Page 28 - Konservatoriya 1.1
P. 28
mança çalıblar. Daha doğrusu, onlar xanəndəlikdən və ya tarzənlikdən
əvvəl kamança çalmağı öyrəniblər. Tanınmış xanəndə Mirzə Muxtarın
(1841-1929) atası Mirzə Əli Əsgər Qarabaği (tarzən-xanəndə), tarçalan
Mirzə Sadıq Əsəd oğlu (1846-1902) belə ifaçı olublar (19, s. 190).
Tanınmış xanəndə Ramiz Hacıyev (1936-2005), ġövkət Ələkbərova
(1922-1993, müğənni), YaĢar Səfərov (müğənni, 1940-2008) Ramiz Mi-
rişli (bəstəkar) də bir zaman kamança çalıblar.
Maraqlıdır ki, musiqi tədqiqatçısı Firudin Şuşinski böyük dramaturq, ya-
zıçı Cəlil Məmmədquluzadənin (1866-1932) bir neçə çalğı alətində, həm-
çinin kamançada da gözəl ifa etdiyini yazırdı: “Mirzə Cəlil musiqi həvəskarı
olduğundan o, özü də yaxşı tütək, ney və kamança çalırdı” (18, s. 103).
Nəticə olaraq bildiririk ki, kamança Azərbaycanda VII-VIII əsrlərdə
yayılmışdır. Lakin ədəbi və tatixi mənbələrə istinadən Azərbaycan ərazi-
sində XI əsrdən etibarən kamança daha geniş istifadə edilmiş, günümüzə
qədər xalqımızın estetik zövqünün formalaşmasında və musiqi duyumu-
nun inkişafında bu alətin böyük rolu olmuşdur. Bir sözlə kamança Azər-
baycanda yarandığı vaxtdan bütün dövrlərdə xalqımızın sevimli çalğı alə-
ti olmuş, onunla qəlbinin qəmini, kədərini, sevincini bölüşdürmüşdür.
Ядябиййат siyahısı
1. Teymur Bünyadov. Əsrlərdən gələn səslər. Bakı, “Azərnəşr”, 1993.
2. С.Л.Сперанский. Музыкальные товары. Москва, “Экономика”, 1987 (rus
dilində).
3. A.Nəcəfzadə. Şəxsi videoarxiv və çalğı alətlərindən ibarət kolleksiya. “Kon-
servatoriya” jurnalı №1 (7), Bakı, 2010.
4. E.Kaempfer. “Amoenitatum exoticarum politico-physico medicarum”,
Fasciculus V.Lemgoviae, 1712.
5. Q.Namazəliyev. “Ədəbiyyat və incəsənət” qəzeti, 31 iyul 1981.
6. A.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. Bakı, “MBM”, 2004.
7. Kitabi Dədə Qorqud (tərtibçi, çapa hazırlayanı, ön sözün və lüğətin müəllifi
Samət Əlizadə). Bakı, Yeni nəşrlər evi, 1999.
8. S.Abdullayeva. Azərbaycan xalq çalğı alətləri. Bakı, “Adiloğlu”, 2002.
9. N.Gəncəvi. “Xəmsə”, “Yeddi gözəl”, “Gənclik”, Bakı, 1981.
10.F.Təbrizi. “Bəxtiyarnamə”, Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1957.
11.Məsihi. “Vərqa və Gülşa”, Bakı, “Azərnəşr”, 1977.
12.Murat Bardakçı. “Marağalı Abdülkadir”, İstanbul, “Pan Yayınçılık”, 1986 (türk
dilində).
13.K.Kərimov. Azərbaycan miniatürləri. Bakı, “İşıq”, 1980, 76 saylı şəkil
14.M.S.Ordubadi. Nizaminin dövrü və həyatı. Nizami, I kitab, Bakı, 1940.
15.S.Ağayeva. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan musiqiçiləri haqqında.
“Musiqi dünyası”, 1-2/39 2009.
16. S.Оnullahi. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). “Qobus-
tan” jurnalı, Bakı, 1974, №3, c. 54-57.
17.İsgəndər Münşi “Tarixi-aləm-arayi-Abbasi” (farscadan tərcüməsi “Dünyanı
28