Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti Zabit Nəbizadənin solo konserti keçirildi. Konsertdə “Zabul-segah” dəstgahı, xalq mahnıları, təsniflər, o cümlədən Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, aşıq havası “Döymə Kərəmi”, Dilkeş təsnifi ifa olundu. Z.Nəbizadəni xalq çalğı alətləri ansamblı müşayət edirdi. Belə ki, tarda Ələsgər Məmmədov, kamançada Xəyyam Məmmdov, balabanda Abuzər Güləliyev və Nizami Allahverdiyev, qanunda Humay Rəhimova və nağarada Ramin Abdullayev ifa etdilər.