Page 15 - Konservatoriya 1.1
P. 15
Setar – üç simli ən qədim musiqi aləti. Musiqişünaslardan bir çoxunun
fikrincə, setar da pənctar və şeştar kimi tənbur musiqi alətinin bir
növüdür. Setar Azərbaycan sazının «əcdadı, ulu babası» sayılır. Setar
böyük Füzulinin «Saqinamə» adı ilə məşhur «Yeddi cam» alleqorik
hekayəsində xüsusi olaraq vəsf edilmişdir (4, s. 66) .
Tar – 1) ərəb ölkələrində: dəf; 2) sim; 3) Azərbaycan simli dartımlı
musiqi aləti. İranda, Orta Asiyada, Ermənistanda, Dağıstanda və başqa
qonşu ölkələrdə də geniş yayılmışdır. Lakin Azərbaycan tarı öz quruluşu,
konstruksiyası etibarilə, məsələn: İran tarından xeyli fərqlənir (4, s. 68).
Tənbur – üç simli dartımlı musiqi aləti. Zahiri görünüşü sazı andırır,
lakin çanağı sazınkına nisbətən xeyli kiçik, qolu isə sazınkından bir qədər
uzun olur. Tənburun birinci və üçüncü simi eyni yüksəklikdə (unison),
ortancıl simi isə bir kvarta aşağı köklənir. Simləri sağ əlin şəhadət barma-
ğına taxılan polad halqa üzərindəki qarmaqla dartılıb ehtizaz etdirilir –
səsləndirilir. Tənburun bu mizrabı naxunək adlandırılır (4, s. 69-70).
Ud – Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı
musiqi aləti. Ərəbistan, Türkiyə və qismən İran ölkələrində çox geniş
intişar tapmışdır (4, s. 71).
XX əsrdə yetişmiş ən görkəmli musiqi ifaçılarımızdan biri də tarzən
Hacı Məmmədovdur.
Məmmədov Hacı Məmməd oğlu 1920-ci il aprelin 28-də Şamaxıda
anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Dövlət Tibb Univesitetini
bitirmişdir. 1949-1970-ci illərdə həkim-cərrah işləmişdir. Tarda çalmağı
müstəqil öyrənmişdir. 1930-1948-ci illərdə Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestrində işləmişdir.
1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Hacı Məmmədovun sənətkarlığı üçün orijinallıq, virtuozluq, emosional-
lıq xarakterik idi (5, s. 504).
Böyük tarzən Hacı Məmmədovun çalğısını dinləyənlər, onun sənətinə,
sözün həqiqi mənasında bələd və aşiq olanlar bilirlər ki, Hacı Məm-
mədovun ifaçılığı ayrıca bir məktəb idi. Əlbəttə, milli musiqimizin çox
peşəkar ustad tarzənləri olub. Qurban Pirimov, Bəhram Mansurov kimi
unudulmazların böyük məhəbbətlə yaratdığı sənət məktəbindən dərs alan,
öyrənən Hacı Məmmədov milli musiqimizin görkəmli nümayəndələrin-
dən biri idi. O, Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əli-
yev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə
Muradova, Sara Qədimova və b. görkəmli sənətkarları tarda dəfələrlə
müşayiət etmişdir. Hacı Məmmədov sənətə gəldiyi gündən muğamları-
mızı xüsusi məharətlə ifa edərək bu sahənin zirvəsində dayanan istedad
sahibi idi (6, s. 68).
Bu gün «Qızıl Fond»da Hacı Məmmədovun özünəməxsus tərzdə,
15