Page 47 - Konservatoriya 1.1
P. 47

oğlu hər bir muğamın spesifik xüsusiyyətini və müxtəlif hissələrini
məharətlə oxuyar və bu hissələrdən bir-birinə keçmək üçün təsniflərdən
böyük ustalıqla istifadə edərdi.

   İslam Abdullayev xatirələrinin birində qeyd edir ki, Çabbar kimi
«Mənsuriyyə» oxuyan ikinci bir xanəndə görməmişəm.

   Cabbar Qaryağdı oğlu həmişə dərin məzmunlu lirik qəzəllər oxuyardı.
Cabbar təkcə Azərbaycan dilində deyil, həm də Hafizin, Sədinin,
Füzulinin fars dilində yazdıqları qəzəlləri böyük məharətlə, şirin bir
ahənglə oxuyardı. Cabbar Qaryağdı oğlu hər muğama uyğun qəzəl
axtarıb seçər, xanəndəlik sənətinə böyük qayğı və həssaslıqla yanaşardı.

   1916-cı ildə «Piron» qardaşları neft şirkətinin pulu ilə İbrahimbəy
Musabəyovun «Neft və milyonlar səltənəti» romanı əsasında Bakıda ilk
bədii Azərbaycan kinofilmi çəkmişdi. Filmdə baş rolda məşhur
Azərbaycan artisti Hüseyn Ərəblinski oynamışdı. Kino şirkətinin
sahibləri Cabbar Qaryağdı oğlunu görkəmli bir xanəndə kimi filmdə
çəkilmək üçün dəvət etmişdilər. Filmdə Cabbar Qaryağdı oğlu oxumuş,
həm də sazəndələrin xoruna rəhbərlik etmişdir. Bu film Zaqafqaziyanın
kinoteatrlarında böyük müvəffəqiyyət qazanmışdır.

                                         ***

   Cabbar Qaryağdı oğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk
təşkilatçılarından biri olmuşdur. O, klassik musiqidən dərs deyərək, var
qüvvəsini yeni musiqi kadrları, xüsusilə gənc xanəndələr yetişdirmək
işinə həsr etmişdir.

   Cabbar Qaryağdı oğlu Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında və Radio Verilişləri İdarəsində uzun müddət solistlik
etmiş, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasının Elmi-
tədqiqat Kabinəsinin məsləhətçisi olmuşdur. Yarım əsrdən artıq bir
dövrdə topladığı 270-dən artıq xalq mahnısını və musiqi parçalarını
həmin tədqiqat kabinəsinə verərək, Azərbaycan xalq musiqisi fondunu
zənginləşdirmişdir. Onun 30-dan artıq mahnısı görkəmli bəstəkarlarımız
Üzeyir Hacıbəyli və Müslüm Maqomayev tərəfindən nota salınmışdır.

   Cabbar Qaryağdı oğlu opera və operetta yazan bəstəkarlarımıza
yaxından kömək edərdi.

   Məsələn, məşhur sovet bəstəkarı R.M.Qlier «Şahsənəm» operasında
istifadə etdiyi böyük Firdovsinin min illik yubileyi münasibəti ilə
C.Qaryağdı oğlunun tərtib etdiyi altı klassik musiqi parçası nota salınaraq
çap edilmişdir.

   Cabbar Qaryağdı oğlu xalq musiqisinin ən gözəl nümunələri olan
təsnif və mahnıların toplanmasına xüsusi həssaslıqla yanaşmışdır. O,

                                             47
   42   43   44   45   46   47   48   49   50   51   52