Page 74 - Konservatoriya 1.1
P. 74

gözəlliyini duymaq üçün ürək lazımdır. B.Mansurov gözəl muğam ifa-
çısı, improvizə bacarığına malik tarzən idi. O, məhz milli ənənələrə əsas-
lanaraq, özünəxas ifası ilə muğamın məzmununu açmağa çalışırdı. Hər
dəfə yeni xallarla, yeni bəzəklərlə öz ifasını rəngarəng edirdi. Bu xüsu-
siyyətinə görə də onun çalğısı yorucu olmurdu, əksinə yeni gəzişmələr,
ifaçılıq priyomları ilə zəngin milli musiqi kompozisiyası eşitmək istəyən-
lər üçün maraq yaradırdı. İmprovizə fantaziyasına malik çalğısı muğam
şöbələrinin quruluş çərçivəsindən kənara çıxmazdı. Dəqiq, lakonik ifa
onun tarzən təcrübəsinə xas olan mühüm cəhətlərindən biri idi.

   Bütün muğamların kamil bilicisi olan B.Mansurov “Rast”, “Mahur-
hindi”, “Çahargah”, “Bayatı-Şiraz”, “Rahab”, “Şüştər” muğamlarını daha
çox sevirdi. “Çoban bayatı” isə onun xüsusi məhəbbətlə yaşatdığı
muğamdır. Məhz bunun nəticəsidir ki, YUNESKO beynəlxalq təşkilatı
Bəhram Mansurovun ifasında, səslənməsi bir saatdan artıq davam edən
10 muğamı-“Rast”, “Mahur-hindi”, “Bayatı-İsfahan”, “Çahargah”,
“Hümayun”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Çoban bayatı”, “Şüştər”,
“Nəva-Nişapur” qrammafon valına yazdırmışdır. 1967-ci ildən isə
başlayaraq, YUNESKO-nun qərarı ilə Berlində, Parisdə, Bağdadda,
Karakasda, Brnoda keçirilən “Birləşmiş millətlər günü”, “Xalqlar
birliyi”, “Dünya islam festivalı” və başqa beynəlxalq musiqi simpoziumu
və festivallarına, konqreslərə B.Mansurov da dəvət olunmuşdur.

   Muğamlara dərindən bələd olan B.Mansurov onun şöbələri arasında
təzad və bağlılıq əmələ gətirən musiqi nümunələri – rənglərin də
yaradıcısı kimi tanınır. Hər ifaçı rəng bəstələyə bilməz. Rəng – şifahi
ənənəli professional musiqi janrıdır. Rəng aid olduğu muğam şöbəsinin
melodik xəttini əhatə etməli, növbəti şöbə üçün hazırlıq vəziyyəti
yaratmalıdır. B.Mansurovun rəngləri melodikliyi, lirik xarakteri ilə
seçilir. Zəngin fantaziya bacarığı, eyni zamanda dəqiq metroritmə
əsaslanan rənglər muğamın improvizə xüsusiyyətinə tabe olaraq 6/8
vəznində yazılmışdır. Ümumiyyətlə, Azərbaycan xalq musiqi nümunələri
üçün bu ölçü xarakterikdir. Şifahi ənənəli professional musiqi nümunəsi
olan rənglərin quruluş xüsusiyyətlərini mənimsəyərək geniş yaradıcılıq
fantaziyasına malik olan B.Mansurov bu janrda bir sıra melodiyaların
müəllifidir. Rast, Şur, Mahur-hindi, Bayatı-Şiraz, Şüştər və s. ladlar
əsasında bəstələdiyi rəng nümunələri xüsusilə diqqəti cəlb edir.

   Bəhram Mansurovun ifaçılıq sənəti haqqında yazmaqla onun gördüyü
işləri əhatəli şəkildə açıqlamaq qeyri-mümkündür. Çünki onun musiqinin
hər sahəsində olduğu kimi, ifaçılıq sənətində də əvəzolunmaz xidmətləri
bir məqalə çərçivəsinə sığmayacaq qədər çoxdur. Zəngin yaradıcılıq
fantaziyasına, dərin, emosional çalğıya, özünəməxsus, texniki ifa tərzinə
malik olan sənətkarın yaradıcılıq yolunu davam etdirən tarzənlərdən

                                             74
   69   70   71   72   73   74   75   76   77   78   79