Sentyabrın 25-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Rafiq Musazadə ilə görüş keçirilib.

 

Görüş, Rafiq Musazadənin AMK-da müəllimlik fəaliyyətini tamamlaması və ali məktəbin professora “Təşəkkür” tədbiri kimi qeydə alınıb.

 

Tədbirin giriş sözünü AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi söyləyib. O, konservatoriyanın ilk günlərindən Rafiq Musazadə ilə birgə çalışdıqlarını və onun bu ali təhsil məktəbinin ən məşhur simalarından biri olduğunu bildirib. “Mən Rafiq müəllimə ilk öncə can sağlığı arzu edirəm. O, müəllimlik fəaliyyətini dondura bilər, lakin onun burada yeri daimidir, biz onu bundan sonra da konservatoriyanın dəhlizlərində görməyi çox istəyirik və inanırıq ki, belə də olacaq. O, elmi fəaliyyətini böyük əzmlə yenə də burada davam etdirəcəkdir” deyə Siyavuş Kərimi bildirib.

 

Tədbirdə həmçinin prorektorlar Lalə Hüseynova və Malik Quliyevin də çıxışları yer alıb. Onlar, Rafiq Musazadənin elmi və yaradıcıllıq fəaliyyətindən söhbət açıb, professora təşəkkür ediblər.

 

“İnsturmental Muğam” kafedrasının müdiri, Əməkdar artist Malik Mansurov və kafedranın müəllimlərinin də çıxışları tədbirdə yer alıb.

 

Tədbir musiqili bədii hissə ilə davam edib.