Mayın 11-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Türkiyənin Harran Univesiteti Çoxsəsli Tələbə Xorunun konserti keçirilib.

 

Konsert Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.

 

Konsertdə Türk xalq, Qərb və Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Ay qız” əsəri dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək, qonaqları salamlayıb və xor kollektivini uğurlu çıxış münasibətilə təbrik edib.

 

Daha sonra rektor Siyavuş Kərimi AMK-nın “Təşəkkürnamə”sini xorun bədii rəhbəri Harran Univeristetinin dosenti Ozan Baldana və digər yaradıcı heyətə təqdim edib.