• Milli musiqi alətlərinin təkmiləşdirilməsi laboratoriyası
  • Milli musiqinin tədqiqi, elmi laboratoriyası
  • Milli musiqi alətlərinin təkminləşdirilməsi laboratoriyasının rəhbəri – Məmmədəli Mirəli oğlu Məmmədov

     

    Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası 2003-cü ildə Milli Konservatoriyanın tərkibində yaranmışdır.

    Laboratoriya adından bəlli olduğu kimi, milli musiqi alətlərinin təkmilləşməsi və bütün regstrlərdə səslənə bilən musiqi alətlərinin yaradılması ilə məşğuldur.

    Bu sahədə, əvvəlki illər ərzində və bu gün laboratoriyada bir sıra uğurlu işlər görülmüşdür.

    1. Bas balaban
    2. Pikklo balaban
    3. Tenor balaban
    4. Bas kamança
    5. Qarabağ kamanı

    Bu işlər son deyil və və davamlı olaraq davam edir.

    Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının təkmilləşdirilmiş və yeni ixtira olunmuş musiqi alətlərinin 28 dekabr 2011-ci ildə Muğam Mərkəzində, 16 mart 2012-ci il Salyan rayonunda və 20 mart 2012-ci il Bakı şəhər İçəri Şəhər qoruğunda ictimaiyyətə təqdimatı keçirilmişdir.

  • AMK-nın “Milli musiqinin” tədqiqi elmi tədqiqat laboratoriyasının rəhbəri – Abbasqulu İsmayıl oğlu Nəcəfzadə

     

     

    Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tədqiqi” laboratoriyası təhsil Naziri Misir Mərdanovun 14.03.2003-cü il tarixli əmrinə əsasən təşkil olunmuşdur. 2011-ci ildən isə laboratoruyaya rəhbərlik etmək, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Abbasqulu Nəcəfzadəyə tapşırılmışdır.

    Laboratoriyanın əməkdaşları milli musiqinin tədqiqi və araşdırılması istiqamətində öz dəyərli təkliflərini verməklə dövrü mətbuatda bir sıra elmi məqalələr çap etdirmişlər. Bu baxımnan laboratoriyanın elmi işçiləri Abbasqulu Nəcəfzadə, Tariyel Məmmədov, Kəmalə Əsədullayeva, Sevda Bədəlova, Kəmalə Hacıyeva ölkəmizin müxtəlif kitabxanalarında araşdırmalar aparmış və dəyərli məlumatlar əldə etmişlər. Tətqiqatların daha uğurla həyata keçirilməsi üçün laboratoriya lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur.

    Laboratoriya rəhbəri Abbasqulu Nəcəfzadə milli musiqinin tədqiqi sahəsində istifadə olunan məqalələrin yüksək səviyyədə yazılmasına və qorunmasına xüsusi diqqət yetirir. Abbasqulu Nəcəfzadə, “Hər hansı məqalənin həcmi kiçik ola bilər ancaq, elmi dəyəri böyük olmalıdır” prinsipinə əsaslanır. Laboratoriyada qeydə alınan məqalələr kiçik dissertasiya səviyyəsində yazılmalı, onun girişi, elmi yeniliyi və tutarlı nəticəsi olmalıdır.

    Bundan əlavə, AMK-nın tərkibində fəaliyyət göstərən “Konservatoriya” jurnalının məsul katibi A.Nəcəfzadə, eləcə də laboratoriyanın digər əməkdaşları Tariyel Məmmədov, Kəmalə Əsədullayeva, Sevda Bədəlova, Kəmalə Hacıyeva, Rövşən Məmmədov və Azadə Məmmədova jurnalın hər sayının yüksək elmi gücə sahib olması üçün böyük səylə çalışırlar.