Page 27 - Konservatoriya 1.1
P. 27

sənətkara nəsib olmurdu.
   Məsələn, XVI əsrin ən güclü neyçalanlarından biri Qütbəddin Nayi

olub (16, s. 54-57). Onun yaşadığı dövrdə, Orta əsrlərdə virtuoz sənətkar-
ların adına çaldığı alətin adı ləqəb (ayama) kimi qoşulardı: Həbib Udi
(ud çalan), Əsəd Sornai, Ustad ġah Məhəmməd Sornai (surna çalan-
lar), Mövlana Qasım Qanuni (qanun çalan), Sultan Məhəmməd Cəngi
(cəng çalan), Mirzə Məhəmməd Kamançayi (kamança çalan) və başqa-
ları. Bu sənətkarlar haqqında Dərviş Əli Cənginin müasiri olmuş, Azər-
baycanın tanınmış tarixçi-şairi İskəndər Münşi (1560-1629) “Tarixi alam
arayi-Abbasi” (tərcüməsi “Dünyanı bəzəyən Abbasın tarixi”) adlı əsərin-
də geniş məlumat vermişdir. Burada Mirzə Məhəmməd Kamançayi II
Şah İsmayılın xüsusi kamançaçısı olduğu bildirilir. Həmin mənbədə XVI
əsrdə yaşamış digər tanınmış kamança çalan Məsudun da adı qeyd edilir

(17, s. 171).
   MəĢədi Məlikməmməd Ağasalah oğlu (1838-1909) tarzən kimi ta-

nınsa da, kamança, tütək və qarmon alətlərini də eyni məharətlə çalırmış.
   XVIII əsrdə yaşamış kamança ifaçısı Qaraçı Hacıbəy haqqında tanın-

mış musiqi tədqiqatçısı Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri”
əsərində məlumat verir (18, s. 43).

   XIX əsrin II yarısı, XX əsrin əvvəllərində yaşamış – MəĢədi Qulu
Əlizadə, Mirzə bəy, Rasim ġirinov, ġuĢalı BöyükkiĢi Əliyev, MəĢədi
Cəmil Kərbalayi Aslan oğlu Əmirov (1875-1928, Məşədi Cəmil çoxşa-
xəli sənətkar olmuş, əsasən tar çalıb, həm də xanəndəlik edib. Həmçinin
qarmon, skripka, fortepiano, ud və qanunla bərabər gözəl kamança da ça-
lırmış), Azay Hacıoğlu, Cənubi Azərbaycan sənətkarlarından Ərdəbilli
Mirzə Səttar, Tehranlı Bağırxan dövrlərinin tanınmış kamança ifaçılrı
olmuşlar.

   Yaxın keçmişdə yaşayıb-yaratmış Ġsmayıl TalıĢinski, Hafiz Mirzəli-
yev, Fərhad DadaĢov, Qılman Salahov (1907-1983), Firuz Əlizadə
(1923-1987, Cabbar Qaryağdıoğlunun kürəkəni olub), Mütəllim Novru-
zov (1926-1994), Tələt Bakıxanov (1927-2000), Elman Bədəlov (1929-
1991), ƏliguĢad Məmmədov (1938-2005), Abdulla Abdullayev (1942-
2007), Hacı Ədalət Vəzirov (1951-2002) kimi ifaçıların kamançanın in-
kişafında böyük xidmətləri olmuşdur.

   Müasirimiz ustad sənətkar, “Şöhrət” və “İstiqlal” ordenli, xalq artisti
Habil Kamanın kamançanın dünya miqyasında təbliğindəki xidmətləri öl-
çüyə gəlməzdir.

   Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov, İsmayıl Həmidov, Munis Şəri-
fov, Elşən Mansurov, Arzu Səlimova, Fəridə Məlikova və başqa ifaçı-
ların da kamançanın tədrisində, sevilməsində xidmətləri əvəzolunmazdır.

   Maraqlıdır ki, bir sıra tanınmış xanəndə və tarzənlər həm də gözəl ka-

                                             27
   22   23   24   25   26   27   28   29   30   31   32