Page 54 - Konservatoriya 1.1
P. 54
xırda-xırda qarmon çalar, oxuyar, dənizdə çəkdiyi əzab-əziyyəti azacıq
da olsa, bax beləcə yüngülləşdirərmiş. Görünür sonralar bu kiçicik
musiqi qabiliyyəti övlad və nəvələrinə də irsən sirayət etmişdi ki,
uşaqlarından Hacıbaba xanəndə, Hüseyn Bakılı (Hüseyn Həsənov –
məşhur qarmon ustası və müğənni) qarmon çalmış və Hacının nəvəsi
Fatimə isə oxuyurdu.
Atasının «dəniz həyatı» sonralar öz həyatında mühüm rol oynamasa
da, özünün sənətində böyük əhəmiyyət kəsb etmişdi. XX-ci əsrin
iyirminci illərində Xəzərin sahili, sahil bağı təbii ki, bu cür deyildi. Hər
axşamüstü dənizə çıxan qayıqlar çox yaraşıqlı olardı. Hər qayığın öz
qarmonçusu, dəfçisi, xanəndəsi olardı. Kiçik Hacının ata tərəfi elliklə
dənizçi idilər. Atasının, əmisinin qayıqları vardı və hər axşamüstü dəniz
gəzintisində atası, əmisi və əmisi uşaqlarına yoldaşlıq edər, çalar oxuyar
və əylənərdilər. Kiçik Hacının uşaq təxəyyülündə balaca qayıqlarda
oxunan «ara mahnıları» dərin iz buraxmıxdı. Yaşının sonrakı çağlarında
Hacıbaba elə unudulmuş xalq mahnıları və təsniflər oxuyurdu ki, özü də
mat-məəttəl qalırdı ki, necə olub ki, bu mahnılar onun yadından
çıxmayıb. Axı, bu mahnılar onun səkkiz, doqquz, on yaşının xatirələridir.
«Durna», «Qara bax, qara», «İki gəmi gəlir Lənkəran üstə», «Bir dayan
dur», «Ay ayağında məsi var»;… Bu şirin nəğmələrin sözləri də,
musiqisi də XX əsrin o tayında qalıb bir yolluq itə bilərdi. Lakin kiçik
Hacıbabanın iti hafizəsi o mahnıları yaşadıb bu günümüzə gətirib
çıxardıb ki, demək olar bütün çağdaş xanəndə və müğənnilərimiz qocalı-
cavanlı hamı bu nəğmələri öz repertuarlarına salır, ifa edir və bizə zövq
verirlər. Lakin tək iti yaddaşla çətin ki, iş aşaydı. Sonralar Hacıbabanın
şairliyi, klassik şeiri gözəl bilməsi də onun dadına yetir. 50 il əvvəl
eşitdiyi mahnıları yadına salır, görür ki, musiqi gözəldir, sözləri isə
«canına» yatmır. Beləcə o gözəl melodiyanı dadlı, şirin və daha məntiqli,
sanballı sözlərlə qovuşdurub ona yeni həyat vəsiqəsi verir. Beləliklə, ulu
xalqın yaratdığı daha bir inci «bəraət» qazanır. Məsələn: «Ay duy, duy».
Deyirlər onu vaxtilə adı heç kəsə bəlli olmayan el nəğməkarı fit verə-verə
uzaqlaşan gəmilərə baxa-baxa oxuyurmuş. Sözləri çox bayağı idi. Odur
ki, sonra daha o mahnını oxumayıblar. İntəhası,bu gözəl melodiya
Hacıbaba «sığalı» görəndən sonra, yeni şəklə düşmüş, daha eşidimli və
daha yapışıqlı olub. Sənət dostlarından biri sonralar yarı zarafat-yarı
ciddi, əslində tam həqiqət olan bu sözü yaxşı deyib:
– «Qardaş, təzələndirdiyin, canlandırdığın bu mahnının savabı elə
bəsdir sənə, əhsən!».
1928-1933-cü illər ərzində balaca Hacı cəmi 5 il məktəbə gedib, bir az
yazı-pozu öyrənib. Mürəkkəb muğamları, əlvan klassik poeziyamız və
folkloru dərindən bilən, mənalı qəzəllər yazan, geniş dünya görüşünə
54