İyunun 1-də Azərbaycan Milli Konservatoriyasının Böyük zalında Xalq Çalğı Alətləri orkestrinin konserti keçiriləcək.

 

Proqramda Azərbaycanın böyük bəstəkarı, Xalq artisti Dadaş Dadaşovun əsərləri səslənəcək.

 

Konsert saat  17:00-da başlayacaq.

 

Konsertdə iştirak edirlər:

 

  • Azərbaycan Milli Konservatoriyasının xoru
    Bədii rəhbər – Dilarə Əliyeva

Solistlər:

  • Əməkdar artist Çinarə Heydərova
  • Mədinə Şahgəldiyeva
  • Kamilə Nəbiyeva
  • Nigar Cəlilova
  • Gülnar Qüdrətli
  • Emin Zeynallı

Qeyd edək ki, orkestrin Bədii rəhbəri və Drijoru Aysel Bağırovadır.