Page 42 - Konservatoriya 1.1
P. 42

ADMİU-nin dosenti Gülağa Zeynalov.

                  АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
                               «КОНСЕРВАТОРИЙА» № 1, 2011
                                       ___________________

              Ханяндялик сяняти  Искусство ханенде

                                                                 Məlahət ƏLİYEVA
                          Azərbaycan Milli Konservatoriyasının baş müəllimi

         CABBAR QARYAĞDI OĞLU VƏ MUĞAM SƏNƏTĠ

   Açar sözlər: Muğam sənəti, Cabbar Qaryağdı oğlu, milli üçlük,
qrammofon valları.

   Cabbar Qaryağdı oğlu XIX əsrin ikinci yarısında yetişən və musiqi ta-
riximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. O, xalqın
içərisindən çıxmış və özünün bütün mənalı həyatını klassik Şərq mu-
siqisinin inkişafına həsr etmişdir. Cabbar Qaryağdı oğlu oxuduğu muğam
və mahnılarını xalqdan alaraq, həmin mahnıları özünün incə səsi və ifa-
çılıq məharəti ilə bəzəyib yenidən xalqa vermişdir. Bu, Qaryağdı oğlunun
ən qiymətli xalq xanəndəsi olmasının nümunələrindən biridir.

   Cabbar Qaryağdı oğlu 1861-ci il martın 31-də Şuşa şəhərinin
«Seyidli» məhəlləsində, boyaqçı ailəsində anadan olmuşdur. Şuşada bu
ailə «Qaryağdılar» adı ilə məşhurdur.

   XIX əsrin ikinci yarısında Şuşa şəhərində ticarət və sənətkarlıq sürətlə
inkişaf etsə də, feodal münasibətləri hələ tamamilə zəifləməmişdi.
Şuşada dini adət-ənənələrə ciddi əməl olunurdu. Şəhərin 18 məscidi, 6
kilsəsi vardı. Burada dini mərasimlər çox təntənəli surətdə keçirilirdi.

   Hələ məktəbə getməyən Cabbar öz böyük qardaşı kimi oxumaq arzusu
ilə yaşayırdı. Bu həvəs onu musiqi aləminə çəkirdi. Odur ki, Cabbar da
qardaşı Məhəmməd ilə Xarrat Qulunun məktəbində ilk xanəndəlik təhsili
alır. Məhərrəmlikdə şəbihgərdanlıq etməyə məcbur olur.

   O zaman mahir musiqişünas Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi
«Məclisi-fəramuşan» ədəbi məclisinin üzvləri də hər axşam «Ağzıyastı
gaha»ya toplaşar, yeni şeirlər oxuyub təhlil edər, ustad sənətkarlardan söz
açarmışlar. Məclisin axırında adətən məşhur xanəndələrdən Hacı Hüsü,
Məşədi İsi və Dəli İsmayıl oxuyarmışlar. Cabbar həmin xanəndələrin
qüvvəli və cəzbedici səsinə heyranlıqla çox qulaq asmışdı.

   Cabbarın musiqi təhsili almasında, şübhəsiz böyük qardaşı Məşədi
Məhəmmədin böyük rolu olmuşdur. Məşədi Məhəmməd Cabbarda musi-
qiyə, sənətə uşaqlıqdan ciddi münasibət tərbiyə etmiş, ona xalqın klassik
və şifahi yaradıcılığına, xalq musiqisinin incəliklərinə həssaslıqla yanaş-

                                             42
   37   38   39   40   41   42   43   44   45   46   47