Page 44 - Konservatoriya 1.1
P. 44

şeydir. Əgər sən onu oxumağa qoymasan, xəstəlik şiddətlənər və oğlunu
tez məhv edər». Həkimin bu sözünü eşidən Məşədi İsmayıl çox qorxmuş
və həmin gündən oğlunun oxumasına icazə vermişdir».

   Bu hadisədən sonra Cabbar çoxdan arzu etdiyi xanəndəlik sənətinə
qayıdır. O, yenə də məclislərin bəzəyi olur. Cabbar şəhər məktəbini bitir-
dikdən sonra məşhur xanəndə Yusif Şahsənəm oğlunun tələbəsi olur.
Gənc xanəndə müəllimi Yusifdən bir neçə muğam dəstgahını, o cümlə-
dən «Heyratı», «Rahab», «Bayatı-Qacar» və bir sıra qədim Azərbaycan
təsnif və el mahnılarını mükəmməl öyrənir.

   Cabbar Qaryağdı oğlu Sadıqcan ilə ilk dəfə Şuşada «Xandəmirovun
teatr salonu»nda təşkil olunmuş «Xeyriyyə gecəsində» çıxış etmişdir.
Həmin gecə çıxış edənlər arasında Hacı Hüsü və Keştazlı Həşim də
vardı. Sadıqcanın müşayiəti ilə Hacı Hüsü «Çahargah», Keştazlı Həşim
«Bayatı-Qacar», Cabbar isə «Heyratı» oxuyur. Salondakılar istedadlı
xanəndələri, xüsusən gənc Cabbarı hərarətlə alqışlayırlar.

   Cabbar Qaryağdı oğlu 20 yaşına qədər Sadıqcanla peşəkar xanəndə
kimi ancaq Qarabağın məclis və toy şənliklərində iştirak etmişdir.

   Cabbar Qaryağdı oğlunun Gəncə, Qarabağ, Şirvan və Bakı toyların-
dakı çıxışı, onu tez bir zamanda bütün Azərbaycanda məşhur edir. Çox
keçmədən Cabbar Gürcüstanda, Ermənistanda, Orta Asiyada, hətta
İranda belə tanınmış sənətkar olur.

   Qaryağdı oğlu öz dəstəsi ilə İrəvan şəhərinə gəlir. Üç həftə
gecəbəgündüz toy məclislərində olur. Oradan isə Tiflisə dəvət olunur.
Tiflisin gözəlliyi Cabbarı valeh edir. O, «Tiflisin yolları» adlı mahnısını
da bu şəhərə ithaf etmişdi.

   Azərbaycanda ilk «Şərq konserti» 1901-ci ilin yayında dramaturq
Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi altında Şuşada «Xandəmirovun
teatr salonu»nda təşkil edilmişdi.

   Konsertdə Cabbar Qaryağdı oğlu böyük ifaçılıq qabiliyyəti göstərib,
Azərbaycan şairlərindən Füzulinin, Qasım bəy Zakirin, Seyid Əzim
Şirvaninin və Xurşidbanu Natəvanın qəzəllərini ilham və məhəbbətlə
oxumuşdur. Cabbarın doğma ana dilində qəzəl oxuması muğamatın geniş
kütlələr içərisində yayılmasına xeyli kömək etmişdir.

   İstedadlı xanəndə həmişə məclis əhlinin zövqünü nəzərə alıb
oxumuşdur. Cabbar özünə qarşı tələbkarlıqla yanaşar, doğma ədəbiyyatı,
şeir və sənəti dərindən öyrənməyə çalışarmış.

   XX əsrin əvvəllərində Bakıda kapitalizmin inkişafı ilə əlaqədar şəhər
böyüyür və tərəqqi edirdi. Belə bir zamanda buraya Gəncədən, Şəkidən,
Şamaxı və Şuşadan bir çox sənətkarlar, o cümlədən yazıçı və musiqiçilər
böyük ümidlə gəlirdilər. Onlardan biri də Cabbar Qaryağdı oğlu idi.

   1902-ci ilin yanvarında Bakının musiqi həyatında əlamətdar mədəni

                                             44
   39   40   41   42   43   44   45   46   47   48   49