Bildimiz kimi, Azərbaycanın mədəniyyət həyatında daha bir möhtəşəm layihə – “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı həyata keçiriləcəkdir.
Yalnız respublikamızın muğamsevərləri deyil, milli-mədəni dəyərlərimizi hər zaman yüksək qiymətləndirən dünya azərbaycanlıları, eləcə də Azərbaycan muğam sənətini sevən beynəlxalq musiqi ictimaiyyəti qarşıdan gələn bu möhtəşəm mədəniyyət hadisəsini böyük maraqla gözləyirlər.Dünyaya səs salan, qədim və zəngin muğam sənətimizə dünyanın hər yerində sönməz maraq yaradan, bəşəriyyətin milli musiqi irsinin taçı olan muğamı xalqlar arasında layiqincə təbliğ edən Beynəlxalq Muğam Festivalının təşəbbüskarı, dəstəkçisi və təşkilatçısı – Heydər Əliyev Fonduna, şəxsən Fondun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevaya belə bir tədbirə görə bütün muğamsevərlər adından təşəkkürümüzü bildirir, ona hamılıqla ürəkdən “sağ olun” deyirik!
Hamımıza məlum olduğu kimi, ölkəmizdə Beynəlxalq Muğam Festivallarının özünməməxsus ənənələri mövcuddur.Onlardan biri də Festivalların proqramı çərçivəsində reallaşan Beynəlxalq Muğam Müsabiqəsidir.Bu gözəl ənənənin davam olaraq, III Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif Şərq xalqlarını təmsil edən peşəkar ifaçılar arasında beynəlxalq muğam müsabiqəsi keçiriləcək.Və əlbəttə, festivala “ev sahibliyi” edən Azərbaycandan da bu müsabiqəyə gənc muğam ifaçıları qatılacaqlar. Sevinclə və fəxrlə deyə bilərik ki, indiyə qədər bütün Beynəlxalq muğam müsabiqələrində iştirak edən gənc və istedadlı ifaçılarımız muğam sənətimizi layiqincə təmsil edərək, beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqənin ən yüksək mükafatları ilə təltif olunublar. .
III Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycan muğam sənətini təmsil eтмяк məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının təşəbbüsü və təşkilatçılığı ilə fevral ayında Gənc ifaçıların III Respublika Muğam Müsabiqəsi keçirilmişdir.Müsabiqənin əsas məqsədi iştirakçılar arasından ən istedadlılarını seçməkdən və qaliblərə Beynəlxalq Muğam Müsabiqəsində iştirak hüququ verməkdən ibarətdir.Respublika Muğam Müsabiqəsi bir daha sübut etdi ki, həqiqətən Azərbaycan istedadlar ölkəsidir.Fərəhli haldır ki, ölkəmizdə muğam sənətini sevən, onu pərəstişkari olan, onu mükəmməl öyrənmək istəyən, sənət zirvələrini fəth etmək arzusunda olan istedadlı gənclərin sayı günbəgün artmaqdadır.III Respublika Muğam Müsabiqəsinin bir özəlliyi də bundan ibarətdir ki, seçim turları ilk dəfə olaraq iki nominasiyada, həm instrumental muğam ifaçıları, həm də xanəndələr arasında aparılmışdır.Və onların hər birində qiymərləndirmə fərqli tərkibə malik ayrı-ayrı münsiflər heyəti tərəfindən həyata keçirilmişdir.Söz yox ki, münasiflər heyətlərini respublikamızın ifaçılıq sənətini təmsil edən adlı-sanlı muğam sənətkarları, təcrübəli muğam müəllimləri və ifaçıları daxil olmuşlar. Onları sizə təqdim edirik: Xanəndələrin III respublika müsabiqəsinin münsiflər heyəti: Sədr – Siyavuş Kərimi – Xalq artisti, professor Üzvlər: Arif Babayev – Xalq artisti, professor Əlibaba Məmmədov – Xalq artisti Ağaxan Abdullayev – Xalq artisti Mənsum İbrahimov – Xalq artisti, professor Aygün Bayramova – Xalq artisti, AMK-nın dosenti Zabit Nəbizadə – Əməkdar artist.

İndi isə İnstrumental muğam ifaçılarının III respublika müsabiqəsinin münsiflər heyətini ilə bir daha tanış olaq:
Sədr – Siyavuş Kərimi – Xalq artisti, professor Üzvlər: Nazim Kazımov – Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov – Əməkdar incəsənət xadimi, professor Möhlət Müslümov – Xalq artisti, professor Fəxrəddin Dadaşov – Xalq artisti, professor Təranə Əliyeva – Əməkdar artist, dosent Elşad Cabbarov – Əməkdar artist.
Artıq III Respublika Muğam Müsabiqəsinin bütün həyəcanları arxada qalmışdır və nəticələr müəyyən olunmuşdur.

Beləliklə, III Respublika Muğam Müsabiqəsinin nəticələrini elan edirik.

NSTRUMENTAL MUĞAM IFAÇILARININ III RESPUBLIKA MÜSABIQƏSININ QALIBLƏRI:

I yer:
1. İMANOV ŞƏHRİYAR AYAZ OĞLU
2. ZEYNALOV BƏHRUZ ZEYNAL OĞLU
II yer:
1. QULİYEV PƏRVİZ ƏLİŞAN OĞLU
2. SADIQOVA AYSU MİRFƏDAİL OĞLU
III yer:
1. MUSAYEV ŞƏHRİYAR VAHİD OĞLU
2. YUSUBOVA TƏBRİZ İSABALA QIZI
XANƏNDƏLƏRIN III RESPUBLIKA MÜSABIQƏSININ QALIBLƏRI:
I yer:
MİRƏLƏMOV MİRƏLƏM FAMİL OĞLU
II yer:
ƏRƏBLİ SƏBİNƏ BƏHLUL QIZI
III yer:
1. MİRZƏLİYEV ABGÜL YARZULLA OĞLU
2. HÜSEYNOV ARİZ ZÖHRAB OĞLU

Müsabiqənin qalibləri qarşıdan gələn III Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanırlar.
Onları bir daha təbrik edir, qarşıdakı çətin sınaqda da qalib olmağı arzulayırıq. Əminik ki, respublika muğam müsabiqəsinin qalibləri III Beynəlxalq Muğam Müsabiqəsində ifaçılıq sənətimizi layiqincə və peşəkarlıqla təmsil edəcək, onları dəstəkləyən bütün muğamsеvərlərin ümidlərini doğruldacaq və müsabiqənin йüksək mükafatlarını qazana biləcəklər.

HÖRMƏTLI XANIMLAR VƏ CƏNABLAR! ƏZIZ QONAQLAR!
İndi isə sizi III Pespublika Muğam Müsabiqəsinin qaliblərinin iştirakı ilə konserti dinləməyə dəvət edirik.