Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında “Ümumi fortepiano” kafedrasının hesabat konserti keçirildi. Bu konsertin keçirilməsi ilə tələbələrin öz ifaçılıq istedadı və bacarıqlarını təqdim etməsi üçün geniş imkanlar açılmış oldu. Konsertin proqramı olduqca zəngin idi. Buraya həm Avropa, rus, həm də Azərbaycan bəstəkarlarının əsərləri daxil edilmişdi. Belə ki, İ.S.Bax “Menuet” və F.Əmirov “Lay-lay” Məmmədov Səxavət X.ç.a ixtisası üzrə təhsil alan II kurs tələbəsi (H.Əliyev adına Respublika müsabiqəsi laureatı), T.Quliyev “Bəxtəvər oldum” fortepianoda M/v ixtisası üzrə təhsil alan II kurs tələbəsi Ələkbərli Aynurənin müşayətiylə həmin kursun tələbəsi Emin Zeynallı,Aynurə Ələkbərli həm də S.Prokofyevin “Ötərilər” №8,10 əsərlərini ifa etdi, İ.Abdullayev “Payız” Zülfüqarov İsmayıl X.ç.a ixtisası üzrə təhsil alan II kurs tələbəsi (Beynəlxalq “Qızıl medal” mükafatçısı və H.Əliyev adına Respublika müsabiqəsinin Qran Pri mükafatçısı), Ü.Hacıbəyli “Mahnı” S/o (xanəndə) ixtisası üzrə təhsil alan II kurs tələbəsi Heybətov Elşən tərəfindən ifa olundu. Bu sıradan, Orucov Toğrul X.ç.a ixtisası üzrə təhsil alan I kurs tələbəsi F.Əmirovun “Vals”, Niftəliyeva Nərmin X.ç.a ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbəsi F.Əmirovun “Skertso”, Səhənd Məzahiri Hazırlıq şöbəsi M/v ixtisası üzrə təhsil alan tələbə Azərbaycan xalq mahnısı “Halay”ı ifa etdi (S.Əhmədovanın iki fortepiano üçün işləməsində), Cəfərov Mircavid X.ç.a ixtisası üzrə təhsil alan II kurs tələbəsi (Respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü) L.V.Bethovenin “Ay sonata”sını (№.14, I hissə) səsləndirdilər. Bundan əlavə Hacılı Lalə Musiqişünaslıq üzrə təhsil alan II kurs tələbəsinin ifasında S.Raxmaninovun “Preludiya” səsləndi. Fortepianoda Hüseynov İdris X.ç.a ixtisası üzrə təhsil alan III kurs tələbəsi və kamançada Babayev Fərid X.ç.a ixtisası üzrə təhsil alan II kurs tələbəsi H.Xanməmmədovun “Qurban olduğum” mahnısı ifa etdi Əliyeva Leyla M/v ixtisası üzrə təhsil alan II kurs tələbəsi (Respublika və Beynəlxalq müsabiqələr laureatı), eləcə də Məsimov Nicatın N/z alətləri üzrə I kurs tələbəsi (Beynəlxalq müsabiqənin laureatı, H.Əliyev adına Respublika müsabiqəsinin Qran Pri mükafatçısı) ifasında M.Mirzəyevin “Lirik rəqs”, Nicat Məsimov “Ömrümün yolu”, tarda Respublika müsabiqə və festivallar laureatı X.ç.a I kurs ixtisası üzrə tələbəsi Süleymanov Şakirin də ifaları böyük maraqla qarşılandı. Belə ki, dünya və Azərbaycan klassiklərinin ən gözəl inciləri Konservatoriya səhnəsində səsləndi.
Burada maraq doğuran əsas məqam tələbələrin fortepiano ixtisası deyil, xalq çalğı alətləri,solo oxuma, milli vokal,nəfəs- zərb alətləri ixtisası olması idi. Buna baxmayaraq üz tutduqları zəngin proqram və yüksək ifaçılıq məharəti əsl mənada tələbə-ifaçıların və eləcə də onların müəllimlərinin zəhmətinin nəticəsini bir daha təsdiq etdi. Bu mənada “Ümumi fortepiano” kafedrasının müdiri,əməkdar müəllim,professor Gülsabah Rəhimovanın rəhbərliyi baş müəllimlər Abdinzadə Firuz, Zalova Zöhrə, müəllimlər Baxşıyeva Gülcənnət,Əhmədova Svetlana, Həbibullayeva Lamiyə kimi müəllimlərin tələbkarlığı ilə gənc musiqiçilərin daha da səmərəli çalışması, tələbələrin potensiallarının üzə çıxması üçün əllərindən gələni əsirgəmirlər.
Konsertin sonunda isə Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək fortepiano alətinin hər bir musiqiçi üçün nə qədər gərəkli olduğunu qeyd etdi. O, fortepiano alətinin əhəmiyyətindən söhbət açaraq, bu cür konsertlərin keçirilməsinin nə qədər böyük əhəmiyyəti olduğunu vurğuladı.