Page 38 - Konservatoriya 1.1
P. 38

Gəncədəki musiqi məktəbinin təşkilatçılarından olan C.Əmirov 1923-
cü ildən ömrünün sonunadək bu məktəbin direktoru və müəllimi
olmuşdur (2, s. 204).

   Tanınmış musiqişünas Firudin Şuşinski Məşədi Cəmil haqqında yazır:
«Məşədi Cəmil bütün varlığı ilə xalq musiqisinə bağlı olmuşdur. O, sənət
yollarında fədakarlıq göstərmiş, xalqın mədəniyyətinə həssas ürəklə
yanaşmışdır. Onun musiqi yaradıcılığı xalq musiqisinin zəngin ənənələri
üzərində qurulmuşdur. Başqa sənət dostları kimi Məşədi Cəmil də dərin
zövq, yüksək həvəs və böyük məhəbbətlə çalıb-oxuduğu muğam və el
mahnılarının gözəl səslənməsinə az əmək sərf etməmişdi…

   Məşədi Cəmil Əmirov XX əsr Azərbaycan musiqi mədəniyyətinin
görkəmli xadimləri içərisində mahir bir bəstəkar, qayğıkeş müəllim,
istedadlı müğənni və görkəmli tarzən kimi şərəfli yer tutur. O, mənalı
ömrünün 40 ilini milli incəsənətimizin tərəqqisinə həsr etmişdir. Onun
keçdiyi yol gərgin, ağır mübarizə, arası kəsilməz axtarışlarla dolu
olmuşdur. Bu yol həm də oxumaq, öyrənmək, klassik Şərq musiqisinin
ənənələrini mənimsəmək, yüksəlmək yolu idi. Müasir Azərbaycan ifa-
çıları və bəstəkarlar bu yola nəzər salsalar, şübhəsiz ki, çox şey öyrənə
bilərlər» (3, s. 233-234).

   Böyük bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azər-
baycan SSR EA müxbir üzvü, SSRİ və Respublika Dövlət mükafatları
laureatı Fikrət Əmirov 1975-ci ildə Ü.Hacıbəyovun anadan olmasının 90
illiyi münasibətilə xatirə yazmışdır. Bu xatirə ilk dəfə 1976-cı ildə
«Bəstəkarın xatirəsi» adlı kitabda çap olunmuşdur (1, 276).

   Fikrət Əmirov – «Biz hamımız Üzeyir məktəbindən çıxmışıq» (4, 81)
deyərək yazırdı: «Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq
musiqsinə münasibət məsələsidir. Bəstəkarın, demək olar ki, elə bir
yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun… Bəstəkarın
qəti qənaəti belə idi ki, musiqi folklorundan xalqın arzu və düşüncələrini,
həyata, dünyaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan
yaradıcılıqla faydalanmaq lazımdır» (4, s. 82).

   F.Əmirov kamera orkestri üçün «Üzeyir Hacıbəyova xatirə» əsərini də
dahi bəstəkara həsr etmişdir (5).

   Xalq yazıçısı Mirzə İbrahimov göstərirdi: «Bir bəstəkar kimi Fikrət
Əmirov Üzeyir Hacıbəyov məktəbinin övladı və davamçısıdır. Onun bir
çox mahnıları dillər əzbəridir, daima ürəklərdə səslənir, adamı yaşamağa,
yaratmağa ruhlandırır, yorğunluğu, ətaləti canından çıxarır, qəlblərdə
dərin, müqəddəs həyəcanlar, hisslər fırtınası qaldırır, onun «Sevil»i,
«Minbir gecə»si musiqi sərvətimizin unudulmaz əsərləridir» (6, s. 3).

   F.Əmirov xalq musiqisinə əsaslanaraq folklor xəzinəsindən, onun
intonasiya – ritm sistemindən, janr, obraz quruluşundan özünəməxsus
tərzdə böyük ustalıqla istifadə etmişdir (7, s. 14).

                                             38
   33   34   35   36   37   38   39   40   41   42   43