Page 12 - Konservatoriya 1.1
P. 12

АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
                               «КОНСЕРВАТОРИЙА» № 1, 2011
                                       ___________________

            Ифачылыг сяняти  Искусство исполнения

                                                            Ələkbər ƏLƏKBƏROV
                               Azərbaycan Milli Konservatoriyasının müəllimi

                        MUSĠQĠ SƏNƏTĠ VƏ ĠFAÇILIĞI

   Açar sözlər: musiqi sənəti, Haci Məmmədov, tar və kamança ifaçılığı.
   Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti, muğamları öz tarixi
etibarı ilə çox qədimdir. Xalq musiqisinin, muğamların ifası əsrlər boyu
zövqləri oxşamaqla daha da təkmilləşib, bu günün müasir səviyyəsinə gə-
lib çatmışdır.
   Musiqi incəsənətinin meydana gəlməsi insan qulağının müxtəlif tezlikli
və güclü səs dalğalarını qavramaq qabiliyyəti ilə bağlıdır. Musiqi sənətinin
əsasını özündə bir sıra musiqi-ifadə vasitələrini: yüksək melodik səs xəttini,
ahəngini, ritmini, metrini, tempini, tembrini, dinamikasını və s. birləşdirən
melodiya təşkil edir. Musiqi ifadəliliyinin mühüm vasitəsi – musiqi tonları
ilə səslənmələrinin (akkordlarının) qanunauyğun birləşməsi və bu cür
səslənmələrin ardıcıl dəyişilməsi onların arasındakı əlaqədir. Musiqi
ifadəliliyinin xüsusi vasitələrindən biri də tembr – müxtəlif müğənnilərin
səslərinə, musiqi alətlərinə xas olan xarakter səs boyalarıdır (1, s. 278).
   Musiqidə tipikləşdirmənin əsasını çox vaxt səs təsviri elementini
ehtiva edən (məsələn, səs təqlidi, hərəkətedici assosiasiyalar priyomu)
musiqi bədii obrazı təşkil edir. Musiqi obrazlarının muqayisə edilməsi,
əvəz olunması və bir-birinə əks qoyulması onların ümumiləşdirmə qüv-
vəsini xeyli dərəcədə artırır. L.Bethoven və İ.Brams, P.İ.Çaykovski,
D.D.Şostakoviç kimi sənətkarların simfoniyaları mürəkkəb obrazlar
silsiləsinə malik əsərlərdirlər. Müəyyən mövzuda yaradılan musiqidə –
süjet, musiqi obrazları bəstəkar tərəfindən əsərin adında və yaxud onu
müşayiət edən ədəbi proqramda şifahi olaraq konkretləşdirilir.
   Şərti not işarələrini canlı, real şəkildə səsləndirən ifa prosesində
musiqi obrazlarının yenidən yaradılması zərurəti musiqi incəsənətinin
spesifik xüsusiyyətini təşkil edir. İfa üsulundan asılı olaraq, musiqi-
vokal, instrumental və vokal-instrumental musiqisinə bölünür (1, s. 279).
   Məlumdur ki, musiqinin ilk əvvəl bəstələnməsi və ifa olunması vahid
yaradıcılıq prosesindən ibarət idi. Xalq yaradıcılığında musiqinin, çox
vaxt isə mətnin də müəllifi ifaçı özü hesab olunur, həm də ifanın özü

                                             12
   7   8   9   10   11   12   13   14   15   16   17