Page 24 - Konservatoriya 1.1
P. 24

la adqoyma çalğı alətlərimizə də sirayət etmişdir. Yəni, sənətkarlarımız
icad etdikləri çalğı alətlərinə heç də kortəbii, təsadüfi adlar qoymazdılar.
Əksər adlar alətin özəlliyi ilə motivlənmişdir. Çalğı alətlərinin sözaçımını
araşdırdıqda bunun bir daha şahidi oluruq. Bu səbəbdən musiqi alətşü-
naslığında çalğı alətlərinin etimologiyasına xüsusi diqqət yetirilir və araş-
dırma zamanı olduqca maraqlı məqamlar ortaya çıxır.

   Kamançanın sözaçımı kamanla əlaqədardır. Kaman fars sözü olub,
yay deməkdir. Biz o fikirdəyik ki, kamança “kaman” və “çal” sözləri-
nin birləĢməsindən əmələ gəlib. “Kamançal” sözü kamança kimi tələf-
füs olunub və kamanla çalınan alət mənasını ifadə edir.

   Sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva yazır: “Azərbay-
canın bəzi rayonlarında kamançaya vızqan (Şuşa, Şərur), mizqan (Cəbra-
yıl, Şəki), mizqon (Tovuz), miskan (Quba) deyirlər” (8, s. 161).

   QuruluĢu. Kamança əsasən qoz ağacından hazırlanır. Çanağın üzünə
naqqa balığının döş hissəsinin dərisi çəkilir. Bəzən üzlük üçün mal ürəyi-
nin pərdəsindən də istifadə edilir. Son illər çalğı alətlərimiz üzərində re-
formalar aparan kimya elmləri doktoru Pənah Qurbanov çanağın üzünə
sintetik membrana üzlük çəkmişdir. P.Qurbanov belə dərilərin rütubətə,
nəmişliyə daha davamlı olduğunu qeyd etmişdir.

   Kamança dörd tellidir: I, III tellər “mi”; II, IV tellər isə “lya” adlanır.
   Kamança kaman adlanan hissə ilə səsləndirilir. Zoğal ağacından hazır-
lanan kamana at quyruğunun tükünü təmizləyib, çəngə halda bağlayırlar.
Alətin təmiz, aydın səslənməsindən ötrü kamana kanifol çəkilir. Kanifol
sarı rəngli maddədir, iynəyarpaqlı ağacların şirəsindən hazırlanır. Ona
qədimdə rəcinə deyiblər, ərəblər isə kanifolu zifti və ya səndəlus adlandı-
rırlar.
   Ədəbi mənbələr. Kamançanın adına Nizami Gəncəvi (1141-1209),
Fədai Təbrizi (XVI əsr), Rüknəddin Məsud Məsihi (1580-1656) və başqa
klassiklərimizin şeirlərində rast gəlirik.
   Şifahi xalq ədəbiyyatımızın qollarından biri olan tapmacalarımızda da
kamança ilə bağlı maraqlı nümunələr var:

                   Üzük aldım, qaşı yox,
                   Təpə gördüm, daşı yox.
                   O nədir hey ağlayır,
                   Gözlərinin yaşı yox? (kamança)
                   Ələ alsan ağlayır,
                   Yerə qoysan kiriyir. (kamança)
                   Qoz ağacı oyarlar,
                   Üstünə tel qoyarlar.
                   Əgər düzgün dinməsə,
                   Qulağını burarlar. (kamança)

                                             24
   19   20   21   22   23   24   25   26   27   28   29