Page 37 - Konservatoriya 1.1
P. 37
АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
«КОНСЕРВАТОРИЙА» № 1, 2011
___________________
Бястякарларын йарадыжылыьы Творчество композиторов
Фяридя МЯЛИКОВА
Azərbaycan Milli Konservatoriyasının баш мцяллими
FĠKRƏT ƏMĠROV VƏ MUSĠQĠ FOLKLORU
Açar sözlər: Fikrət Əmirov, musiqi folkloru, muğam.
Musiqi folkloru xalqın vokal, vokal-instrumental və musiqi-rəqs yara-
dıcılığıdır. Xalq musiqisi də adlandırılır. Musiqi folklorunun əsas yara-
dıcıları köçəri maldarlar, çobanlar, ovçular, əkinçilər, sənətkarlar və b.
olmuşlar. Janr və məzmunca rəngarəngdir: əmək nəğmələri, mərasim
nəğmələri, qəhrəmanlıq nəğmələri, lirik mahnıları və s. (1, s. 791).
Folklorun tədqiqi göstərir ki, ilk dövrlərdəki şifahi yaradıcılığın bəsit
formaları da əsasən praktik məna və əhəmiyyət daşımışdır. Uzaq
keçmişdən keçib gələn bir sıra nəğmələr bunu sübut edir. Rus «Əmək
nəğmələri», Azərbaycan «Hollavarlar»ı buna misaldır.
Musiqi folklorundan, o cümlədən Azərbaycan xalq musiqisindən, mu-
ğamlardan geniş şəkildə bəhrələnən, həm bəstəkarlıq, həm də elmi-
publisistik yaradıcılığında sıx-sıx istifadə edən böyük sənətkarımız Fikrət
Əmirovun əsərləri bu gün də tamaşaçı və dinləyicilərin ruhunu oxşayır,
onları mənən zənginləşdirir.
SSRİ xalq artisti, Azərbaycan MEA-nın müxbir üzvü, Sosialist Əməyi
Qəhrəmanı və Respublika Dövlət mükafatları laureatı Fikrət Əmirov
Məşədi Cəmil Əmirovun ailəsində doğulub, boya-başa çatmışdır.
Əmirov Məşədi Cəmil Əmiraslan oğlu (1875, Şuşa – 1928, Gəncə) Azər-
baycan tarzəni, bəstəkar, musiqi xadimi. C.Əmirovun musiqiçi kimi
yetişməsində Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük təsiri
olmuşdur. O, 1907-ci ildən Gəncədə yaşamış, burada məşhur xanəndələrdən
M.M.Fərzəliyevi, Malıbəyli Həmidi, sonralar isə Bülbülü tarda muşayiət
etmişdir. 1910-cu ildə Riqanın «Qrammofon» şirkətində C.Əmirovun
Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi bir sıra muğam və mahnılar
qrammofon valına yazılmışdır. O, Şuşa, Gəncə, Tiflisdə göstərilmiş opera
tamaşalarında Məcnun, Kərəm, Qərib rollarını ifa etmişdir. Cəmil Əmirov
1911-1912-ci illərdə İstanbulda musiqi təhsili almış, burada «Heyratı»
muğamını nota salmış və çap etdirmişdir. O, 1915-ci ildə yazdığı «Seyfəl-
mülk» operasının (libretto müəllifi Mirzə Əbdülqədir İsmayılzadədir) və
«Namuslu qız» musiqili dramının (1923) müəllifidir.
37