Page 19 - Konservatoriya 1.1
P. 19

bunu vurğulamaqdan, faktlarla sübut etməkdən usanmamalıyıq. Həm
ifaçıların, həm də musiqi tarixçi və nəzəriyyəçilərimizin bu sahədə
atdıqları hər bir addım balabanın “xilas”ı üçün zəruridir. Ermənilərin
“Duduk” adlandırdıqları Azərbaycan balabanı bu gün çox təəssüflər
olsun, xarici muzeylərdə erməni aləti kimi qoyulmuşdur.

   Balaban alətində instrumental pyeslərin ifası da gözəl səslənir. Bəs-
təkarlarımız bu alət üçün yeni, orijinal əsərlər yazırlar. İlk dəfə olaraq,
bəstəkar Süleyman Ələsgərov “Xəyala dalarkən” adlı pyesini məxsusi
olaraq balaban və xalq çalğı alətləri orkestri üçün yazaraq, onun bədii -
texniki imkanlarını üzə çıxarmışdır. Balabanın fərdi ifaçılıq xüsusiyyət-
lərinə böyük diqqət yetirərək Azərbaycan bəstəkarları orkestr üçün
yazdıqları əsərlərdə balabanın solo imkanlarından məharətlə istifadə
ediblər. Ü.Hacıbəylinin "İkinci fantaziya", M.Maqomayevin "Azərbaycan
çöllərində", H.Xanməmmədovun "Simfonietta"sı, X.Cəfərovun “Rəqs
süitası” və s. əsərlərdə balabanın solosuna geniş yer verilib. Balaban aləti-
nin repertuarında eyni zamanda Azərbaycan və xarici bəstəkarların əsər-
lərindən ibarət işləmələr də yer almışdır. Məsələn, F.Şubertin "Serenada",
A.K.Küinin "Oriyental", P.Çaykovskinin "Payız nəğməsi", Ü.Hacıbəylinin
"Sevgili canan", "Sənsiz", F.Əmirovun "Gözəlim sənsən", S.Rüstəmovun
"Sərhədçilər marşı", "Sənindir" və s. əsərləri göstərmək olar.

   Balaban aşıq yaradıcılığında da mühüm yer tutur. Azərbaycanda aşıqlar
bir və ya iki balabançalandan ibarət ansambl təşkil edirlər. Hətta dahi Üzeyir
Hacıbəylinin məqaləsində bu haqda oxuyuruq: “Aşıq dəstəsi dəxi əksərən üç
nəfərdən olub, bunlardan biri həm oxuyar, həm də saz çalar, iki yerdə qalanı
isə aləti-nəğmədən olan balaban çalar, balabançının ikincisinə “zü” tutan və
yaxud “dəmkeş” deyirlər ki, bunun vəzifəsi hava çalmaq olmayıb, yalnız bir
sədanı uzatmaqdan ibarətdir. Balaban çalanlar tütək və zurna dəxi çalarlar;
bu halda bunların xanəndəsi dəf (təbil) çalmalıdır” (1, s. 186).

   Bu gün balaban aləti orkestrdə özünə mühüm yer tutur. Solo və
müşayiətçi alət kimi rol oynayır. Amma bu, hələ də kifayət deyil.

   Balabanın məlahətli və həzin səsini bütün dünyada tanıtmaq vacibdir.
Onu da qeyd edək ki, bu sahədə Azərbaycan Milli Konservatoriyasının
rolu müstəsnadır. Bu təhsil ocağının rektoru, professor Səyavuş Kəri-
minin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Milli Konservatori-
yası yarandığı gündən etibarən milli nəfəs alətlərinin tədrisi fəaliyyətə
başlamış və bu da öz müsbət nəticəsini göstərməkdədir. Artıq neçə illər-
dir balaban və başqa milli nəfəs alətləri sinfi üzrə məzunlar Milli Konser-
vatoriyanın adını ucaldırlar. Bu, fəxr ediləsi faktdır ki, balaban və eyni
zamanda başqa milli nəfəs alətləri ali məktəb səviyyəsində tədris proqra-
mına daxil edilmişdir. Bu vaxta qədər milli nəfəs alətləri ifaçıları yalnız
orta musiqi təhsili almaqla kifayətlənirdilər. Bu da qədim milli musiqi alə-
timizə artan diqqətin göstəricisidir. Bu sətirlərin müəllifi olaraq, mən də

                                             19
   14   15   16   17   18   19   20   21   22   23   24