Page 75 - Konservatoriya 1.1
P. 75
Elxan Mansurov, Vamiq Məmmədəliyev, Valeh Rəhimov və başqalarının
adlarını qürurla çəkə bilərik. Onlar müasir dövrümüzdə tar sənətinin
incəliklərini, onun keçmişlə bağlı varislik əlaqələrinin böyük ustalıqla
saxlanmasına böyük səy göstərirlər. B. Mansurov kimi həm tarzən və
həm də tar müəllimi olaraq fəaliyyətlərini davam etdirirlər.
Qeyd edək ki, bu il özünəməxsus və mahir çalğısı ilə şöhrət qazanmış
tarzən Bəhram Mansurovun 100 illik yubileyi qeyd olunmuşdur. Sizə
təqdim olunan məqalə onun yaradıcılığı və Azərbaycan musiqi sənətinin
inkişafı, təbliğ olunmasında göstərdiyi zəhmətləri qarşısında bir
“damla”dır. Əsl musiqi əsəri, milli musiqi nümunəsini yaratmağa və
yaşatmağa çalışan sənətkar kimi B.Mansurov həmişə xalqımızın
hörmətlə yad edəcəyi tarzəndir. Onun sənəti tələbkar dinləyicilərimizin
zövqünü oxşayan, onlara ilham verən, gah kədər hissi yaradan, gah da
sevinc hisləri ilə gözləri yaşardan qəlblərdə yaşayacaqdır. Neçə-neçə
ifaçılar nəsli yetişsə də, Bəhram Mansurovun çalğısı ölməzliyi ilə
ürəklərdə daima yaşayacaq, qədirbilən, sənətsevər xalqımızın hörmət və
məhəbbətinin ən uca zirvəsində dayanacaqdır.
Ədəbiyyat siyahısı
1. F Əmirov. Musiqi düşüncələri. Bakı, 1971, səh. 66
2. Э.Абасова. Тарист Бахрам Мансуров. «Советский композитор» Москва,
1977
3. Ə.İsazadə və X.Quliyev. Bəhram Mansurov. İşıq, 1982
РЕЗЮМЕ
Расим Гулиев
Исполнительское искусство Бахрама Мансурова
Владея своеобразной исполнительской практикой Бахрам Мансуров играл
неизмеримую роль в формировании нашей музыкальной культуры. Его
творческая сфера широко. В этой статье известный тарист характеризуется как
исполнитель сольных концертов, как аккомпаниатор и как мугаматист.
Ключевые слова: тар, Бахрам Мансуров, мугам, исполнительское искусство.
SUMMARY
Rasim Guliyev
Bahram Mansurov’s activity as an exponent
Tar player Bahram Mansurov, who owns a peculiar manner of playing tar, with his
valuable merits had an irreplaceable role in the development of our musical culture. His
creativity sphere is very large. In this article a distinguished tar player is described as
solo player in concerts, accompanist and mugham perfomer.
Key words; tar, Bakhram Mansurov, mugam, the art of performance.
Rəyçilər: AMK-nın профессорu Малик Гулийев;
AMK-nın müəllimi V.Rəhimov.
75