Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, 21-24 iyul tarixlərində dünyaca məşhur Fazioli Pianofort şirkətinin təsisçisi və rəhbəri Paolo Faziolinin dəvəti ilə İtaliyanın Sacile şəhərində rəsmi səfərdə olub.

 

Rektor Siyavuş Kərimi Paolo Fazioli ilə görüşüb.

Fazioli Pianofortu gəzərək akustik tədqiqatlar laboratoriyası və yeni alətlərin sınaqdan keçirilə biləcəyi konsert salonunda olan Siyavuş Kərimi, şirkətin təsisçisi Paolo Fazioli ilə birgə konsert royallarının istehsal prosesini yaxından izləyib.

 

Rektor, həmçinin klassik musiqi alətləri üçün səs panelləri və komponentləri, eyni zamanda musiqi alətləri istehsal edən Ciresa Val di Fiemme şirkətində olub.

 

Görüşlər zamanı şirkətlər arası qarşılıqlı əməkdaşlıq mazkirə olunub.

 

Xalq artisti Siyavuş Kərimi ilə birgə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artitsi Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə və Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı da rəsmi səfərdə iştirak ediblər.