Page 40 - Konservatoriya 1.1
P. 40

musiqiçi-improvizatorların təcrübə və irsini öyrənməyə çağırırdı (3, s. 6).
   Fikrət Əmirov «Musiqi tərbiyə vasitəsidir» adlı məqaləsində belə bir

məsələyə diqqəti cəlb edirdi ki: «Musiqini sevməyən adam tapılmaz. …
Musiqi yalnız əyləndirmir. O, xəyalları coşduran, fikirlərə qanad verən
ən yüksək duyğularla insanın qəlbini fəth edir. Görkəmli sənətkarlar
həmişə öz əsərlərində bəşəri hissləri, dövrün, həyatın mühüm və ciddi
məsələlərinə cavab verən böyük ideyaları tərənnüm etmişlər.

   Məhz uşaqları, yeniyetmələri və gəncləri elə tərbiyə etmək lazımdır
ki, musiqi onların həyatından ayrı olmasın: həyata, mübarizəyə səsləsin,
çətin anlarda bir kömək vasitəsinə çevrilsin. Bir sözlə, bizim yeni nəsli
yüksək zövqlü, nəcib ruhlu adamlar kimi yetişdirməkdə musiqinin
müstəsna rolundan geniş istifadə etmək lazımdır» (6, s. 32-33).

   Nəğmə dərslərində musiqi aləti olmalıdır. Çalğısız keçən nəğmə dərsi
quru və cansızdır. Aydın məsələdir ki, musiqi ilə müşayiət olunmayan bir
dərsin keyfiyyəti də ola bilməz. Təsəvvür edin ki, gözəl bir xanəndə nə
qədər yaxşı oxuyursa oxusun, pianosuz və ya tarsız çıxış etsə yüksək
effekt verə bilməz. Əlbəttə, hələlik bütün məktəbləri piano ilə təmin
etmək mümkün deyildir…Piano əldə edə bilməyən bir çox məktəblərdə
isə tar, kamança, qarmon, skripka, klarnet və sair bu kimi çalğı
alətlərindən hökmən istifadə edilməlidir (6, s. 35).

   «Unutmaq olmaz ki, şagirdlərin estetik tərbiyəsinin inkişafında özfəa-
liyyət dərnəklərinin rolu çox böyükdür. Məktəblərimizdə tar, kamança
dərnəkləri yaradılsa… Azərbaycan xalq musiqi və xalq muğam ilə
şagirdlər yaxından tanış ola bilərlər» (6, s. 37).

   «Uşaqlar və gənclər bizim gələcəyimiz, ümidimizdir. Sabahın böyük
bəstəkarı və müsiqişünası onların arasından çıxacaqdır. Ona görə də
şagirdlərə çox yüksək tələblə yanaşmaq, onları xarici ölkələrin bəzi
bayağı və şit musiqisindən uzaqlaşdırmaq, böyük ideyalar və fikirlər
aşılayan sovet musiqisinin incəliklərini öyrətmək, hərtərəfli inkşaf etmiş
çox mədəni adamlar yetişdirmək – estetik fərdiyədə ən ümdə məsələ-
lərdir. Mən bütün gənclərimizi musiqini dərindən bilən, çalğı alətlərinin
birində çalmağı bacaran, yaxşı ifaçını başqasından ayıran, musiqi
janrlarını bir-birindən fərqləndirən, ümumiyyətlə musiqi əsərlərinə
həssasllıqla yanaşan şəxslər kimi görmək istəyirəm» (6, s. 40).

   O daha sonra göstərirdi ki, musiqi folklorumuzu toplamaq, nəşr etdir-
mək, onlardakı sadəliyin, güclü emosiyanın sirlərini öyrənmək böyüklü-
kiçikli hamımızın əsas vəzifəmiz olmalıdır. Bu misilsiz xəzinəyə xor
baxanlar heç vaxt sevilməmişlər. Novator olmaq o demək deyildir ki,
milli musiqiyə arxa çevirəsən. Əsl yenilikçi o bəstəkardır ki, öz xalqının
musiqi folklorunu mütləq gözəl bilmək, ürəkdən sevmək, ondan fayda-
lanmaqla yanaşı, qardaş xalqların, habelə dünya xalqlarının da yaratdığı
ən yaxşı musiqi əsərlərini öyrənir, yeri gələndə onlardan yaradıcılıqla

                                             40
   35   36   37   38   39   40   41   42   43   44   45