Page 20 - Konservatoriya 1.1
P. 20

balabanın ifa üsullarını, texniki imkanlarını, illərlə əldə etdiyim şəxsi
təcrübəmə söykənərək, bu alətin qorunması və gələcək nəsillərə ötürülməsi
üçün səy göstərərək öz vətəndaşlıq borcuma sadiq qalmağa çalışıram.

   Bizimlə eyni zamanda çiyin-çiyinə çalışan mahir balaban və ney,
həmçinin digər milli nəfəs alətlərinin mahir ifaçıları olan Abbasqulu və
İlham Nəcəfzadə qardaşlarının xidmətlərini xüsusi olaraq qeyd etmək
lazımdır. Onlar da öz növbəsində yeni nəsil nümayəndələrinə qədim
musiqi alətlərimizin sirlərini aşılamaqda həvəslə çalışırlar.

    Məqalənin bu hissəsində balabana öz çalğıları ilə yeni nəfəs verən
məşhur ifaçılarımızın Əli Kərimov, Bəhruz Zeynalov, Ələkbər Əsgərov,
Şirzad Fətəliyev və başqa ustadların adlarını qeyd etməliyik. Musiqi
yönümlü texnikum və kolleclərdə, o cümlədən Azərbaycan Milli Konser-
vatoriyasında balaban alətinin tədrisi ilə bağlı dərs vəsaitləri bu gün işıq
üzü görməkdədir.

   Lakin təkcə sadaladığımız işlər kifayət etməz. Bundan başqa, Azər-
baycandan kənarda yaşayan balaban ifaçılarımız da bu sahədə əmək sərf
etməlidirlər.

   Hal-hazırda Azərbaycanın hüdudlarından kənarda balabanı təbliğ edən
Türkiyədə yaşayan Azərbaycanlı ifaçı Əlixan Səmədovdur. O, yaşadığı
qardaş diyarda və eyni zamanda digər ölkələrdə bir neçə konsertlər təşkil
etməklə qədim milli alətimizin özünəməxsus səslənmə tembrini dinləyi-
cilərə çatdırmağa səy göstərir. Həmçinin öz ifasına qəlbinin dərinliklə-
rindən gələn hiss və həyəcanları əlavə edərək ürəkləri riqqətə gətirən həzin
melodiyalarla çıxışlar edir. Ermənilərlə bir çox konsert səhnələrində
qarşılaşaraq, ifası ilə balabanın Azərbaycan musiqi aləti olduğu uğrunda
mübarizə aparır. Hətta bu günə qədər “Balaban metodu” adlı kitabın da
müəllifi kimi tanınmışdır. Bu kitab üç dildə - türk, rus, ingilis dillərində
nəşr olunmuşdur. Kitabda balabanın yaranma tarixi, hazırlanması, ifası və
not təlimləri haqqında zəruri məlumatlar verilmişdir. Ə.Səmədov eyni
zamanda yeni albomlarını “Balaban” adı ilə təqdim edir. Hazırda o,
“Balaban-8” albomu üzərində işləyir. Fransada balabana aid fransız dilində
sənədli film də çəkilmişdir. Bir sözlə, balabanı dünyada Azərbaycan aləti
olaraq tanıtmaq üçün əlindən gələni əsirgəmir.

   Milli musiqi alətlərimizi və mahnılarımızı qorumaq hər bir azərbay-
canlının vəzifəsidir. Amma təbliğat yetərincə deyil. Qeyd edək ki, toy
şənliklərimizdə balaban milli musiqi alətinə və xalq musiqi nümunələrinə
az yer ayrılır. Hələlik milli musiqi alətlərimizin və xalq mahnılarımızın
təbliğ olunduğu toylarımız və konsertlərimiz çox azdır. Hətta, musiqi
məktəblərində belə balaban sinfinə qəbul da ürək açan səviyyədə deyildir.
Təəssüf ki, balabanın həzin, kövrək, eyni zamanda qəlbləri oxşayan səsi
nədənsə daha çox başqa millətlərin nümayəndələrini özünə cəlb edir. Buna
aid bir faktı göstərmək istəyirəm. Azərbaycan Milli Konservatoriyasının

                                             20
   15   16   17   18   19   20   21   22   23   24   25