Azərbaycan Respublikasının Üçrəngli bayrağı türk mənşəyimizi, müasir dövlətçilik düşüncəmizi və milli-mənəvi dəyərlərimizi özündə birləşdirən ali rəmzdir. Bayraq, tarixin ən çətin dönəmlərindən boylanan milli qürur, istiqlal ruhu və azadlıq idealının təcəssümüdür. Xalqımızı Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Üçrəngli bayrağımız daim elmin, incəsənətin və musiqinin zirvəsində dalğalansın! Azərbaycan Milli Konservatoriyası
Ətraflı >>
Bu əlamətdar gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi igidlik, milli həmrəylik və qətiyyət rəmzidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının sarsılmaz iradəsi, azadlıq və ədalət idealına sədaqətin parlaq göstəricisidir. Zəfər bayramı milli qürurumuz, Vətən sevgimiz və müstəqillik ruhumuzun təntənəsidir. Qoy Zəfərimizin ucalığı daim yaşasın, gələcək nəsillərə vətənpərvərlik, birlik […]
Ətraflı >>
3 noyabr 2025-ci ildə 8 noyabr – Zəfər gününün beşinci ildönümü çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında Vətən müharibəsi qazisi, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Polad Rzayevlə görüş təşkil olunub. Görüşdə AMK-nın məzunu, şəhid Toğrul […]
Ətraflı >>
28 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında belçikalı barabançı, bəstəkar, “URBEX”, “URBEX Electric” və “Next.Ape” kimi yenilikçi layihələrin müəllifi və rəhbəri Antuan Pyer tərəfindən ustad dərsi keçirilib. Tədbirdə AMK-nın rektoru, professor Kamilə Dadaş-zadə, Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jülyen de Frepon, səfirliyin nümayəndələri, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Ustad […]
Ətraflı >>