Page 53 - Konservatoriya 1.1
P. 53

АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
                               «КОНСЕРВАТОРИЙА» № 1, 2011
                                       ___________________

              Ханяндялик сяняти  Искусство ханенде

                                                                  Valeh RƏHİMOV
                              Azərbaycan Milli Konservatoriyasının müəllimi

  HACIBABA HÜSEYNOVUN SƏNƏT DÜNYASI VƏ ONUN ĠFA
                                MƏZĠYYƏTLƏRĠ

   Açar sözlər: Muğam aləmi, Hacıbaba Hüseynov, milli üçlük, əruz
vəzni.

   Zəngin Azərbaycan musiqisi, füsunkar muğam dəstgahları bu gün
dünya musiqişünaslarının tədqiqat obyektinə çevrilmişdir. Bütün dünya
musiqi qurumları Azərbaycan muğamını ümumbəşər musiqisinin «Şah
əsəri» qəbul etmiş və YUNESKO təşkilatında əvəzsiz qeyri maddi abidə-
ləri siyahısına daxil etmişdir. Bütün bunlar Azərbaycanın birinci ledisi
Mehriban xanım Əliyevanın gərgin və yorulmaz əməyi sayəsində
mümkün olmuşdur.

   Dilimizin zəngin söz dünyasında bir «ocaq» kəlməsi var. Bu söz yüz
qanadlı, bəlkə min qanadlı bir sözdür. «Ocaq» – bir yurda, bir mülkə,
müqəddəs bir yerə də deyilir. Ziyarətgahlara da «ocaq» deyilir. «Ocaq»
bizim həm də şeiriyatımız – Qətranımız Xaqanimiz, Nizamimiz, Nəsi-
mimiz, Füzulimiz, S.Ə.Şirvanimizdir. Muğamatımız da «ocaq»dır. Bu
«ocağ»ı Məşədi İsilər, Hacı Hüsülər, Əbdülbagi Zülalovlar, «Zabul»
Qasım, Keştazlı, «Şahnaz» Haşım, «Segah» İslam, Şəkili Ələsgər, Seyid
Mirbabayev, Ağaseyid oğlu Ağabala, Seyyid Şuşinski, Xan Şuşinski,
Sadıq Mirzə Əsəd oğlu, Qurban Pirimov, M.M.Mənsurov, Əhməd
Bakıxanov, Bəhram Mansurov və daha kimlər, kimlər qaladı. Bu möh-
təşəm muğam ocağını qalayanlardan biri də müqtədir el xanəndəsi əruz
vəznli klassik poeziyamızı layiqincə təqdim edən qüdrətli söz sərrafı,
xalqımızın sevimlisi xalq artisti – Hacıbaba Hüseynovdur. Öz səsi, gözəl
ləhni, avazı ilə bu «ocağ»ı məhəbbətlə yandıranlardan biri də Hacıdır.
Bizim borcumuz isə bu «ocağ»ı daha da şölələndirmək və sönməyə
qoymamaqdır.

   Hacıbaba Hüseynəli oğlu Hüseynov 1919-cu il mart ayının 15-də də-
nizçi ailəsində anadan olmuşdur. Dindar təbiətli Hüseynəli kişinin «çö-
rəyi» dənizdən çıxardı və bütün külfəti dənizdən gələn bu kiçik gəlirlə
dolandırardı. Atası Hüseynəlinin qarmon çalmağı da varmış. Hərdən

                                             53
   48   49   50   51   52   53   54   55   56   57   58