Page 45 - Konservatoriya 1.1
P. 45

bir hadisə baş verdi. «Kaspi» qəzeti bu hadisə haqqında belə məlumat
vermişdi: Yanvarın 11-də cümə günü Hacı Zeynalabdın Tağıyevin teat-
rında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdı
oğlu Cabbarın, bakılı Seyidin, Şəkili Ələsgərin bə Keçəçi oğlu
Məhəmmədin iştirakı ilə Bakıda birinci «Şərq konserti» olacaqdır.

   Konsertin birinci hissəsində o zaman bütün Qafqazda bir xanəndə ki-
mi məşhur olan Cabbar Qaryağdı oğlu «Mahur» oxuyur. O dövrün qəzet-
lərində Cabbarın musiqi qabiliyyətindən, zəngin və məlahətli səsindən,
xanəndəlikdə özünəməxsus orijinal yaradıcılığından bəhs edən rəylər
dərc edilmişdi.

   Bu hadisədən sonra tamaşaçıların tələbi ilə Bakıda, yenə də Hacı
Zeynalabdın Tağıyev teatrının binasında (1902-ci il yanvarın 23-də)
Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi altında ikinci «Şərq konserti»
verilir. İkinci «Şərq konserti»ndə Cabbar Qaryağdı oğlu «Heyratı»
oxumaqla dinləyiciləri valeh etmişdi. Dövri mətbuat ikinci «Şərq
konserti» haqqında da tərifedici məqalələr dərc etmişdi.

   Cabbar Qaryağdı oğlu 1900-1905-ci illərdə tarzən Mirzə Fərəc və
kamançaçı Qulu ilə birlikdə beş il Bakının musiqi oçaqlarında çıxış
etmişdir. Demək olar ki, o dövrdə bütün Abşeronda heç bir məclis, heç
bir toy, heç bir ziyafət Cabbarsız keçməmişdir.

   Lakin Cabbar öz şəxsi mənafeyini güdən, özünü başqalarından üstün
tutan sənətkar olmamışdır. Qocaman xanəndə İslam Abdullayev deyirdi:
«Bəzən elə hallar olurdu ki, Cabbarı bir gündə 3-4 toya və yaxud məclisə
dəvət edirdilər. Belə hallarda Cabbar məclis sahiblərinə özünün xanəndə
yoldaşlarını məsləhət görərdi. Cabbar istəməzdi ki, bir kəs ondan incisin. Elə
hallar olurdu ki, bu gözəl insan və böyük sənətkar bir gecədə bir neçə
məclisi gəzib, hər məclisdə bir dəstgah oxumaqla xeyir iş sahiblərinin
könlünü alardı.

   Cabbar Qaryağdı oğlu sözün əsl mənasında ustad sənətkar idi. O,
bütün ömrü boyu doğma xalqının incəsənətinin inkişafına çalışmışdır.
Cabbar Bakıda təkcə toy və ziyafətlərdə çıxış etməklə kifayətlənməmiş,
Mayılovun və Tağıyevin teatrları onu dəfələrlə öz səhnəsinə dəvət
etmişdi. Cabbarın tamaşaların fasilələrində dinləyicilər qarşısında çıxış
etməsi onun pərəstişkarlarının sayca artmasına səbəb olardı. Bunu nəzərə
alan teatr sahibləri Cabbarın çıxışını afişalarda, o dövrün qəzetlərində
xüsusi olaraq elan edirdilər.

   Cabbar Şuşaya gələrkən bütün şəhər əhli «Çanaxqala»dan tutmuş
«Meydana» qədər onun qabağına çıxar və onu alqışlayardı.

                                           ***

   1905-ci il burjua-demokratik inqilabının dalğaları Şərq xalqlarını, o

                                             45
   40   41   42   43   44   45   46   47   48   49   50