Page 68 - Konservatoriya 1.1
P. 68
АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
«КОНСЕРВАТОРИЙА» № 1, 2011
___________________
Ифачыларын портрети Портрет исполнителей
Rasim QULİYEV
Əməkdar müəllim, AMK-nın dosenti
BƏHRAM MANSUROVUN ĠFAÇILIQ SƏNƏTĠ
Açar sözlər: Tar, Bəhram Mansurov, muğam, ifaçılıq sənəti.
Hələ çox qədim zamanlardan yaranan incəsənət və onun xüsusi
mühüm sahəsini təşkil edən musiqi mədəniyyəti ictimai dəyişikliklərin
təsirinə məruz qalaraq müxtəlif formalarda bizim günlərə qədər yaşamış,
böyük təsir qüvvəsinə malik olmuşdur. Musiqi sənətinin əsasını təşkil
edən musiqi folkloru nümunələri hər bir xalqın bədii-estetik təfəkkürünü,
musiqi – ifaçılıq qabiliyyətini nümayiş etdirməkdə çox böyük rol
oynamışdır.
Klassik irs, əsl xalq yaradıcılığı nümunələri ədəbiyyat, musiqi, rəs-
samlıq incəsənət xadimlərimizin ilham mənbəyi kimi mühüm əhəmiyyətə
malik olmuşdur.
Əlbəttə, xalq yaradıcılığından, onun bədii-estetik mahiyyətindən söhbət
açarkən ilk növbədə sənətkarlıq baxımından mühüm əhəmiyyət kəsb edən
məsələlərə diqqət yetirmək lazım gəlir. Çünki incəsənətin müxtəlif
sahələrində, o cümlədən musiqi sahəsində inkişaf və tərəqqi xeyli dərəcədə
folklorun ideya-estetik istiqamətlərindən, janr xüsusiyyətlərindən asılı olur.
Həqiqətən də bədii-estetik inkişafı, professional musiqi sənətinin
problemlərini – bəstəkar yaradıcılığını, ifaçılıq sənətini musiqi folklorun-
dan ayrı təsəvvür etmək doğru olmaz. Çox böyük tarixi inkişaf yolu keç-
miş Azərbaycan xalq musiqisi, musiqi folkloru nümunələri də
bəstəkarlarımız, milli musiqi ifaçılarımız üçün tükənməz ilham mənbəyi
olmuşdur.
Görkəmli sənət fədailəri, ustad tarzənlərimiz “milli musiqi çeş-
məsi”nin hər damlasından bəhrələnərək, öz ifaları ilə musiqi ifaçılığı
məktəbinin formalaşması üçün möhkəm zəmin yaratmışlar. Qurban
Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov və s. kimi sənətkar-
larımız fərdi virtuoz ifa tərzi ilə instrumental ifaçılıq sənətinin inkişafına
yeni “yollar” açmışlar. Onların həyat və yaradıcılıqlarının xüsusi tədqiqat
obyektinə çevrilməsi həqiqətən sənətşünaslıq elmimizin inkişafı və gənc
musiqiçi kadrların milli ənənələr əsasında yetişib formalaşmaları
68