Page 25 - Konservatoriya 1.1
P. 25

Orta əsrlərdə yaşayıb-yaratmış bir sıra klassiklərimizin əsərlərindən
kamança ilə bağlı bəzi nümunələri təqdim edirik.

   Nizami Gəncəvi:
                   Etsəydi səsini kamançaya tuş,
                   Vurulub düşərdi göydən uçan quş (9, s. 183).

   Fədai Təbrizi:
                   Quruldu məclisi-mey, badə gəldi,
                   Müğənnilər o dəm amadə gəldi.
                   Ucaldı asimanə “ġurü Ģəhnaz”,
                   Sədayi-ud etdi ərşə pərvaz,
                   Kəmanın tellərindən qopdu nalə,
                   Dili “ÜĢĢaq”ə açdı yolu şəlalə (10, s. 18).

   Rüknəddin Məsud Məsihi:
                   Ol qövsi-kəmançanın səhami,
                   Ol bərbətü təblü ney nizami.
                   Həqqa qəmu jəhlidür jəlafət,
                   Sazəndəyə dəviyi-şücaət.
                   Tənburəvü udü cəngü mizmar,
                   Qovğa günü udədür səzavar.
                   Ta sınmaya saxla əldə sazın,
                   Sındurma təharəti-nəmazın.
                   Dur bir dəxi cəngə urgilən çəng,
                   Əvvəlki məqamə düzgil ahəng.
                   Yoxsa verəm eylə guşimalın,
                   Bağrın dələ çəng görsə halın.
                   Yüzə dağudub kəmançə saçin,
                   Göstərmiyə xəlqə şəkli-xaçin (11, s. 73).

   Dahi musiqişünas alim Kamaləddin Əbdülqadir bin Qeybi əl-Hafiz
Marağalı (1353-1435) kamançanın quruluşu, hazırlanmasında istifadə
edilən materiallar haqqında risalələrində məlumat verir (12, s. 106). Elə-
cə də XVI əsr Təbriz rəssamlıq məktəbinin görkəmli nümayəndələri Sol-
tan Məhəmməd, Ağa Mirək, Mirseyid Əli də miniatürlərində kamançanı
təsvir ediblər (13).

   Tədrisi. 1922-ci ildən Azərbaycanın bir sıra şəhərlərində uşaq musiqi
məktəbləri fəaliyyətə başlayıb. Bu məktəblərdə, musiqi texnikumlarında və
ali təhsil ocaqlarında digər çalğı alətləri ilə yanaşı kamança da tədris edilir.

   S.Abdullayevanın verdiyi məlumata görə, 1871-1890-cı illərdə ka-
mançanın I və II telləri müvafiq olaraq tarın ağ və sarı tellərinə uyğun
köklənirdi. Buna görə də o zəif, boğuq səslənirdi. 1898-ci ildə tərsinə,
yəni kamançanın I teli tarın sarı (II) telinə, II teli isə ağ (I telə) uyğun
kökləndi. 1933-cü ildə isə kamança üçün skripka kökü – “mi”, “lya”,

                                             25
   20   21   22   23   24   25   26   27   28   29   30