Azərbaycan Milli Konservatoriyasında Tələbə xorunun konserti keçirildi. Xormeyster Təranə Yusifovanın dirijorluğu və Solmaz Həyatovanın konsertmeysterliyi ilə olduqca maraqlı konsert proqramı təqdim olundu.Qeyd edək ki, iki hissədən ibarət konsertin I hissəsində xorun ifasında bir sıra musiqi nömrələri səsləndirildi. Proqramda həm Azərbaycan, həm də Avropa bəstəkarlarının əsərləri ifa olundu. Xatırladaq ki, artıq bir neçə gündür Norveçdən olan dünyanın məşhur xormeysterlərindən biri Prots Hildre Azərbacan Milli Konservatoriyasının qonağıdır. Qonaq Konservatoriyada olduğu müddətdə ustad dərsləri keçərək tələbələrlə bilik və təcrübəsini paylaşdı. Sözügedən konsertin II hissəsində isə Xor kollektivi ustadın tövsiyyələri ilə ifasını təqdim etdi.