Abuşova Aynurə Rəsul qızı sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas
Abuşova Aynurə Rəsul qızı (06.05.1978-ci il Azərbaycan, Şuşa şəhəri )- sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas.
Təhsili: 1984-cü ildə Üzeyir Hacıbəyov adına 1№ tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992- ci ilin mart ayından isə məlum səbəblərdən təhsilini Bakıda davam etdirmiş, 1993-1997-ci illərdə Mir Möhsün Nəvvab adına Şuşa Musiqi Texnikumunda musiqi nəzəriyyəsi ixtisası üzrə, 1998-2002-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünas ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünas ixtisası üzrə magistr təhsili almış, 2015-2019 Azərbaycan Milli Konservatoriyasının dissertantı olmuşdur.
Pedaqoji fəaliyyəti: 1995-cı ildə Şuşa rayon Böyük Qaladərəsi kənd uşaq musiqi məktəbində müəllim, 2001-ci ildən Şuşa rayon Xəlfəli kənd uşaq musiqi məktəbində müəllim, 2002-ci ildən Şuşa Musiqi Texnikumunda “Musiqi nəzəriyyəsi ” şöbəsində müəllim vəzifəsində çalışmışdır. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, 2015-ci ildə Azərbaycan Milli Konservatoriyasının Tələbə Elmi Cəmiyyətinin rəhbəri, 2016-cı ildə baş müəllim, 2021-ci ildən Azərbaycan Milli Konservatoriyasında elmi katib vəzifəsində çalışır.
Elmi fəaliyyəti: Aynurə Rəsul qızı Abuşova 2013-ci ildən Azərbaycan Milli Konservatoriyasının dissertantı kimi “Cahargah muğamının ifaçılıq variantlarının tədqiqi məsələlər” adlı dissertasiyasının üzərində işləmiş və 25.10.2022 ci ildə müdafiə etmiş, 05.05.2023 cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiyasiya Komisissiyasının qərarıilə ilə sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Onun milli musiqinin inkişafı ilə bağlı müxtəlif illərdə yerli və xarici jurnallarda, dövrü mətbuatda elmi məqalələri çap olunur, həmçinin respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxışlar edir, eyni zamanda tədris proqramlarının müəllifidir.
“Rauf Hacıyev” , “Şuşanın mədəni ənənələri” ,“Çahargah ” muğamınım ifaçılıq variantları səs yazılarında və not yazılarında , “Musiqişünaslıqda “Çahargah” muğamının tədqiqinə dair” , “Çahargah” muğamının tarixi və nəzəri tədqiqi məsələləri”, “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası ” , “Вопросы исследования мугама «Чахаргях», “ Ладовая основа мугама-дастгях «Чахаргях»”, ”Çahargah” muğamı Azərbaycan bəstəkarlarının yaradıcılığında” , “ Çahargah” muğam dəstgahının ifaçılıq variantları”, “Çahargah” muğamının quruluşunda variantlıq məsələləri”, Issues of historical-theoretical research of ” Chahargah” mugham in Azerbaijani music art, “Çahargah” muğamının ifaçılıq variantlarının tədqiqi məsələləri, “Variation of tasnif and timbres in “Chahargah” mugham dastgah” və s.müəllifidir.