Page 51 - Konservatoriya 1.1
P. 51

Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Malıbəyli Həmid, Zabul
Qasım, Məcid Behbudov, Seyid Mirbabayev kimi məşhur sənətkarlar
Cabbar Qaryağdı oğlundan çox şey öyrənmişlər.

   Bu böyük insanın sənətə məhəbbəti xalq məhəbbətinin üzvi bir hissəsi
olmuşdur. Bu da ona əbədi şöhrət qazandırmışdır.

   C.Qaryağdı oğlu yaradıcı bir sənətkar olmuşdur. O, xanəndəlikdən
başqa mahir musiqişünas, həm də musiqi tədqiqatçısı kimi yüzlərlə xalq
mahnılarını meydana çıxarmışdır. Muğamların ifasında guşəxanlıq
göstərməkdə, bilikdə, sənətkarlıq qabiliyyətində onunla ayaqlaşmaq
başqa xanəndələrə müyəssər olmamışdır.

   Cabbar Qaryağdı oğlu qoca vaxtlarında da musiqi həyatından uzaq-
laşmamışdı. Böyük Vətən müharibəsinin ən ağır illərində (1941-1943)
80-83 yaşlı Cabbar Qaryağdı oğlu sevimli qavalını yerə qoymamışdır. O,
çağırış məntəqələrində, hərbi hissələrdə, xəstəxanalarda döyüşçülər
qarşısında tarzən Qurban Pirimovla tez-tez çıxışlar edər, oxuduğu gözəl
mahnılarla onları qarşıdakı döyüşlərə ruhlandırardı.

   1944-cü ilin aprel ayının 20-də Cabbar Qaryağdı oğlu qəflətən xəstələnir,
həkimlərin ciddi səyinə baxmayaraq, 84 yaşında Bakı şəhərində vəfat edir.
Qaryağdı oğlunun ölümü Azərbaycan musiqisi üçün böyük itgi idi.

   Qaryağdı oğlunun səsi güclü dramatik-tenor tipli səs idi, o, bu güclü
və əzəmətli səsi elə cilalayıb «yonurdu» ki, sanki muğamı dramatik tenor
yox, lirik-tenor oxuyur. Onun oxumağı son dərəcə təsirli və tempe-

ramentli idi.
   Qaryağdı oğlu major muğamları oxumaqda daha mahir idi. O, vokal

ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici
ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini də, sevincini də
unutdururdu. Bununla belə oxuduğu şən və məzəli təsniflər ilə
dinləyicinin qəlbində şirin xəyallar, xoş duyğular oyadırdı...

   Beləliklə, Azərbaycanda gözəl səslərdən, xanəndəlik sənətindən
danışarkən gözlərimiz qarşısında ilk növbədə Cabbar Qaryağdı oğlunun
obrazı canlanır. «Şərq musiqisinin peyğəmbəri» adlanan bu dahi müğənni
Azərbaycan vokal sənətinin banisidir. Doğrudur, Cabbar Qaryağdı
oğlundan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzə Hüseyn, Hacı
Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məhəmmədhəsən, Əbdülbaqi Bülbülcan
kimi klassik xanəndələrimiz olmuşdur. Lakin bunların heç biri xalq
musiqisini Qaryağdı oğlu qədər dərindən bilməmiş və onu geniş xalq
kütlələrinə bacarıqla çatdırıb sevdirməmişdir. Yaradıcılığının butün
mənası, ruhu, mündəricəsi etibarilə Qaryağdı oğlu həqiqi böyük xalq
müğənnisi idi. Sümüklərinin iliyinə qədər qatı musiqiçi olan Qaryağdı
oğlu 70 il vokal sənətinə xidmət etmiş, qüdrətli, gözəl səsi ilə xalq
məclislərini şənləndirmişdir. Onun təkcə vokal sənətində deyil, xalq

                                             51
   46   47   48   49   50   51   52   53   54   55   56