Page 23 - Konservatoriya 1.1
P. 23

Sonrakı mərhələlərdə ayrı-ayrı adlarla bir sıra ölkələrdə müxtəlif ka-
manlı alətlər icad olunub. Azərbaycanda kamanlı alətlərin VII-VIII əsr-
lərdən yayıldığı ehtimal edilir. Azərbaycan ərazisində müxtəlif dövrlərdə
istifadə edilən kamanlı alətlər bunlardır: çalğı alətlərindən ibarət şəxsi
kolleksiyamızda qorunan qabaq kamanə, kamanlı (yaylı) rübab, çaqa-
naq, bəm çaqanaq (3, s. 34-41); əhsən vəlləz, ğicək, yektay (bu alətlə-
rin adına Ə.Marağalının risalələrində rast gəlirik); əsa kamança (bu aləti
usta Habil Şahinoğlu dünya şöhrətli kamança ifaçısı Habil Əliyev üçün
məxsusi hazırlamışdır); yaylı tənbur; qıl qopuz; çəğanə (bu aləti əmək-
dar artist, sənətşünaslıq doktoru, BMA-nın professoru Məcnun Kərimov
1978-ci ildə bərpa edib); bəm kamança (xalq artisti, professor Səyavuş
Kəriminin layihəsi əsasında 2004-cü ildə hazırlanıb); beĢ telli kamança;
ney-kaman (əməkdar artist Munis Şərifovun layihəsi əsasında 2006-cı
ildə Pənah Qurbanov hazırlayıb); neykamança (Qasım Qasımov hazırla-
yıb, alət Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur); pandur; ĢeĢ-
kaman (Qasım Qasımov, eləcə də Mahmud Səlah bu alətin fərqli varian-
tını müxtəlif illərdə hazırlayıblar).

   Yuxarıda adı çəkilən alətlərdən yaylı rübab, çaqanaq, bəm çaqanaq,
əsa kamança, yektay və yaylı rübabı şuşalı usta, el sənətkarı Habil Şahin-
oğlu 2005-ci ildə hazırlamışdır.

   Bəzi müəlliflər yanlış olaraq kamançaya IV teli ilk dəfə guya XX əs-
rin əvvəllərində Saşa Oqanezaşvilinin əlavə etdiyini yazırlar. 1683-1684-
cü illərdə Azərbaycanda olan alman səyyahı Engelbert Kempfer (1651-
1716) yol qeydlərində bu ərazidə 4, hətta 5 telli kamanlı alətlərə rast gəl-
diyini qeyd edir (4, s. 740-745 ). Deməli, hələ XVII əsrin sonlarında
Azərbaycanda beş telli kamanlı alətdən istifadə edilib. Sonralar dörd telli
kamançalara üstünlük verilib. Ötən əsrin sonlarında Quba musiqi məktə-
binin müəllimi Nadir Cəfərov (5), Abdulla Abdullayev (6, s. 39), Qasım
Qasımov da bir sıra fərqli beş simli kamançalar hazırlayıblar. Q.Qasımo-
vun “beş telli” aləti Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur.

   Etimologiyası. Yazılı ədəbiyyatımızın şah əsəri olan “Kitabi Dədə
Qorqud” dastanından bəllidir ki, körpələr dünyaya gələrkən, onlara təsa-
düfi, düşünülməmiş adlar qoymazdılar. Körpələr şəxsiyyət kimi forma-
laşandan sonra əlamət, xasiyyət, görkəm və başqa xüsusiyyətlərini nəzərə
alan Dədə Qorqud onlara ad verib deyirdi: “Adını bən verdüm, yaşını
Allah versün!” (7, s. 67). Və yaxud, dastanın başqa bir boyunda: “Bir bu-
ğa öldürmüş sənin oğlun, adı Buğac olsun. Adını bən verdüm, yaşını Al-
lah versün” – ifadələrinə rast gəlirik (7, s. 39). Göründüyü kimi, Dədə
Qorqud buğanı məğlub etdiyinə görə, həmin şəxsə Buğac adını vermiş-

dir.
   Dilçilikdə motivə uyğun söz yaradıcılığı kimi dəyərləndirilən bu üsul-

                                             23
   18   19   20   21   22   23   24   25   26   27   28