Azərbaycan Respublikası Təhsil Nazirliyi ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin e-telebe.edu.az electron portal vasitəsi ilə müəyyən edərək təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini həyata keçirir.

 

2020/2021-ci tədris ilinin birinci (payız) semestr üçün təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə qeyd olunan elektron portal üzrə qeydiyyata 15 oktyabr 2020-ci il tarixindən başlanılıb.

 

Qeyd:  2019/2020-ci tədris ilinin yaz smestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən yuxarı kurs tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri üçün yenidən qeydiyyatı tələb olunmur. Həmin tələbələrin yenidən üzv olma statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcək.