Page 46 - Konservatoriya 1.1
P. 46

cümlədən Azərbaycan xalqını da qəflət yuxusundan oyatdı. İnqilab
ictimai həyatın bütün sahələrində olduğu kimi, milli mədəniyyətin
tərəqqisinə də şərait yaratdı.

   Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə,
Əbdürrəhimbəy Haqverdiyev, Firudinbəy Köçərli, Haşımbəy Vəzirov,
Üzeyir Hacıbəyli, Hüseyn Ərəblinski və Cabbar Qaryağdı oğlu kimi
tərəqqipərvər mədəniyyət xadimləri Şuşada, Şamaxıda, Gəncədə, Bakıda
və başqa şəhərlərdə qəzet, jurnallar nəşr edir, kitabxanalar açır, fəhlə
klublarında dram dərnəkləri, artistlər cəmiyyəti və başqa xeyriyyə
cəmiyyətləri təşkil edir, beləliklə xalqı maarifləndirməyə çalışırdılar.

   XX əsrin əvvəllərində «Qrammofon», «Sport-Rekord» və «Ekstra-
fon» aksioner cəmiyyətləri xanəndələrin səslərini qazanc məqsədi ilə
qrammofon vallarına yazır və əhali arasında yayırdılar.

   Cabbar Qaryağdı oğlu 1906-1912-ci illərdə «Sport-rekord» və
«Qrammofon» aksioner cəmiyyətlərinin dəvətilə Qurban Pirimov və Saşa
Oqanezaşvili ilə birlikdə Kiyev, Moskva və Varşava şəhərlərinə gedərək
səsini qrammofon valına saldırmışdı.

   Cabbar Qaryağdı oğlu səsini vala yazdırarkən, klassik Şərq və Azər-
baycan muğamlarının əksəriyyətini və bu muğamların təsniflərini böyük
məharətlə oxumuşdur. Xalqımızın musiqi tarixində «Kürdü-Şahnaz»,
«Mənsuriyyə», «Mahur» və xüsusilə «Heyratı»nı Cabbar Qaryağdı oğlu
qədər misilsiz məharətlə oxuyan ikinci bir xanəndə olmamışdır.

   Cabbar Qaryağdı oğlu klassik muğamlardan «Bayatı-Şiraz», «Orta
mahur», «Çahargah», «Rast», «Mirzə Hüseyn segahı»nı, zərbi muğam-
lardan isə «Səmayi-şəms», «Mani», «Qarabağ şikəstəsi», «Arazbarı»,
«Ovşarı» və başqa muğamları böyük zövqlə oxuyardı. Bunlardan əlavə o,
qədim Azərbaycan mahnılarından «Gəlin gedək Daşaltına gəzməyə»,
«Gözüm yaşına tab etməz», «Damınızdan damcı düşər», «Qalalıyam
qalalı» və «Qarğamışam»ı son dərəcə lirik tonda ifa edərdi.

   Cabbar Qaryağdı oğlu 1912-ci ildə Varşavadan qayıdarkən Moskvada
«Şərq konserti» vermişdi. Moskva tamaşaçıları «Şərq konsertləri»nə
böyük maraq göstərdiyindən həmin konsertlər bir neçə dəfə təkrar
edilmişdi.

   C.Qaryağdı oğlu həm də o zaman Moskva konservatoriyasında tələbə
olan Üzeyir Hacıbəylinin şərəfinə gecələr keçirmiş və həmin gecələrdə
yığılan pulları gənc bəstəkarın ehtiyacına sərf etmişdi.

                                           ***

   Cabbar Qaryağdı oğlu hər şeydən əvvəl böyük muğam ustası idi.
Muğamatın incəliklərini, onun texnikasını dərindən bilirdi. C.Qaryağdı

                                             46
   41   42   43   44   45   46   47   48   49   50   51