Fevralın 24-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Təkmilləşmiş Kamança” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Seminarın keçirilməsində məqsəd Azərbaycanın milli çalğı aləti olan kamança musiqi alətinin bədii-texniki tərəfini daha dərindən araşdırmaq, öyrənmək və onun inkişafına maneə törədən problemlər ətrafında müzakirə aparmaq olub.

 

Tədbirdə konservatoriyanın rəhbərliyi, tanınmış kamança ifaçıları və tələbələr iştirak ediblər.

 

Tədbirin aparıcısı, AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova seminarın mövzusu haqqında məlumat verib. O, Kamança alətinin  inkişafı üçün belə görüş və müzakirələrin olduqca önəmli olduğunu və səmərəli olacağını bildiirb.

 

Məruzəçi, “Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyası”nın rəhbəri Məmmədəli Məmmədov alət haqqında geniş məlumat verib və tədbir iştirakçılarını labarotriyanın son illərdə kamança aləti üzərində apardığı işlərlə tanış edib.

 

Seminarda 3 təkmilləşmiş kamança təqdim olunub ki, bunlardan biri bəm kamança olub. M. Məmmədov labaratoriyanın kamança aləti üzərində apardığı işlər nəticəsində alətin səs yüksəkliyinin artırıldığını və daha dəqiq texniki göstəricilər əldə etdiyini vurğulayıb. Hər üç alət ifaçılar tərəfindən səsləndirilib.

 

Daha sonra tədbir iştirakşıları arasında qeyd olunan məsələlərlə bağlı geniş müzakirə aparılıb. Qərara gəlinib ki, kamança alətinin inkişafı üçün bənzər tədbirlərin keçirilməsi, laboratoiyada görüşlərin təşkili və texniki işlərin aparılmasında ifaçıların iştirakı zəruridir.

 

Tədbirin sonunda rektor, professor Siyavuş Kərimi çxıış edərək, təqdimat təşəbbüsünü və geniş müzakirəni müsbət qarşıladığını bidlirib. Qeyd olunan problemlərlə bağlı lazımi addımların atılacağını söyləyib.