İyulun 19-da Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi Türkiyə Cumhuriyyəti Yunus Emre İnstitutunun Bakı üzrə Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Yıldırım ilə görüşüb.
Görüşdə hər iki ali məktəb arasında əməkdaşlıq və ümumilikdə mədəniyyətlər arası əlaqələr müzakirə olunub. Mədəniyyət sahəsi üzrə birgə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi, birgə layihələrin təşkili və digər mövzularda fikir mübadiləsi aparılıb.
AMK-nın rektoru, professor S.Kərimi konservatoriyada tədris olunan ixtisaslar və beynəlxalq sahədə əməkdaşlıq barədə ətraflı məlumat verib. Türkiyə universitetləri ilə qurulan sıx əməkdaşlıq əlaqələrindən danışan rektor bu əlaqələri daha da genişləndirməyin vacibliyini vurğulayıb.
Görüşün sonunda qonaq rektor, professor S.Kərimiyə xatirə hədiyyəsi təqdim edib. Daha sonra İbrahim Yıldırım Konservatoriya ilə yaxından tanış olub.