Page 26 - Konservatoriya 1.1
P. 26
“re”, “sol” qəbul edildi. 1934-cü ilin əvvəllərində kamançanın kökü indi-
ki quruluşunu aldı: “mi”, “lya”, “mi”, “lya” (8, s. 414).
Diapazonu. Kamança mükəmməl alətdir. Onun işlək diapazonu kiçik
oktavanın “lya” səsindən III oktavanın “mi” səsinə qədərdir. Lakin III ok-
tavanın “fa”, “sol”, “lya” səslərini də ifa etmək mümkündür. Alətin notu ka-
man (sol) açarında yazılır. Kamança transpozisiyalı alətdir, in D, yəni “re”
köklüdür. Bu səbəbdən kamança yazıldığından bir ton zil səslənir.
TanınmıĢ ifaçıları. Azərbaycanda kamançanın müxtəlif dövrlərdə ya-
şamış bir sıra virtuoz ifaçıları olmuşdur. Azərbaycanın dahi şairi Məhsəti
Gəncəvi (XI əsrin sonu-XII əsrin I yarısı) çəng və rübabla yanaşı, həm də
mahir kamança ifaçısı olmuşdur. Bununla bağlı akademik Teymur Bünya-
dov (1, s. 10) “Əsrlərdən gələn səslər” əsərində Məmməd Səid Ordubadiyə
(14, s. 130) istinadən maraqlı məlumat verir: “Gəncənin ətraf məhəllələrin-
dən biri olan Xərabatda yaşayan Məhsətinin kamançasının məhzun telləri
xalqın qəmli-kədərli səslərilə həmahəng döyünmüşdür”.
Bəzi ifaçılarımız müəyyən səbəbdən xaricdə, yəni bir sıra Şərq ölkələ-
rində fəaliyyət göstərmişlər. Onlardan bəziləri zorla, müharibələr zamanı
əsir götürülərək qalib tərəfin ərazisində, saraylarında işləmək zorunda,
məcburiyyətində qalmışlar. Sənətşünaslıq namizədi, dosent Sürəyyə Ağa-
yeva bu barədə yazır: “Bu cür misallara tarixdə dəfələrlə təsadüf olun-
muşdur. XIV əsrin ikinci yarısında Əmir Teymurun (1336-1405) Azər-
baycana işğalçı yürüşləri buna parlaq misallardan biridir. Səmərqənd şə-
hərini “dünyanın paytaxtına” çevirmək istəyən bu hökmdar zorla ən yaxşı
memarları, inşaatçıları, sənətkarları, rəssamları və digər incəsənət xadim-
lərini yaratdığı imperiyanın ərazisinə, xüsusilə Səmərqəndə aparmışdı”
(15, s. 93). S.Ağayeva həmçinin Osmanlı sultanı Yavuz Səlimin qoşunla-
rı (1512-1520) Çaldıran döyüşündə (23 avqust 1514-cü il) Səfəvi şahı I
İsmayılın (1501-1524) ordusu üzərindəki qələbəsindən sonra da Təbriz-
dən xeyli rəssam, memar, musiqiçi, incəsənət xadimi əsir götürərək Ana-
doluya apardıqlarını qeyd edir. S.Ağayeva məqaləsində əsirlərin arasında
kamançaçılar ġahqulu və onun oğlu Heydərin adlarını xüsusi ilə qeyd
edir. Onlar Osmanlı sarayının «Əndərun» qisminə – sultanın “cəmaəte-
mütriban” adlanan saray musiqiçiləri orkestrində yüksək maaşla: Şahqulu
– 25, Heydər – 18 ağca, yəni gümüş sikkə ilə təmin olunmuşdu. Şahqulu
həm də bəstəkar kimi fəaliyyət göstərirdi.
Dərviş Əli Cəngi XVII əsrin məşhur xanəndə və cəng çalanı olmuş-
dur. Milliyyətcə tacik olan Dərviş Əli tanınmış musiqişünas və ustad
cəngçalan olduğundan ona Cəngi təxəllüsünü vermişdilər. Orta əsrlərdə
“xalq artisti”, “əməkdar artist”, “əməkdar incəsənət xadimi”, “əməkdar
mədəniyyət işçisi” və s. kimi fəxri adlar, titullar olmamışdır. O dövrlərdə
bir-iki ustad sənətkara çaldığı alətin adı ləqəb kimi verilərdi. Bu da hər
26