Page 43 - Konservatoriya 1.1
P. 43
mağı öyrətmişdir.
Cabbar 10 yaşında ikən şəhərdəki məktəbə daxil olur. Onun ilk müəl-
limi Şuşada «Saqəri» təxəllüsü ilə tanınan şair Zeynalabdının oğlu
Mirzəli olmuşdur. Mirzəli fars və türk dillərini mükəmməl bilən, hərtə-
rəfli biliyə malik musiqişünas idi. Mirzəli kiçik Cabbarın nadir səsə
malik olduğunu eşidib, ona musiqi elmini öyrədir. Cabbar 15 yaşına
qədər Mirzəlinin məktəbində oxumuş və öz müəllimindən musiqi elmini
və fars dilini öyrənmişdi.
16 altı yaşı yenicə tamam olmuş Cabbar öz müəllimi Mirzəli ilə
«Qurdlar» məhəlləsindəki toya qonaq gəlibmiş. Mirzəli toyun «padşahı»
şair Növrəs Ələsgərdən gənc Cabbarın oxumasına icazə verməyi xahiş
edir. O, tarzən Cavadbəyin müşayiəti ilə «Kürd-Şahnaz»ı oxuyur. Cabba-
rın zil və təravətli səsi nəinki dinləyiciləri, hətta musiqiçiləri belə məftun
edir. Onun bu müvəffəqiyyəti hamıdan çox qoca xanəndə Hacı Hüsünü
heyrətdə qoyur. Hacı Hüsü onun alnından öpüb, məclis əhlinə müraciətlə
deyir: «Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır».
Bu hadisədən sonra Cabbarın şöhrəti geniş yayılır. Onu şəhərdə olan
toylara dəvət edirlər. Gənc Cabbarın toylara dəvət olunmasını eşidən
Məşədi İsmayıl kişi çox narahat olur, çünki Məşədi İsmayıl öz oğluna
ancaq dini mərasimlərdə oxumağa icazə vermişdi. O, Cabbara toy
məclislərində oxumağı qəti qadağan edir. Bundan sonra Məşədi İsmayıl
Cabbarı özü ilə «Merdinli» məscidinə gətirər, orada ona mərsiyə
oxutdurarmış. C.Qaryağdı oğlu öz xatirələrində yazır ki, «Mən hələ çox
gənc ikən «Merdinli» məscidinə gəlib, Ala Palaz oğlu Molla Rza mərsiyə
oxuyanda onun üçün «Payi-minbər» oxumuşam».
Ala Palaz oğlu Molla Rza keçən əsrin məşhur sənətkarlarından biri
idi, İranda uzun illər xanəndəlik etmişdi. Gənc Cabbar «Payi-minbər»
oxumaqla, Ala Palaz oğlundan klassik Şərq muğamlarını düzgün ifa
etmək yollarını böyük maraqla öyrənirdi. Yenidən musiqi məclislərində
iştirak etmək üçün yol axtarır.
Gənc Cabbar atasına nə qədər yalvarır, xahiş edirsə də, bir nəticə hasil
olmur. Onun xanəndəlik sənətinə qayıtması barədə mərhum tarzən
Qurban Pirimov maraqlı bir hadisə nağıl edir:
«O dövrdə Cabbargilin qonşuluğunda Smirnov familiyalı bir həkim ya-
şayırdı. həkim Cabbarın xətrini çox istəyirdi. Cabbar yenidən xanəndəlik
etmək üçün ona kömək göstərməyi həkimdən xahiş edir. həkim ona kömək
edəcəyinə söz verir. Bu söhbətdən sonra Cabbar həkimin tapşırığı ilə özünü
xəstəliyə vurur. Onun bir balaca naxoşluğu da var imiş; yemir, içmir,
gündən-günə sınıxır, geri gedir. Atası Cabbarı həmin həkimin yanına aparır.
Smirnov Cabbarı bir qədər müalicə etdikdən sonra Məşədi İsmayıla
deyir: «Sənin oğlun vərəm xəstəliyinə tutulmuşdur. Bu qorxulu bir
43