Azərbaycan Milli Konservatoriyasında son günlər cəbhədə yaranan vəziyyətlə əlaqədar olaraq Milli Orduya dəstək aksiyası keçirildi. Aksiyada AMK-nın professor-müəllim, tələbə heyəti iştirak edirdi. Toplantı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. İlk olaraq şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək son günlər cəbhədə yaranan vəziyyətlə bağlı fikirlərini bölüşdü. Daha sonra AMK-nın professoru, Xalq artisti, Arif Babayev, AMK-nın Tələbə Gənclər Təşkilatının sədri Tural Məmmədli çıxış etdilər. Aksiya Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”-nın səslənməsi ilə başa çatdı.