Page 17 - Konservatoriya 1.1
P. 17

АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
                               «КОНСЕРВАТОРИЙА» № 1, 2011
                                       ___________________

                     Алятшцнаслыг  Органология

                                                                Elşad CABBAROV,
                               Azərbaycan Milli Konservatoriyasının müəllimi

                     BALABANIMIZA SAHĠB ÇIXAQ!

   Açar sözlər: balaban, xalq nəfəs çalğı aləti.
   Azərbaycan xalqı öz mədəniyyəti ilə bütün dünyada tanınır. Tarixi
kökləri qədim zamanlara gedib çıxan musiqi sənəti mədəniyyətimizin ən
əsas, zəngin və ayrılmaz hissəsini təşkil edir. Milli musiqi sərvətimiz –
mahnılar, rəqslər, muğamlar, aşıq havaları və s. əsrlərin sınağından ke-
çərək bu günümüzə qədər gəlib çatmışdır. Şifahi şəkildə qorunub sax-
lanılan musiqi irsimiz əlbəttə ki, millətin zəngin mədəni tarixə malik
olmasından xəbər verir.
   Musiqinin dili – melodiyadır. Bu səbəbdəndir ki, Azərbaycan musiqisi
dünyanın dörd bir tərəfində sevilir. Bəzən düşünürük, əcnəbilər xalq
mahnılarımızı, muğamlarımızı dinləyərkən sanki sözlərini, məzmununu
anlamayaraq bu nümunələrə necə heyranlıqla valeh olurlar? İlk növbədə
musiqinin canı olan melodiyadır ürəkləri fəth edən. Bunun üçün dilindən,
dinindən asılı olmayaraq hər bir kəs bu özünəməxsus təkrarolunmaz inci-
lərin qarşısında aciz qalır. Budur bizə Allah tərəfindən bəxş olunan hə-
diyyə! Başqa xalqlara mənsub olmayan gözəllik! Lakin bu gözəlliyi qo-
rumaq lazımdır ki, ona çirkin, mənfur nəfəslər toxunmasın. Hər gözəlli-
yin qarşısında onun daim ehtiyat edəcəyi qüvvələr olur. Necə ki, Azər-
baycan xalqına, onun torpaqlarına, mədəniyyətinə, musiqisinə, incəsənə-
tinə şərik çıxmaq istəyən, daha doğrusu onu özününküləşdirmək istəyən
erməni “milləti” vardır. Onlar bizim musiqimizlə yanaşı, milli musiqi
alətlərimizi də ələ keçirmək uğrunda illərlə planlı şəkildə işlər aparırlar.
   Bir neçə xalqın birləşməsindən törənən ermənilər yarandıqları vaxtdan
Azərbaycan xalqının füsunkar gözəlliklərini həzm edə bilməmiş, ona
açıq-aydın hücumlarını nümayiş etdirmişlər. Azərbaycan el nəğmələrini
yad əllərdən qorumağa çalışan, xalq musiqimizi hifz edən dahi bəstəkarı-
mız Üzeyir Hacıbəylinin keçən əsrin əvvəllərində məqaləsində yazdığı
faktlar buna sübutdur. O yazırdı: “Azərbaycanda özlərindən əsər yaradan
bir çox Avropa musiqişünaslarından başqa, bir neçə Şərq musiqişünasları
vardır. Bu musiqişünaslardan Avropada təhsil görmüş və Bakıda
xormeystr olan Anton Mailyandır ki, bir neçə kiçik nəğmələri vardır.
Bununla fəxr etmək kafi deyilmiş kimi başqalarının əsərlərini də xorla

                                             17
   12   13   14   15   16   17   18   19   20   21   22