Page 73 - Konservatoriya 1.1
P. 73
məxsus mizrabları – “çahar mizrab”, “əlif mizrab”, “rux mizrab”, “santur
mizrab”, “qoşa mizrab”, “tərs mizrab”, “çirtiq mizrab”, “mizrab
dəstkari”, “mizrabi gülriz”, “mizrabi zirəfkən”, “zəngi -şütür” və bir sıra
ştrixlər onun çalğısına bədii və təsviri boyalar, çeviklik və ifadəli
xarakter verirdi. İstedadlı tarzən sağ və sol əllərin texnikasına xüsusi diq-
qət göstərirdi. İstifadə etdiyi trel və mordentlər, “lal barmaq”, “sürüş-
dürmə barmaq” (glissando), “dartma sim” (vibrasiya), “mizrabsız çalğı”
kimi müxtəlif priyomlar onun ifasına effekt, dramaturji xarakter, qüdrət
və qüvvət verirdi. Yuxarıda adlarını çəkdiyimiz ifa üsulları həm tarın
imkanlarını göstərir, həm də ifaçıdan güclü texniki bacarıq tələb edir ki,
bu da sənətkarlığın zəruri cəhətlərini səciyyələndirən əsas vasitələrdir.
B.Mansurovun çalğısında üst və alt mizrab işləmələri yüksək bədii
səviyyədə səslənirdi. Bu da bildiyimiz kimi, hər alət çağısına yiyələnən
ifaçının böyük ustalığı və zəhməti nəticəsində yaranır. Lakin
Mansurovlar nəslinin nümayəndəsi olan B.Mansurov kimi sənətkar üçün
adlarını çəkdiyimiz zəngin texniki priyomlar ciddi çətinliklər törətmirdi.
O, rəngarəng, kontrastlı musiqili obrazları yüksək artistik məharəti ilə
dinləyiciyə təqdim etməyi bacarırdı.
B.Mansurov atasının və əmisinin çalğısından, ona verilən tövsiyə-
lərdən məharətlə yararlanmış, öz müasirlərinin sənəti ilə dərin, üzvi əlaqə
yaratmış, bütün bunlara müşahidəçi qismində yanaşaraq, özünün fərdi
üslubunu aşkara çıxarmağa çalışmışdır. Məsələn, atasının çalğısından
“spiccato” adlı ştrixin ifa priyomunu mənimsəmişdir. Tez tempdə, xırda
qammavari hərəkət zamanı sağ əlin iştirakı olmadan sol əlin simlərdə
çalğı texnikası bu ifa üsulunu xarakterizə edir.
Melodik frazaların gözəlliyini vurğulamaq üçün tarzən mizrabla
yalnız cüt simlərə toxunaraq incə ştrix səslənməsi əmələ gətirir ki, bu da
böyük sənətkara məxsus ustalıqdan irəli gəlir. Çox tez-tez ikisəsli
səslənmə təsiri bağışlayan üsuldan da istifadə edirdi. Bu zaman cüt simlər
iki müxtəlif barmaqlarla basılır ki, nəticədə sekundalı səslənmə yaranır.
Xalq musiqisinin təbliğ edənlərdən olan tarzənin repertuarının əsas
hissəsini muğam təşkil edir. Özündə musiqi və poeziyanı birləşdirən
muğam xalqımızın milli sərvətidir. Bu xəzinə əsrlərin, nəsillərin
yadigarıdır. Nizami, Füzuli, Xaqani, Məhsəti Gəncəvi Əliağa Vahid
qəzəllərinin fəlsəfi məzmununu, insan psixologiyasını, daxili aləminin
musiqi ilə vəhdətini yaradaraq tarixlərin sınağından çıxmış, millətimizin
əvəzsiz incisidir – muğam! Onun hər şöbəsi, hər guşəsi dərin bir
ümmandır, dəryadır. Bu dəryaya baş vurmaq, onu canlandırmaq həm
mürəkkəb, həm məsuliyyətli, həm də zövq bəxş edən işdir.
Alətdə çalmağı bacaran, muğamı da ifa edə bilər. Ancaq onu yaşaya
və yarada bilmək hər ifaçıya nəsib olmur. Cünki muğamı yaşatmaq, onun
73