Page 18 - Konservatoriya 1.1
P. 18
oxudaraq, öz musiqisi adlandırır. Bu nəğmələrdən biri “Şah İsmayıl”
operasından “Haydı, qızlar!” nəğməsidir ki, müsamirə vaxtı proqramda
öz musiqisi olduğunu göstərir. Bundan əlavə “Ay yoldaşlar!” nəğməsini
notaya alaraq öz musiqisi hesab edir. Bu nəğmə, əvvələn, bir neçə il
bundan əqdəm fars dilində oxunan və fars ahəngilə gedən bir nəğmədir.
Sonra nəğmə Bakıya gətirilərək, burada 1927-ci ildən etibarən türkcə
qoftələnib məktəblərdə oxunur” (1, s. 184).
Sitatdan aydın olur ki, el musiqisinin özgələr tərəfindən mənimsənil-
məməsi, onların unudulub məhv olmaması üçün nəğmələrin nota alın-
ması və məcmuə halında nəşr etdirilməsinin vacibliyinə bir ehtiyac ol-
duğu vurğulanmışdır. Sevindirici haldır ki, bu günə qədər xalq mahnıları
və təsniflər, rəqslər, rənglər bir çox musiqişünas və bəstəkarlarımızın
səyləri nəticəsində toplanıb işlənərək nota yazılır.
Lakin ermənilər milli musiqi alətlərimizə yiyələnmək istəyi ilə də
müxtəlif siyasi vasitələrə əl atırlar. Bu alətlərimiz içində daha çox
balaban onların təcavüzünə məruz qalmışdır. Azərbaycanın qədim milli
musiqi aləti olan balaban çox geniş yayılmış nəfəs alətidir. Əsasən tut,
qoz, ərik ağacından hazırlanan bu nəfəs musiqi alətinə xalq arasında
bəzən “balaman” da deyirlər. “Bala” - kiçik, “ban” isə səs deməkdir.
Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin
hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir.
Balabanın ifa imkanları çox genişdir. Bu alətdə muğamlar çox həzin,
kövrək səslənməsilə yadda qalır. Xüsusilə, “Şüştər” muğamını balabanda
dinlədikdə adam daha çox kövrəlir. “Şüştər” muğamının instrumental
şəkildə ifası bu musiqi alətində geniş yayılmışdır. Sanki balabanın özünə-
məxsus səslənmə keyfiyyətləri bu muğamın həzinliyi ilə həmahəngdir.
Elə bil “Şüştər” balaban alətinin ifası üçün yaranmışdır. Bu musiqi alə-
tində “Şüştər” olduqca təravətli, yumşaq səslənir, qəlbləri ehtizaza gətirir.
Balabanda muğamlarla yanaşı, xalq mahnıları, rəqslər də gözəl
səslənir. Bu səbəbdəndir ki, “Sarı gəlin”, “Apardı sellər Saranı” kimi xalq
mahnılarımız, “Sən gəlməz oldun”, “Dilbərim” mahnıları, “Tərəkəmə”,
“Qoçəli”, “Heyvagülü” rəqslərini və bir çox başqa milli musiqi nü-
munələrimizi ermənilər dünyada öz adlarına məxsus təqdim edirlər. Bu-
rada bəlkə bizim də günahımız vardır. Bizə məxsus olanı təbliğ etməkdə
yetərincə əmək sərf etmirik. Tar, kamança, qaval, balaban milli musiqi
alətlərinin məhz Azərbaycan xalqına mənsubluğu haqqında bütün dün-
yada fasiləsiz olaraq fikir formalaşdırmaq lazımdır. Musiqi alətlərimizin
öyrənilməsi, onların bərpası, daim araşdırılması işində səy göstərmək çox
əhəmiyyətlidir. Əlbəttə ki, bu işdə Heydər Əliyev fondunun əməyi misil-
sizdir. Dünyada təşkil olunan sərgilərdə, müxtəlif müsabiqə və festi-
vallarda milli alətlərimiz, xüsusilə də erməni təcavüzünə daha çox məruz
qalan balaban məhz Azərbaycan musiqi aləti kimi göstərilməlidir. Biz
18