Page 56 - Konservatoriya 1.1
P. 56
klarnet ustası ilə nağara çalır, kiçik məclislərə gedir, həm də pəstdən
zümzümə edirdim. «Not Məlik» deyilən şəxs, sanki tar-kamandı, klarnet
çalan deyildi. Muğamatı yaxşı bilirdi. Onunla heç əziyyət çəkmirdim. Hələ
üstəlik ondan çox şey öyrənmişəm. Xırda-xırda həm zümzümə edir, həm
də oxuyurdum.Əlbəttə, xanəndə olmayan məclisdə. Bir dəfə Məliklə Bakı
kəndlərinin birində toyda idik. Bir maşın gəldi. Qurban əmi düşdü, sonra
da Zülfü Adıgözəlov. Sevincimin həddi-hüdudu yox idi. Zülfü ilə də
tanışlığım yoxdu. Zülfüyə deyirlər ki, bu cavanın yaxşı oxumağı var.
Təvəqqe elədi ki, oxuyum. Oxuyardımmı heç?! O da qalmış Zülfünün
qarşısında. Qurban əmi də çox təkid elədi oxumadım. Mən hələ
gəncliyimdən Zülfü Adıgözəlovun səsinə və oxumağına aşiq idim.
1938-ci ildə onun ifasında «Rast» yazılmış bir val çıxdı. O, vala qulaq
asmaqdan yorulmazdım. Toy məclisində beləcə tanış oldum onunla.
Zülfü o vaxtlar 12 saylı musiqi məktəbində dərs deyirdi. Bir gün məni
çağırtdırdı yanına, xahiş etdi ki, oxuyum. Cəsarətim çatmadı onun
qarşısında oxumağa.
Dedi: – Sən mənim canım, oxu! Deyirlər «Rast»ı elə mənim kimi
oxuyursan. Mən Zülfünün 1938-ci ildə Qurban əminin müşayiəti ilə
oxuduğu «Rast»a o qədər məftunluqla qulaq asmışdım ki, olduğu kimi
yamsılayırdım. Bəli, çox tərəddüddən sonra oxudum. Çox yox ha! Elə bir
ağız. Mən oxuyan kimi Zülfü axıb getdi gülməkdən.
Dedi: “– Eşitmişdim. Ancaq belə oxşada biləcəyini heç ağlıma gətir-
məzdim. Səsimizin tembrində də oxşarlıq vardı. Ustad xanəndə bu
bənzəyişə lap heyran qalmışdı.
Bir gen yenə toyda idik. Əvvəl onu deyim ki, Bakının bir sıra kəndləri
var idi ki, Zülfünün oxumağından ötrü əldən-ayaqdan gedərdilər.
Məsələn: Corat, Güzdək, Bilgəh, Nardaran, Maştağa, Hövsan, Binə, Zirə
və Türkan. Hətta, Zülfüyə Nardaranda, Mütəllim Mütəllimova isə Kür-
dəxanıda, onlara məhəbbət rəmzi olaraq içində evi olan bağ yeri bağış-
lamışdılar. İstər-istəməz öz-özümə sual edirəm. Görəsən hansı bakılıya
Qarabağda, Şuşada, Ağcabədidə torpaq sahəsi və ya ev bağışlayıblar?!
Bakı və Bakı ətrafı kəndlər onların sənətinə hörmət əlaməti olaraq heç bir
sərhəd qoymadan bunu cani-dildən etmişdilər. Halal xoşları! Min halal!!!
Bəli, bu hadisə Nardaran kəndində baş vermişdi. Bir gündə iki əkiz
qardaşın toy mərasimi idi. Toya Zülfü əmini dəvət etmişdilər. Mən də
klarnet dəstəsi ilə gəlmişdim. Yadıma düşmüşkən onu da deyim ki, Bakı
kəndlərində Zülfünü sevdiklərindən əhd eləyirdilər... oğlumuz olsun
adını Zülfü qoyaq. Zülfü oxuyurdu. Nardaranın ağır, zəngin şəxslərindən
biri o toyda sərpayı idi. Sən demə Zülfü ilə küsülü imiş. Barışmaq üçün
bundan yaxşı məqam olmazdı ki. Kənd ağsaqqalları dedilər, get Zülfünün
üzündən öp, o da getdi öpdü. Zülfü başladı oxumağa. Daha sonrasını
56