Page 55 - Konservatoriya 1.1
P. 55
malik, həm də maraqlı müsahib olan Hacıbaba Hüseynovun vur-tut cəmi
5 sinif təhsili vardı. “Hər oxuyan molla Pənah olmadığı” kimi, hər
oxuyanda da belə savad az-az rast gəlinən şeydir.
Hacıbaba artıq yaşının müdrik çağında o məsum, təkrarolunmaz uşaq-
lıq illərini nostalji kövrəkliklə belə xatırlayır: «– Mən elə bir məhəllədə,
elə bir dalanda böyümüşəm ki, ətrafımızda küçəmizdə hamı atıb-vuran
adamlardı. Atam, anam, özüm namaz qılan olduğumuzdan bizə dəyib-
dolaşan olmazdı. Uşaqlıqdan tez-tez xəstələndiyimdən, nənəm nəzir
etmişdi ki, uşağın sağalsın, orucluqda azan versin. Mən sağalan kimi
çıxartdılar dama. Hələ «Allahu Əkbər» deməmişdim ki, başımın
üstündən «tarap-tarap» 2 güllə buraxdılar. Məni tez damdan düşürdülər
yerə. Ondan sonra qorxudan yenidən xəstələndim. Uşaqlıqdan o atıb-
vuran dəcəl uşaqlara qoşulmamışam. Elə uşaqlıqdan kövrək sözdən tez
təsirlənib gözlərim yaşla dolardı. Atam deyərdi: «– Yekə kişisən, gözü-
nün suyunu nə axıdırsan?! Pəhləvanlıq eləyir, pudluq daşları dişi ilə
qaldırır, əlləri də gör nə boydadır, pələng pəncəsinə oxşayır. Nə işdi
bilmirəm, bu uşaq yanıqlı söz eşidən kimi gözünün qorasını sıxıb ağlayır.
Babat səsi var, ancaq bundan xanəndə olmaz. Öz oxuduğuna yarıda
başlayacaq ağlamağa. Belə bazburutla belə yuxa ürək hardandı bunda?
Gərək onu bir sənətə urcah eləyəm ki, bir az ürəyi bərkiyib adi ürək
həddinə gəlsin. Zalım uşağı məktəbi də oxuyub başa çıxmadı, bilmirəm
bunun axırı nə olacaq».
«Hacıbaba Hüseynov: – «Atam gördü ki, mənim məktəbə getməyə hə-
vəsim yoxdur, odur ki, aparıb «Paris Kommuna»sı adına zavoda çilin-
gərlik öyrənməyə sövq etdi. İxtisas alandan sonra həmin zavoda işləməyə
başladım. 1933-cü ildən 1940-cı ilə qədər zavoda çilingərlik etdim və
tokar sənətinin sirrlərinə dərindən yiyələndim və bircə ağız belə
oxumadım. Amma ürəyimdə oxuyurdum. Cahan müharibəsi başlandı.
Tokarlıq sənətini mükəmməl bildiyimdən «arxa cəbhədə bizə lazımdır»
deyib bron verib Bakıda saxladılar. Müharibə vaxtı belə bir əmr çıxmışdı
ki, kim işə 15 dəqiqədən artıq geciksə, işdən xaric olunacaq. Bir gün
zavod radiosunda Zülfünün konsertini verirdilər. Konsert gedir, mən də
bu səsin əsiri, ona hərisliklə qulaq asırdım. Aləm yadımdan çıxmışdı.
Konsert qurtarandan sonra bircə onu gördüm ki, ey dadi-bidad işə
gecikmişəm. Zavoddan çıxartdılar məni az qala tutub hərbi tribunala da
vermək istəyirdilər. İki-üç ay işsiz qalandan sonra böyük xahiş, minnətlə
təzədən öz yerimə bərpa olundum. Bu hadisəyə heç heyfsilənmədim də.
Çünki, bu ecazkar səsə ürəkdən məftun idim.
Oxumağa 1946-1947-ci illərdən sonra başlamışam. Başlamışam de-
yəndə ki, hələ o vaxtlar xanəndəlik eləmirdim. Sadəcə «Not Məlik» tə-
xəllüslü (tam adı: Fərmanov Məlik Süleyman oğlu, 1918 – 1994) bir
55