • “Fortepiano” kafedrası

    Kafedra müdiri: Naibə Şahməmmədova -Sənətşünaslıq üzrə Fəlsəfə doktoru, dosent,əməkdar müəllim.

     

     

     

    Şahməmmədova Naibə Maqsud qızı 1966-cı ildə Gəncə şəhərində anadan olub. 1981-85-ci illərdə Gəncə Orta İxtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsi üzrə məzunudur. 1990-2009-cu illərdə Gəncə Musiqi Texnikumunda fortepiano müəllimi, eyni illərdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestrində müşayətçi, solist və fərdi ifaçı kimi çalışıb.

    2009-cu ildən indiyədək Azərbaycan Milli Konservatoriyasının “Ümumi fortepiano” kafedrasında müşayətçi, fortepiano müəllimi, baş müəllim, dosent olmuşdur. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən elmi konfranslarda məqalələrlə çıxış edib. Dövlət tədbirlərində və ölkə hüdudlarından kənarda təşkil edilən konsert layihələrində solist və müşaiyətçi olub.

    2020-ci ildə dövlət başçısının sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

    Tələbələri beynəlxalq müsabiqələrdə yüksək nəticələr göstərərək, laureat adları və ya Qran-pri mükafatları qazanıblar.

    Fortepiano” kafedrası

    Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən kafedralardan biri də “Fortepiano” kafedrasıdır. “Fortepiano” kafedrası 2002-ci ildən fəaliyyət göstərir. Kafedrada çalışan müəllimlərdən elmi adları olan –dosent, professor, elmi dərəcələri olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq doktoru, fəxri adları olan-Əməkdar müəllim kimi müəllim heyəti fəaliyyət göstərir.

    Kafedranın professor-müəllim heyəti bu illər ərzində zəngin pedaqoji təcrübə qazanmış, fənnin tədrisi metodikasını daima təkmilləşdirmişdir.

    Kafedranın müəllimlərinin ilk vəzifəsi tələbələrin hazırlıq səviyyəsini düzgün müəyyənləşdirməkdən, potensial imkanlarını qabaqcadan görməkdən ibarət və müxtəlif ixtisaslı musiqiçilərin mükəmməl peşəkar fəaliyyəti üçün vacib olan piano vərdişlərinin tərbiyələndirilməsidir.

    Tələbələrlə aparılan işin istiqaməti, onların gələcək peşəkar fəaliyyətinin xüsusiyyətləri ilə şərtləşir. Fortepiano sinfi üzrə müəllimin üzərinə tələbənin musiqi inkişafı və onun mənəvi dünyagörüşünün formalaşdırılması kimi məsuliyyətli vəzifə düşür.

    Kafedra müəllimlərinin bu və ya digər mövzularda metodik tövsiyyələr, dərs proqramları, müxtəlif elmi jurnal və konfrans materiallarında çap olunmuş çoxlu sayda məqalə və tezisləri var. Bundan başqa kafedramızın müəllimləri həmçinin xarici dövlətlərdə və respublikamızda keçirilən müxtəlif dövlət tədbirlərində solist və konsertmeyster kimi uğurlu çıxışlar edərək fəxri fərman, təşəkkürnamələrə layiq görülüblər.

    S.Kəriminin dəstəyi və səyi nəticəsində ilk dəfə 2022-2023-cü tədris ilində AMK-da İnstrumental ifaçılıq (fortepiano) ixtisası üzrə tələbə qəbulu elan edilmiş və 23 tələbə bu ixtisasa qəbul olmuşdur və növbəti tədris ilində 1 tələbə transfer olmuşdur. Hal hazırda bu tələbələr digər ali təhsil ocaqlarında tədris olunan ixtisas fənni ilə bərabər yenilik olaraq pianoda “Muğam ifaçılığı” fənni keçirlər. Məqsəd xarici ölkə bəstəkarlarının əsərləri,dünya xalqlarının folklor musiqi nümunələri ilə yanaşı Azərbaycan xalq musiqi incilərimizin, muğam dəstgahlarımız və onun quruluşunda yer almış “rəng” və “təsnif ” kimi professional musiqi nümunələrimizin fortepiano alətində çalınması, bu ixtisas ifaçılarının muğam sənətinin incəliklərinə dərindən yiyələnməsidir. Kafedrada Ümumi fortepiano, əsas musiqi aləti, əlavə musiqi aləti, konsertmesyer sinfi və ansambl, fortepiano ifaçılığı, muğam ifaçılığı ,kamera ansamblı fənləri tədris olunur.

    Professor-müəllim heyəti:

    1.Şahməmmədova Naibə Məqsud qızı- Fortepiano kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə F/d, dosent,Humay mükafatı laureatı

    2.Əliyeva Ülkər Sabir qızı- Sənətşünaslıq doktoru, professor

    3. Şəfiyeva Kamalə Turan qızı- sənətşünaslıq üzrə F/d, dosent

    4. Zalova Zöhrə Əkrəm qızı- sənətşünaslıq üzrə F/d, dosent

    5.Baxşıyeva Gülcənnət Ələddin qızı- sənətşünaslıq üzrə F/d, dosent

    6. Həsənova Aida Mürsəl qızı- sənətşünaslıq üzrə F/d, dosent

    7. Bəhmənli Rauf Bəhram qızı- sənətşünaslıq üzrə F/d, dosent

    8. Abbasova Nuridə Mərdan qızı- sənətşünaslıq üzrə F/d, dosent

    9. Əliyeva Vəfa Ağarza qızı- sənətşünaslıq üzrə F/d

    10. Məmmədova Rübabə Məhərrəm qızı- sənətşünaslıq üzrə F/d

    11. Abdinzadə Firuz Zeynal oğlu- Dosent

    12. Əliyev Mahmud Hamil oğlu- Dosent

    13. Kərimova İradə Şıxseyid qızı- Baş müəllim

    14. Dəryahi Arzu Əlvahid qızı- Baş müəllim

    15. Bağırova Rəna Bəbir qızı- Baş müəllim

    16. Səfərova Arzu Mikayıl qızı- Baş müəllim

    17. Əhmədova Svetlana Hidayətovna- Baş müəllim

    18. Həbibullayeva Lamiyə Yusif qızı- Baş müəllim

    19. Kərimova Mehriban Səlim qızı- Baş müəllim

    20.Muradova Aygün Əsəd qızı – Baş müəllim

    21. Məmmədova Aynurə Vaqif qızı- Baş müəllim

    22. Mustafayeva Afət Faiq qızı- müəllim

    23. Əliyeva Gülnar Mirzəağa qızı- müəllim

    24. Məmmədova Təranə Ramiz qızı-müəllim

    25. İmanova Rəna Nazim qızı- müəllim

    26. Məmmədzadə Əsmər Hafis qızı-müəllim

    27. Azmanlı Mətanət Arif qızı- müəllim

    28. Əliyeva Eltinarə Aydın qızı- müəllim

    29. Həşimli Aytən Arif qızı- müəllim

    30. Qəmbərova Nərmin Pərviz qızı- müəllim

    31. Fərzullayeva İradə Məmmədrahim qızı- müəllim

    32. Zeynalov Rüstəm Samir oğlu- müəllim

    33. Mirzəyeva Gülnar Elçin qızı- müəllim

    34. Muradova Zərrin Eldar qızı- müəllim

    35.Abdullayeva Aysel Nəriman qızı- müəllim

  • “Humanitar fənnlər” kafedrası

    Kafedra müdiri: Filalogiya üzrə fəlsəfə doktoru, dosent Qurbanov Firudin Əliağa oğlu

     

     

    İctimai elmlər kafedrası Milli Konservatoriya yaranan gündən fəaliyyət göstərir.

    Kafedrada tədris olunan fənnlər:

    Bakalavr

    • Azərbaycan dili
    • Azərbaycan dili və nitq mədəniyyəti
    • Azərbaycan ədəbiyyatı
    • Azərbaycan ədəbiyyatı və nəzəriyyəsi
    • Azərbaycan tarixi
    • Coğrafiya
    • Fəlsəfə
    • Xarici dil (ingilis dili, italiyan dili, rus dili)
    • İnformatika
    • Pedaqogika
    • Psixologiya
    • Multikulturalizm
    • Mülki müdafiə
    • Mülki müdafiə (tibbi biliklər)
    • Yaradıcılıq psixologiyası

    Magistratura

    • Ali məktəb pedaqogikası
    • Azərbaycan multikulturalizmi
    • Xarici dil  (italyan dili, ingilis dili)
    • Muğam mətnlərinin dili
    • Kompüter texnologiyası
    • Yaradıcılıq psixologiyası

    Fənlər tədris olunarkən Konservatoriyanın profilinə uyğun problemlərə xüsusi önəm verilir. Ali musiqi məktəblərində ilk dəfə olaraq bu kafedrada Musiqi fəlsəfəsi, Musiqi psixologiyası, Musiqiçilərin idman təmrinləri, tarix boyu Azərbaycan xalq musiqiçilərinin həyat və yaradıcılığı məsələləri ədəbiyyat, dil, tarix, Etika və Estetika dərslərində əks olunmuşdur.

    “İctimai Elmlər” kafedrası üzrə 6 nəfər professor-müəllim heyəti yuxarıda adı çəkilən fənləri tədris edirlər.

  • “Dirijorluq” kafedrası

    Kafedra müdiri: 

     

     

    Məhz Azərbaycan Milli Konservatoriyasında 2005-ci ildə müstəqil bir fənn kimi Dirijorluq ixtisası tədris olunmağa başladı və artıq bu fənn üzrə təhsil alan tələbələr simfonik orkestr, xalq çalğı alətləri orkestri və xor haqqında hərtərəfli biliklərə yiyələnirlər.

    Kafedrada tədris olunan fənnlər:

    • Alətşünaslıq
    • Alətşünaslıq və orkestrləşdirmə
    • Aranjeman
    • Bəstəkarlıq
    • Bəstəkarlığın müasir istiqamətləri
    • Dirijorluq
    • Dirijorluğun müasir istiqamətləri
    • Dirijorluq və onun tədrisi metodikası
    • Folklor musiqisinin toplanması
    • Xalq çalğı alətlərində partitura oxunuşu
    • Xalq musiqisinin təhlili
    • Xor
    • Xorşünaslıq
    • Xor aranjemanı
    • Xor sinifi
    • Xor və orkestrlə təcrübə işi
    • Xor yazısının əsasları
    • Xüsusi pedaqoji hazırlıq
    • İxtisas bəstəkarlıq
    • İxtisas dirijorluq
    • İxtisas fənninin tədris metodikası
    • Müasir bəstəkarlıq texnologiyası
    • Müasir musiqinin aranjemanı
    • Müasir musiqi texnologiyası
    • Orkestrləşdirmə
    • Orkestr sinfi
    • Orkestr tarixi
    • Orkestr üslubu tarixi
    • Orkestr və xor əsərlərinin təhlili
    • Partitura qiraəti
    • Partitura oxunuşu
    • Səs rejissorluğu
    • Səs rejissorluğunun əsasları
    • Simfonik alətlərlə tanışlıq və köçürmə
    • Simfonik və Xalq çalğı alətləri  orkestrinin partitura qiraəti

    “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrası üzrə 25 nəfər professor-müəllim heyəti yuxarıda adı çəkilən fənləri tədris edirlər.

  • “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrası.

    Kafedra müdiri– Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Nüsrət oğlu Quliyev

     

     

    Kafedrada tədris olunan fənnlər:

    Bakalavr pilləsi üzrə:

    Musiqişünaslıq ixtisası üzrə :

    • Xarici musiqi tarixi
    • Musiqişünaslığa giriş
    • Polifoniya
    • Musiqi əsərlərin təhlili
    • Xüsusi pedaqoji hazırlıq
    • Tarixi musiqişünaslıq
    • Nəzəri musiqişünaslıq
    • Orkestr üslub tarixi
    • Musiqi menecmenti
    • Muasir musiqi

    Musiqi müəllimliyi ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Musiqi nəzəriyyəsi
    • Solfecio
    • Harmoniya
    • Musiqi fənninin tədrisi və metodikası
    • Musiqi əsərlərin təhlili
    • Pedaqoji internatura

    Dirijorluq ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Solfecio
    • Harmoniya
    • Orkestr üslub tarixi
    • Musiqi əsərlərin təhlili
    • Musiqinin teatr drmaturgiyası

    Bəstəkarlıq ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Harmoniya
    • Musiqinin teatr drmaturgiyası
    • Musiqi əsərlərin təhlili
    • Polifoniya
    • Muasir musiqi
    • Musiqinin teatr drmaturgiyası

    İnstrumental ifaçılıq ixtisası üzrə:

    • Solfecio
    • Xarici musiqi tarixi

    İnstrumental ifaçılıq (saz) ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Solfecio

    İnstrumental ifaçılıq ( fortepiano) ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Polifoniya
    • Harmoniya
    • Musiqi əsərlərin təhlili

    Vokal sənəti ( xanəndəlik+milli vokal) ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Musiqi nəzəriyyəsi
    • Solfecio

    Populyar musiqi və caz ifaçılıq ixtisası üzrə:

    • Xarici musiqi tarixi
    • Musiqi nəzəriyyəsi
    • Solfecio
    • Musiqi menecmenti

    Magistr pilləsi üzrə :

    Musiqi tarixi ixtisası üzrə:

    • Musiqinin müasir problemləri
    • Musiqişünaslığın tarixi və metodologiyası
    • Musiqi kulturologiyası
    • Musiqi akustikası
    • Din və musiqi
    • XX əsr musiqi tarixi və nəzəriyyəsi
    • Art menecment
    • Dissertasiya
    • Elmi tədqiqat təcrübəsi
    • Elmi pedaqoji təcrübə

    Musiqi nəzəriyyəsi ixtisası üzrə:

    • Musiqinin müasir problemləri
    • Musiqişünaslığın tarixi və metodologiyası
    • Musiqi kulturologiyası
    • Musiqi tənqidinin aktual problem
    • Musiqi nəzəri sistemləri
    • XX əsr musiqi tarixi və nəzəriyyəsi
    • Musiqinin janr və üslub nəzəriyyəsi
    • Dissertasiya
    • Elmi tədqiqat təcrübəsi
    • Elmi pedaqoji təcrübə
    • Art menecment

    Etnomusiqişünaslıq ixtisası üzrə:

    • Musiqinin müasir problemləri
    • Musiqişünaslığın tarixi və metodologiyası
    • XX əsr musiqi tarixi və nəzəriyyəsi
    • Art menecment

    Dirijorluğun tarixi və nəzəriyyəsi+ Bəstəkarlıq +Xalq çalğı alətləri + Solo oxuma ( xanəndə+milli vokal) + Populyar musiqi və caz ifaçılığı ixtisasları üzrə :

    • Art menecment

    Kafedranın məqsədi:

    Musiqinin tarixi və nəzəriyyəsi” kafedrası Azərbaycan Milli Konservatoriyası təsis olunduğu vaxtdan indiyə kimi səmərəli şəkildə fəaliyyət göstərməkdədir. Bu kafedrada dünya musiqi mədəniyyəti üzrə tarixi və nəzəri fənnlər təcrübəli mütəxəssislər tərəfindən tədris olunur.

    Kafedranın professor-müəllim heyəti musiqinin müxtəlif məsələlərini tədqiq edir, bir sıra fənlərin daha ətraflı və səmərəli tədrisi məqsədilə dərslik, dərs vəsaitləri, proqramlar və metodiki tövsiyyələrin hazırlanması və tədrisə tədbiqi istiqamətində mühüm nailiyyətlər əldə etmiş və konservatoriyanın keçdiyi şərəfli tarixi yola dəyərli səhifələr yazmağa səy göstərmişdir.

    Musiqinin tarixi və nəzəriyyəsi sahəsində fənlərin tədrisi musiqişünas, bəstəkar, dirijor və xalq musiqi ifaçılığı üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına böyük zəmin yaradır. Dünya xalqlarına və müxtəlif tarixi dövrlərə məxsus musiqi mədəniyyətinin müasir zamana kimi keçdiyi böyük inkişaf yolunu, musiqi nəzəriyyəsinin harmoniya, polifoniya, forma təlimləri və s. sahələrini tədris etmək üçün müəllim və professor heyəti səylə çalışır.

    Tədris prosesində dünya, Avropa və Azərbaycan musiqi mədəniyyətinin mürəkkəb və maraqlı dövrləri, opera, balet, simfoniya, kamera-instrumental, xor, vokal və fortepiano yaradıcılığı və onların müasir vəziyyəti ətraflı şəkildə tədris olunur.

    Kafedranın qarşısında duran vəzifələr nə qədər böyük olsa da, musiqi elmimizin tarixi və muasir mərhələsi arasında varislik əlaqələrin qorunması strateji inkişaf xəttinin başlıca prinsipin təşkil edir.

    Kafedrannın professor-müəllim heyəti musiqişünaslıq elminin nisbətən yeni nəslini təmsil edir. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professorlar Leyla Quliyeva və Cəmilə Mirzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentlər Rövşanə Kərimova, İradə Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllimlər Sevda Mütəllimova, Aynurə Abuşova, Əməkdar İncəsənət Xadimi, baş müəllim Cahangir Səlimxanov, baş müəllimlər Nərminə Abdullayeva, Şanə Məmmədova, Səidə Köçərli, müəllimlər Günay Quliyeva, Türkən Musayeva, Günel Qasımova kafedranın inkişafında səylə çalışır. Onların əksəriyyəti elmi dərəcələrinə məhz burada işlədikləri müddət ərzində layiq görülüblər.

  • “Xalq çalğı alətləri” kafedrası

    Kafedra müdiri: Professor Əzizov Ramiz Mahmud oğlu

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    Ramiz Mahmud oğlu 19 May 1964-cü ildə Sabirabad şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Sabirabad şəhəri 7 illik Uşaq Musiqi Məktəbində alaraq, 1979-1983-cü illərdə S.Hacıbəyov adına Sumqayıt orta ixtisas musiqi texnikumunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor M.Quliyevin sinfində oxumuşdur. Həmin ildə xalq çalğı alətlərinin IV Respublika Müsabiqəsində I dərəcəli laureat diplomuna layiq görülmüşdür. 1983-cü ildən təyinatla Sabirabad UMM-də müəllimlik fəaliyyətinə başlayaraq, 1988-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) tarix-nəzəriyyə fakültəsinə (tar ixtisası üzrə) qəbul olmuşdur. Burada Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyevin (ixtisas), xalq artisti, professor A.Abdullayevin (muğam), dirijorluqdan xalq artisti, bəstəkar, professor S.Ələsgərovun sinfində təhsil alaraq, 1993-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Təhsil aldığı müddətdə Bakı şəhər 2, 30 saylı UMM-də çalışmışdır. G.Şaroev adına 35 saylı, Gözdən Əlil Uşaqlar üçün 38 saylı, 11 illik Uşaq Musiqi Məktəblərində müxtəlif beynəlxalq və respublika müsabiqələrinə tələbələrin hazırlanmasında -müəllim kimi əməyi olmuşdur. Bakı şəhər Mədəniyyət İdarəsinin nəzdində musiqi məktəbləri müəllimləri üçün bir neçə dəfə 25 və 30 saylı UMM-də ustad dərsi aparmışdır. 1992-ci ildə Ə.Bakıxanovun 100 illiyinə həsr olunmuş Respublika Müsabiqəsinin diplomu ilə təltif edilmiş, 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında muğam və not ixtisası fənlərini tədris etməyə başlamışdır. 1999-cu ildən Bakı Musiqi Akademiyasının baş müəllimi, 2008-ci ildən isə Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı alətləri kafedrasında dosent vəzifəsində çalışmışdır.

    Uğurlu müəllimlik fəaliyyətinə görə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanları, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomuna layiq görülmüşdür. Belə ki, Ali təhsil, Mədəniyyət və Turizm, İdman və Gənclər Nazirliklərinin keçirdiyi respublika və beynəlxalq müsabiqələrdə, festivallarda yüksək göstəricilərlə çıxış etmiş, 70-dən artıq tələbələrindən müxtəlif naminasiyalar (Qran-pri, laureat, diplomant, fəxri fərmanlarla, prezident təqauüdçüləri, tərifnamələr) üzrə təltif olunmuşlar.

    R.Əzizov Rus, Qərb və Azərbaycan bəstəkarlarının əsərlərini tar və fortepiano üçün işləmələrindən ibarət dərs vəsaitləri, “Konservatoriya” jurnalında nəşr olunmuş məqalələri, Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XIII Beynəlxalq elmi-praktiki konfransında çıxışı, kafedrada tədris olunan fənn proqramları (qrif əsasında) nəşr olunmuşdur. Pedaqoji fəaliyyətlə yanaşı, Ramiz müəllim Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin, Azərbaycan Dövlət Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxışları, Azərbaycanın tanınmış xanəndələrinin müxtəlif tədbirlərdə muğam üçlüyünün tərkibində müşayiəti, “Səadət” instrumental ansamblında konsertmeyster fəaliyyəti, “Oxu tar” adlı diski və s. kimi işləri geniş ifaçılıq fəaliyyətindən xəbər verir.

    2008-ci il sentyabrın 17-də isə müəllimlik fəaliyyəti yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 16 dekabr 2014-cü il tarixdə (protokol № 32) Dosent elmi adı verilmişdir.

    Azərbaycan Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor S.Kəriminin imzaladığı əmrə əsasən, №61/K 03.06.2015-ci il tarixindən “Xalq çalğı alətləri” kafedrasının müdiri vəzifəsində çalışır.

    21 noyabr 2018-ci il tarixdən AMK-nın “Xalq Çalğı alətləri” kafedrasına professor vəzifəsinə seçilmişdir.

    30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən AMK-nın 20 illik münasibəti ilə və Azərbaycan milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

    Hazırda onun yetirmələri Respublikada fəaliyyət göstərən Xalq çalğı alətləri orkestri və ansambllarında çalışır, ali və orta ixtisas musiqi məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olurlar. Bununla yanaşı, onlardan bəziləri artıq solist kimi bir çox müsabiqə laureatı adına layiq görülmüşlər. Müəllimlik fəaliyyətində ölkəmizin müxtəlif yerlərində çalışan xeyli sayda tələbələri mövcuddur.

    XALQ ÇALĞI ALƏTLƏRİ” KAFEDRASI

    Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən kafedralardan biri də “Xalq çalğı alətləri” kafedrasıdır.

    Kafedrada çalışan müəllimlərdən elmi adları olan – baş müəllim, dosent, professor, elmi dərəcələri olan – sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, pedaqogika üzrə fəlsəfə doktoru, fəxri adları olan – Xalq artisti, Əməkdar artist, Əməkdar İncəsənət Xadimi, Əməkdar müəllim, Əməkdar Mədəniyyət İşçisi kimi müəllim heyəti fəaliyyət göstərir.

    Bu gün fəaliyyət göstərən “Xalq çalğı alətləri” kafedrasının yaranma tarixi bilavasitə Azərbaycanda müasir musiqi təhsili sisteminin qurucusu – dahi Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Milli musiqi alətlərimizin akademik konservatoriya təhsilinə və bununla da dünyəvi musiqi proseslərinə – notlu ifaçılıq məcrasına, bəstəkar yaradıcılığına, virtuoz ifa tərzinə cəlb olunmasında Üzeyir bəyin bəstəkar və musiqişünas-alim, pedaqoq və musiqi ictimai xadim kimi xidmətləri əvəzsizdir.

    Xalq çalğı alətləri” kafedrasının əsas məramı və vəzifəsi – milli musiqi alətləri ifaçılığında bəstəkar əsərlərinin, yəni notlu musiqinin tədrisini həyata keçirmək, çalğı və onun tədrisi metodikasını təkmilləşdirmək, habelə xalq çalğı alətləri ifaçılığının tarixi və nəzəri aspektlərini aktual problemlərini elmi baxımdan tədqiq etməkdir.

    Kafedra üzvləri daim imtahan və konsert proqramlarının yeniləşdirilməsi üzərində çalışaraq Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini xalq çalğı alətləri üçün işləyərək dərs vəsaitləri nəşr etdirirlər.

    Bundan başqa kafedra üzvlərinin bu və ya digər mövzuda monoqrafiyaları, metodik tövsiyyələri, müxtəlif elmi jurnallarda və konfrans materiallarında çap olunmuş çoxlu sayda məqalə və tezisləri var.

    Professor-müəllim heyəti:

    1. Əzizov Ramiz Mahmud oğlu – “Xalq çalğı alətləri” kafedrasının müdiri, Əməkdar müəllim, professor
    2. Quliyev Malik Bayram oğlu – “Tədris işləri” üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor
    3. Nəcəfzadə Abbasqulu İsmayıl oğlu – sənətşünaslıq üzrə elmlər doktoru, professor
    4. Kərimov Məmmədağa Əkbər oğlu – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi, professor
    5. Kazımov Nazim Kazım oğlu – Pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi, professor
    6. Nəcəfov İlham İsmayıl oğlu – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, professor
    7. Eyvazova Şəfiqə Alxas qızı – Xalq artisti, professor
    8. Seyidova Yaqut Şıxseyid qızı – İstehsalat təcrübə rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, dosent
    9. Əliyeva Təranə Mehdi qızı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, professor
    10. Əliyev Mübariz Firudin oğlu – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
    11. Paşazadə Sahib Ağaverdi oğlu – Əməkdar artist, dosent
    12. Cəfərov Səbuhi Aslan oğlu – Əməkdar artist, dosent
    13. Kazımova Afət Kazım qızı – Əməkdar müəllim, dosent
    14. Əliyev Adgözəl Məmmədhüseyn oğlu – Əməkdar müəllim, dosent
    15. Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu – Xalq artisti, professor
    16. Məmmədov Məhərrəm Hüseyn oğlu – Dosent
    17. Əliyev İlqar Qulu oğlu – Dosent
    18. Həsənova Natavan Mikayıl qızı – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
    19. Əsədullayeva Mehri Arif qızı – Baş müəllim
    20. Heydərova Çinarə Yaşar qızı – Əməkdar artist, dosent
    21. Məmmədov Əflaruz Qulam oğlu – Əməkdar müəllim, dosent
    22. Növrəsli Arslan Növrəs oğlu – Baş müəllim
    23. İmanov Şəhriyar Ayaz oğlu – Əməkdar artist, baş müəllim
    24. Kərimov Kamran Seyran oğlu – Əməkdar artist
    25. Əmrahov Elşən Əbdürəhman oğlu – Baş müəllim
    26. Dadaşov Xeyrulla İslam oğlu – Baş müəllim
    27. Əliyev Səbuhi Camaləddin oğlu – Baş müəllim
    28. Qurbanov Rövşən Oktay – Baş müəllim
    29. Şahdəldiyeva Mədinə Elçin qızı – müəllim
    30. Hüseynova Könül Əli qızı – müəllim
    31. Nuriyev Kamal Niyaz oğlu – müəllim
    32. Əkbərova Surə Mübariz qızı – müəllim
    33. Səmədzadə Murad Əzəmi oğlu – müəllim
    34. Vəliyeva Könül Ehtibar qızı – müəllim
    35. Babayev İbrahim Ramiz oğlu – müəllim
    36. Məmmədov Xəyyam Əhrar oğlu – müəllim
    37. Qafarlı Cəfər İnayət oğlu – müəllim
    38. Rəcəbli Məmməd Qüdrət oğlu – müəllim

    Konsertmeysterlər:

    1. Qədimalıyeva Firuzə Elman qızı
    2. Kərimova Mehriban Səlim qızı
    3. Teymurova Arzu Ağalar qızı
    4. Nəbiyeva Nigar Novruz qızı
    5. Teymurzadə Gülnarə Nadi qızı
    6. İmanova Rəna Nazim qızı
    7. Nəbizadə Sevinc Fəxrəddin qızı
    8. Nəcəfqulubəyli Türkan Vasif qızı
    9. İsgəndərova Nərmin Nizami qızı
    10. Qurbanova Gülnar Məhəmməd qızı
    11. Zöhrabzadə Səbinə Zöhrab qızı
    12. Məmmədli Firəngiz Füzuli qızı
    13. Məmmədzadə İllər Kamal qızı
    14. Qəmbərova Nərmin Pərviz qızı
    15. Mirzəyeva Gülnar Elçin qızı
    16. Əfəndiyeva Sitarə İslam qızı
    17. Dadaşova Cəmilə Camaləddin qızı
    18. Şahbazlı Aysel Yaşar qızı
    19. Şıxıyeva Züleyxa Akif qızı
    20. Hidayətzadə Günay Arzuman qızı
    21. Əliyeva Vəfa Ağarza qızı
    22. Mustafayeva Arzu Nemət qızı
    23. Həşimli Aytən Arif qızı
    24. Rzayeva Fəridə Cavanşir qızı
    25. Lətifzadə Vüsalə Arif qızı
    26. Allahverdiyeva Günel Rasim qızı
    27. Əmirəliyeva Aysel Babək qızı
    28. Rəhimova Dinarə Arif qızı
    29. Niftiyev Elxan İlham oğlu
  • “İnstrumental muğam” Kafedrası

    Kafedra müdiri: Dossent,xalq artisti Mansurov Malik Məmməd oğlu

                                                                                                                                                                                                                                                       

    Mansurov Malik Məmməd oğlu 1961- ci il oktyabrın 12-də Sumqayıt şəhərində anadan olub. 1970-ci ildən Sumqayıt N.Nərimanov adına Mədəniyyət evində tar sinfinə gedib 1977-1979 – cu illərdə Naxçıvan Musiqi Kollecində, 1979-1981 – ci illərdə Sumqayıt Musiqi Kollecində oxuyub. 1981 – ci ildə Gəncədə keçirilən kolleclər arası baxış – müsabiqədə I dərəcəli diplom və laureat adı qazanıb.

    1981-1986-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında “Azərbaycan xalq musiqisi – tar” ixtisası üzrə oxuyub.

    1982-ci ildən əmək fəaliyyətinə başlayıb .1982-84-cü illərdə Bakı 16 saylı uşaq musiqi məktəbində müəllim vəzifəsində çalışıb.1986-cı il “Bakı-86” Respublikalar arası müsabiqədə I dərəcəli diplom və laureat adı qazanıb.1986-88-ci illərdə Sumqayıt Musiqi Kollecində Xalq çalğı alətləri şöbəsində tar ixtisası üzrə müəllim işləyib.Hərbi xidmətdən qayıtdıqdan sonra 1988-ci ildən 2003-cü ilədək Sumqayıt Musiqi Kollecində müəllim vəzifəsində çalışıb.

     

    | Mansurov Malik Məmməd | Kafedra müdiri, dosent | X/а |

    | Abdullayev Ağasəlim Sahib | Professor | Х/а |

    | Müslümov Möhlət Xanəli | Professor | Х/а |

    | Dadaşov Fəxrəddin Əlisahib | Professor | Х/а |

    | Əliyev Firuz Əliabbas | Dosent | Х/а |

    | Həşimov Elçin Ləzgi | Dosent | X/а |

    | Əhmədov Elnur Oruc | Dosent | Ə/а |

    | Şərifov Munis Məhəmmədismayıl | Dosent | X/а |

    | Fətalıyev Şirzad Nizan | Baş müəllim | Ə/а |

    | Mansurov Elşən Məmməd | Dosent | X/а |

    | Nağıyev Elçin Ağaşirin | Baş müəllim | Ə/m |

    | Ələkbərov Sabir Ələkbər | Baş müəllim | Ə/m |

    | Ələkbərov Ələkbər Kərim | Dosent | Ə/а |

    | Əsədullayev Toğrul Mirnazim | Dosent | F/d dosent |

    | Əliyev Mahmud Hamil | Dosent |

    | Rəhimov Valeh İslam | Baş müəllim | Ə/а |

    | Əliyev Aydın Əkbər | Dosent | Sən.üzrə f/d dosent |

    | Qurbanov Rövşən Oktay | Baş müəllim |

    | Sadıqova Aysu Mirfədail | Müəllim | |

    | İmanova Arifə Arif | Müəllim |

    | Baxşəliyev Fəxrəddin Elşad | Dosent | Fil. üzrə f/d dosent |

    | Kərimov Kamran Seyran | Müəllim | Ə/а |

    | Sadıqov Ənvər Hidayət | Baş müəllim | X/а |

    | Mehmanlı Elvin Elçin | Müəllim |

    | Qasımov Nemət Yusif | Dosent |

    | Cəbizadə Nurlan Bəhruz | Müəllim |

    | İbrahimov Rəşad Qəşəm | Müəllim |

    | Babayeva Novruzova Nuray Əbülfət | Müəllim |

    | Müslümov Rüstəm Möhlət | Müəllim |

    | Səfərov Abbas Əliyar | Müəllim |

    | İsmayılov İsmayıl Əşrəf | Müəllim |

    | Əliyev Vaqif Məhərrəm | Müəllim |

    | Şərifov Oqtay Qasım | Müəllim |

    | Əsədullayeva Mehri Arif | Baş müəllim |

    | İslamov Rauf Rza | Müəllim | Ə/a |

    | Əsədullayev Murtuza Murtuza | Müəllim |

    | Elvin Novruzov Akif | Müəllim |

    İnstrumental Muğam

    2023-2024 tədris ili

    Konsertmeysterlərin siyahısı

    1. Qüdrətli Gülnar – Xanəndə
    2. Kərimova Nüşabə– Xanəndə
    3. İmanov Ayxan– Xanəndə
    4. İmamverdiyeva Günay– Xanəndə
    5. Qasımov Pərviz– Xanəndə
    6. Siyavuş Kərimov – Nağara
  • “Populyar musiqi və caz ifaçılığı” kafedrası

    Kafedra müdiri: pianoçu, bəstəkar , əməkdar artist Məmmədov Emil Əfrasiyab

     

     

     

    Kafedrada tədris olunan fənnlər:

    Bakalavr

    Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

    • İxtisas (sahələr üzrə)
    • Populyar musiqi və caz ifaçılığının tarixi və nəzəriyyəsi
    • Vokal ansamblı
    • İxtisasın tədrisi metodikası
    • Milli Caz sənəti
    • Caz ifaçılığının əsasları
    • Müzikl tarixi
    • Muğam
    • Xüsusi Pedaqoji Hazırlıq

    Magistratura

    İxtisaslaşma:Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə) :

    • İxtisas (sahələr üzrə)
    • Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri
    • Caz istiqamətli ümumi fortepiano
    • Studiyada iş
    • Ansambl

    Magistratura

    İxtisaslaşma: Populyar musiqi və caz ifaçılığı (vokal)

    • Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri
    • İxtisas (sahələr üzrə)
    • Studiyada iş
    • Ansambl
    • Caz solfeciosu

    “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müəllim heyəti