Page 72 - Konservatoriya 1.1
P. 72

Bütün həyatı boyu tarı “körpə uşaq” kimi qolları arasında, sinəsində
bəsləyən ustad tarzənin məharətli barmaqları bu gözəl aləti səslən-
dirməyə bilməz. Burada yalnız barmaqlar rol oynamır, ifaçının ürəyi
oxuyur, dərin daxili hisləri simlərin titrəyişindən yaranan melodiyanı dilə
gətirir. Bəhram Mansurovun öz üslubu, öz dəsti-xətti, öz ifaçılıq yolu
var. Onun çalğısı muğamın daxili aləmini, melodik və ritmik cəhətlərini
açmaq baxımından səciyyəvidir. Klassik muğamlarda hər guşəni necə
çalmağı, hər xalı necə vurmağı yerli-yerində bilən ustad sənətkarın tara
vurduğu ilk mizrabın səsindən B.Mansurova məxsus ifanı tanımamaq
mümkün deyildir. Özünəxas ifaçılıq manerası, şirin barmaqları ilə
ürəkləri rövnəqləndirən tarzən həmişə muğamlarımızın saflaşması üçün
yeni yollara, ciddi axtarışlara can atmışdır. O, muğamı kamil bildiyindən
xalqın min illərdən bəri yaratdığı ucu-bucağı görünməyən bu zəngin
xəzinənin hərtərəfli öyrənilməsi yolunda bütün həyatı boyu çalışmışdır.

   Bəhram Mansurovun ifaçılıq sənəti ustalığı və tarzənin ifası barədə
milliyətcə Alman olan fəlsəfə elmləri doktoru Yurgen Elsnerin fikirləri
də maraqlıdır: “Biz hələ Bakıya gəlməmişdən Bəhram Mansurovla
görüşü səbirsizliklə gözləyirdik. Onun ifasında çoxlu muğam və başqa
Azərbaycan xalq musiqi nümunələrini dinləyərkən, sənətinə və ifaçılıq
məharətinə tamamilə məftun oldum. Onun sənəti çox yüksək səviyyədə
inkişaf edib. Bəhram Mansurov ürəklə çalan, bilici, nadir sənətkardır.
Tarda çalan musiqiçilər olduqca çoxdur. Lakin belə yüksək sənəti, belə
virtuoz texnikanı, orijinal ifanı mən birinci dəfədir ki, eşidirəm. Bəhram
Mansurovun çalğısı çox maraqlı, çox rəngarəngdir, çox ifadəli və
cəzbedicidir. Bu vaxta qədər mən başqa ölkələrdə də muğamları
eşitmişəm. Lakin Bəhram Mansurovun ifasında dinlədiyim Azərbaycan
muğamı mənim xeyli vaxtdan bəri tədqiq etməkdə olduğum ərəb
muğamlarına nisbətən daha zəngindir. Hazırda öz elmi işimlə əlaqədar
olaraq Bakıdan apardığım muğamların lent yazıları üzərində çalışıram.
Həmin muğamların dərin məzmunu, fəlsəfi konsepsiyasını, lad
quruluşunu, ifa tərzini təhlil edib açmaq istəyirəm”.(2).

   Qeyd edək ki, görkəmli alim ərəb muğamları ilə məşğul olmuş, bu
sahədə bir sıra elmi işləri ilə tanınmışdır.

   Bəhram Mansurov Mirzə Sadıq Əsəd oğlunun yetirməsi olmamışdır,
lakin onun yaradıcılıq ənənələrini davam etdirmiş, eyni zamanda XIX
əsrin sonu – XX əsrin əvvəllərində yaşamış Süleyman Mansurov, Mansur
Mansurov və Qurban Pirimovun ifa üslubuna yiyələnmişdir. O, bu haqda
öz fikrini belə söyləmişdir: “Mən Mirzə Sadıq Əsəd oğlunu
görməmişəm. Amma atamdan onun haqqında çox eşitmişəm. Deyirdi ki,
Mirzə Sadıq çox gözəl, ziba çalan idi...”

   B.Mansurovun xüsusi çalğı texnikası vardır. Tar alətinin imkanlarına

                                             72
   67   68   69   70   71   72   73   74   75   76   77