Page 69 - Konservatoriya 1.1
P. 69
baxımından böyük əhəmiyyətə malikdir.
Tar Azərbaycan xalqının milli ruhunu canlandıran, Azərbaycan mu-
siqisinin özünəməxsusluğunu, təkrarolunmazlığını, incəliyini tərənnüm
edən və bütün dünyada tanıdan milli musiqi alətimizdir. Tar eyni
zamanda xalqımızın ən çox sevdiyi və əsrlərdən bəri məhəbbətlə qoruyub
saxladığı musiqi alətlərindən biridir. Elə bir adam tapılmaz ki, tarın
səsinin sehrinə düşməsin, onun sözsüz nəğmələrini dinləməsin. İstər
qocaman sənətkarlarımızın, istərsə də gənc tar ifaçılarının bu gözəl çalğı
alətində yüksək ifaçılıq məharəti göstərməsi onu dinləyənləri sevindirir,
ruhlandırır, qəlbləri iftixar hissi ilə döyündürür. Bu aləti dilə gətirənlərin
ifasında tar keçmişimizdən, bu günümüzdən və işıqlı gələcəyimizdən
xəbər verir. Yəni, “tar dünənin, bu günün və sabahın aparıcı çalğı
alətidir”- desək, heç də yanılmarıq.
Tar müasir dövrümüzdə musiqi aləmində Avropa musiqi alətləri ilə
eyni pillədə dayanır. Bu alətin bədii-texniki imkanlarını beynəlxalq miq-
yasda tanıdan tarzənlərimizdən mərhum sənətkarlarımız H.Məmmədo-
vun, Ə.Dadasovun, Ə.Bakıxanovun,B.Mansurovun zəhmətlərini xatırla-
mamaq günah olardı. Onlar həm ifaçı, həm də müəllim kimi gənc nəslin
estetik tərbiyəsinin formalaşmasında, dinləyicilərin zövqünü oxaşamaqda
ciddi səylər göstərmişlər. Musiqimizin inkişafında zəhmət çəkən
insanları heç vaxt unutmaq olmaz.
Böyük ürək, fitri istedad, qayğıkeşlik, dəqiqlik, sənət eşqi, inam və
vətənpərvərlik kimi gözəl insani keyfiyyətlərə malik olan görkəmli tarzən
Bəhram Mansurov Azərbaycan xalq musiqisini ürəkdən sevən və onun
keşiyində sədaqətlə duran sənətkarlarımızdandır. Azərbaycan musiqi
həyatında B.Mansurovun göstərdiyi xidmətləri cox şaxəlidir. Muğam-
ların gözəl bilicisi kimi solo ifası ilə onlara yeni “həyat” bəxş etmişdir.
O, öz texniki ustalığına həmişə güvənərək, alətin hər bir sirrinə qadir olan
sənətkar kimi onu bütünlüklə iradəsinə tabe etməyi bacarmışdır.
Kamil sənətkar xalq musiqi nümunələrinin nota salınıb çap olunması
işlərində də yaxından iştirak etmiş, bəstəkar Nəriman Məmmədovun
“Rast” və “Çahargah” kimi irihəcmli, monumental muğamların tam dəst-
gah şəklində nota yazılmasında fəal, aktiv iş aparmışdır. Onun müşayiət-
çilik sahəsində, klassik üçülkdə tam, mükəmməl ansambl yaratması da
fəaliyyətinin mühüm sahəsinin təşkil edir.
B.Mansurovun yaradıcılığının ən böyük hissəsi isə onun solist-
konsertmeyster kimi opera və balet teatrında qazandığı nailiyyətləri ilə
ölçülür. Muğam operalarında B.Mansurovun ifası qəhrəmanlarının hiss
və həyəcanlarının əsas hissəsini əhatə edir. Tarla orkestr partiyası
arasında üzvi əlaqə yaranır. Qurban Pirimovdan sonra o, bu sahədə
yüksək səviyyəyə qalxmış yeganə tarzəndir. O, muğam operalarında
69