Page 22 - Konservatoriya 1.1
P. 22

АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
                               «КОНСЕРВАТОРИЙА» № 1, 2011
                                       ___________________

                     Алятшцнаслыг  Органология

                                                       Abbasqulu NƏCƏFZADƏ,
                                                    sənətşünaslıq namizədi, dosent

 KAMANÇA VƏ AZƏRBAYCANDA MÜXTƏLĠF DÖVRLƏRDƏ
            ĠSTIFADƏ EDĠLƏN DĠGƏR YAYLI ALƏTLƏR

   Açar sözlər: kamança, yaylı-telli çalğı alətləri, miniatür tablolar,
ədəbi mənbələr.

   Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir sıra çalğı alətləri-
nin böyük rolu və əhəmiyyəti olmuşdur. Belə alətlərin sırasında kaman-
çanın özünəməxsus yeri vardır. Təqdim edilən məqalədə kamançanın ya-
ranma tarixi, etimologiyası, morfologiyası haqqında məlumat verməklə
yanaşı, bu aləti ədəbi və miniatür rəsm əsərlərində də izləyəcəyik.

     Yaranma tarixi. Hər alətin öz səsi, öz dünyası var. Belə çalğı alət-
lərimizdən biri də kamançadır. Kamança yayla (kamanla) çalınan telli
alətdir.

   Telli alətlərin yaranması ilə bağlı bir rəvayətdə deyilir: Guya, yırtıcı
quş (qartal, şahin, leylək və s.) ovladığı heyvanı caynaqları arasında tutub
uçarkən şikarının bağırsaqları uca ağacların budaqlarına ilişir. Bir müddət
keçdikdən sonra qurumuş bağırsaqlar tarım çəkilir. Külək əsdikcə bağır-
saqlar ehtizaza gəlir və səslənmə alınır. Meşədə gəzən ibtidai insanlar bu
mənzərəni seyr edir və bağırsaqdan tel kimi istifadə edərək çəng tipli, ar-
fayabənzər alətlər hazırlamışlar (1, s. 181). Daha sonralar mizrablı və ka-
manlı (yaylı) telli musiqi alətləri meydana çıxmışdır.

   Telli alətlərin yaranma tarixini müəyyənləşdirməkdən ötrü ilk növbə-
də kaman və oxun kəşfi, onlardan istifadə olunması dövrünün araşdırıl-
ması tələb olunur.

   Telli alətlərin meydana çıxması kaman və oxun kəşf olunması dövrü-
nə təsadüf edir. İlk tək telli, kamanlı alət icad edildikdən sonra, bu alət
zaman-zaman əsrlərin süzgəcindən keçərək dövrümüzə gəlib çıxmış, mü-
asir kamança formasını almışdır.

   Kamanlı alətlərin vətəni Qədim Misir sayılır (2, s. 52). Eramızdan
əvvəl təxminən IV-III əsrlərdə yayla (kamanla) səsləndirilən ilk alət –
rübab yaradılmışdır. Xatırladaq ki, rübabın mizrabla çalınan fərqli növü
də var və bu alətin yaranma tarixi daha qədimdir.

                                             22
   17   18   19   20   21   22   23   24   25   26   27